Məhkəmə qərarları › İş №2(003)-2871/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2871/2025

18.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2871/2025 18.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək keçmiş Bakı şəhəri X1 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarı ilə ayrılmış Əzizbəyov Rayonunun Dübəndi qəsəbəsində yerləşən Gilavar bağçılıq yoldaşlığının 04-cü Şimal küçəsindəki 28 nömrəli bağ sahəsinin ona məxsusluğu barədə “Gilavar” bağçılıq yoldaşlığının xx.xx.1996-cı il tarixli orderində onun ata adı “Mənsur” adınının şəxsiyyəti təsdiq edən sənəddə və digər hüquq müəyyən edici sənədlərdə olan “Mansur” adlarının eyni şəxsə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, keçmiş Bakı şəhəri X1 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarı ilə ayrılmış Əzizbəyov Rayonunun Dübəndi qəsəbəsində yerləşən Gilavar bağçılıq yoldaşlığının 04-cü Şimal küçəsindəki 28 nömrəli bağ sahəsinin ona məxsusluğu barədə “Gilavar” bağçılıq yoldaşlığının xx.xx.1996-cı il tarixli orderində onun ata adı “Mənsur” kimi göstərilmişdir, amma onun şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Mansur” kimi qeyd olunmuşdur. Bu uyğunsuzluğa görə torpaq sahəsinin sənədləşməsini həyata keçirə bilmir. DƏDRX-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, sənədlərdə uyğunsuzluq var. İdarənin arxiv əsaslarında mövcud olan sənədlərdə hüquqi sahibin ata adı “Mənsur”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Mansur” kimi qeyd edilmişdir. Atasının adı Mansur olmuşdur. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 251279 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, Ərizəçi görməyə görə 3-cü qrup əlildir. İş materiallarına əlavə edilmiş ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi ata adı Mansur kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunan 1 saylı Bakı ərazi idarəsindən alınmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, idarənin arxiv əsaslarında mövcud olan sənədlərdə hüquqi sahibin ata adı “Mənsur”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Mansur” kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1996-cı il tarixli orderin surətindən görünür ki, Əzizbəyov Rayonunun Dübəndi qəsəbəsində yerləşən Gilavar bağçılıq yoldaşlığının 04-cü Şimal küçəsindəki 28 nömrəli bağ sahəsi Ərizəçi Mənsur oğluna məxsusdur. İş materiallarına əlavə edilən xx.xx.2006-cı il tarixli arayışın surətindən görünür ki, Ərizəçi Mənsur oğlu 1996-cı ildən hazırkı tarixə qədər Gilavar bağçılıq yoldaşlığının üzvü olaraq qalır. İş materiallarına əlavə olunmuş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan EMİS portalından çıxarışdan görünür ki, Ərizəçi ata adı Mansur kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmədə müəyyən olundu ki, Xəzər (Əzizbəyov) Rayonu Dübəndi qəsəbəsində yerləşən Gilavar bağçılıq yoldaşlığının 04-cü Şimal küçəsindəki 28 nömrəli bağ sahəsi Ərizəçi istifadəsindədir. Həmin bağ sahəsinin ona məxsusluğu barədə “Gilavar” bağçılıq yoldaşlığının xx.xx.1996-cı il tarixli orderində texniki səhvə yol verilmişdir. Belə ki, həmin sənəddə hüquqi sahibin ata adı Ərizəçi əvəzinə Ərizəçi Mənsur oğlu yazılmışdır. Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Xəzər (Əzizbəyov) Rayonu Dübəndi qəsəbəsində yerləşən Gilavar bağçılıq yoldaşlığının 04-cü Şimal küçəsindəki 28 nömrəli bağ sahəsinə dair “Gilavar” bağçılıq yoldaşlığının xx.xx.1996-cı il tarixli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən Gilavar bağçılıq yoldaşlığının 04-cü Şimal küçəsindəki 28 nömrəli bağ sahəsinə dair “Gilavar” bağçılıq yoldaşlığının xx.xx.1996-cı il tarixli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar