Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2876/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayon İcra Hakmiyyətinin maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi – sənədin şəxsə məxsus olması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Bakı şəhəri Xəzər rayon İcra Hakmiyyətinin maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixli 443/8 saylı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyətinin başçısının X3 Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılması barədə Sərəncamın doğum haqqında sənədə əsasən X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci il tarixli 443/8 saylı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH başçısının sərəncamı ilə ərizəçinin qaynanası X3 Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpq sahəsi ayrılmışdır. Ərizəçi adına sərəncam verilən səxsin övladı, yəni X22 ilə birgə nikahda olmuş və birgə nikahdan iki övladları vardır. Ərizəçinin qaynanası Ulduzə Şahvələdova xx.xx.2024-cü il tarixdə, qaynatası Yasəf Şahvələdov xx.xx.2024-cü il tarixdə, əri X22 isə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Sözügedən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edildikdə, idarədən doğum haqında şəhadətnamədə, nikah haqqında sənəddə və ölüm haqqında şəhadətnamədə şəxsin adının X8 olaraq qeyd edilməsi sərəncamda isə Ulduza Əlisahib qızı kimi qeyd olunması səbəbilə qeydiyyatın aparılmasının qeyri-mümkün olması bildirilmişdir. O cümlədən, İcra hakimiyyəti tərəfindən də hal-hazırda düzəldilməsi mümkün deyil. Vərəsəlik üzrə payların müəyyən edilməsi üçün xx.xx.1995-ci il tarixli 443/8 saylı Əzizbəyov RİH başçısının X3 Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılması barədə Sərəncamın əslində X6 məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranıb.
3. Ərizəçi sonradan dəftərxana vasitəsilə məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, xx.xx.1995-ci il tarixli 443/8 saylı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH başçısının X3 Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılması barədə Sərəncamın doğum haqqında sənədə əsasən X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. (iş səh. 31)
4. Ərizəçi məhkəmə iclasında yenidən dəqiqləşmə barədə ərizə təqdim edərək, xx.xx.1995-ci il tarixli 443/8 saylı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH başçısının X3 Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılması barədə X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. (iş səh. 37)
Proses iştirakçılarının izahatı:
5. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, izahatında həmçinin bildirmişdir ki, sözügedən torpaq sahəsi mərhum qaynanası X6 məxsus olmuş, onlar qaynanası ilə birlikdə yaşamışlar. Qaynanası, qaynatası və əri vəfat etmişdir. Hazırda həmin toraq sahəsini vərəsəlik yolu ilə əldə etmək üçün notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açılmış, lakin sənədlərdəki uyğunsuzluğa görə sənədləşmə işi tamamlana bilməmişdir. Bununla bağlı Xəzər RİH-nə müraciət etsə də, sənəddə olan səhvlər aradan qaldırıla bilməmiş və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə yoxdur. Rəsmi sənədlərə əsasən qaynanasının adı “Ulduza” deyil, “Ulduzə”, atasının adı “Əlisahib” deyil, “Əlisaab”dır. (iş səh. 39)
6. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. Bakı şəhəri Əzizbəyov RİH başçısının 26 iyul 1995-ci il tarixli, 443/8 nömrəli Sərəncamının notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, həmin X1 Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılmışdır. (iş səh. 10)
8. Xəzər rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-455 nömrəli arayışından görünür ki, X16 3 may 1960-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, atası X23, anası X10r. xx.xx.2024-ci il tarixdə ölmüş X4 ölümü 5 saylı Bakı ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 262 nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. (iş səh. 11)
9. AZ-İİ seriyalı 491651 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-ci il tarixdə vəfat etmişdir. (iş səh. 12)
10. İХ-ЖГ seriyalı 498041 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X11 anası X8, atası X12r. (iş səh. 14)
11. AZ-İİ seriyalı 465031 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. (iş səh. 13)
12. AZ-İİ seriyalı 636502 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X22 ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə 173 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Şahvələdov, arvada Ağayeva soyadı verilmişdir. (iş səh. 16)
13. AZ-İİ seriyalı 432012 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 yanvar 2010-cu il təvəllüdlü X9 atası X22, anası X5r. (iş səh. 17)
14. AZ-İV seriyalı 061559 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 22 dekabr 2017-cu il təvəllüdlü X13 atası X22, anası X5r. (iş səh. 18)
15. ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1012 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində vəfat etmiş X4 vərəsələri X17, X24, X18, Ərizəçi, X19r. (iş səh. 15)
16. Maraqlı şəxs Başçısının İ müavini tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-12/2-A-97092/2025 nömrəli məktubdan görünür ki, Əzizbəyov (indiki Xəzər) RİHB-nın 443/8 nömrəli, xx.xx.1995-cı il sərəncam ilə mərhum X6 ayrılmış torpaq sahəsində səhvən yazılmış Əlisahib adının Əlisaab kimi düzəliş olunması ilə bağlı məhkəməyə müraciət edilməsinin məqsədəuyğun hesab olunduğu bildirilmişdir. (iş səh. 9)
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
17. 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.
18. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
19. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
20. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının:
21. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
22. 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
23. 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.
24. 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
26. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına və Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki: 1) qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun; 2) ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3) qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın; 4) hüquq haqqında mübahisə olmasın. (§ 21).
27. Göstərilən hüquqi mövqeyə uyğun olaraq məhkəmə tərəfindən müəyyən olunur ki, Əzizbəyov RİH Başçısının X3 Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılması barədə xx.xx.1995-ci il tarixli, 443/8 saylı X2 məxsus olması faktının müəyyən edilməsi ərizəçinin miras əmlakı vərəsəlik qaydasında əldə edə bilməsi üçün zəruri olmaqla onun əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olur. (§ 15) Həmçinin, iş materiallarından məlum olur ki, müvafiq sənəd 1995-ci ilə aiddir və onu verən qurum (Xəzər RİH) sənəddə düzəliş etməkdən imtina edərək məhkəməyə müraciət edilməsini məqsədəuyğun saymış (§ 15), ona görə də həmin sənədin hazırda yenidən alınması və ya ondakı yalnışlığın məhkəmədən kənar qaydada aradan qaldırılması mümkün deyildir. Eləcə də, ərizəçi tərəfindən sənədin aid olduğu torpaq sahəsinin X6 məxsus olması, habelə həmin əmlak barədə heç bir mübahisənin olmaması bildirilmiş və nə iş üzrə maraqlı şəxs, nə də başqa üçüncü şəxslər tərəfindən həmin daşınmaz əmlakla bağlı mübahisə olduğuna dair məhkəməyə etiraz daxil olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda hüquqi əhəmiyyəti olan müvafiq faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsaslar mövcuddur.
28. Həmçinin, Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. (§ 22).
29. Məhkəmə araşdırması zamanı işin halları üzrə birinci şərtə münasibətdə müəyyən olunur ki, ərizəçinin qaynanasının ölüm haqqında şəhadətnamədəki adı (X8) ilə Əzizbəyov RİH Başçısı tərəfindən verilmiş Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılması barədə xx.xx.1995-ci il tarixli, 443/8 saylı Sərəncamda göstərilən adı (X7) arasında uyğunsuzluq var, başqa sözlə sonuncu sənəddə yalnışlıqla “Ulduzə” yerinə “Ulduza”, “Əlisaab” yerinə “Əlisahib” qeyd edilib. İkinci şərtə münasibətdə müəyyən olunur ki, müvafiq sənəd ərizəçinin miras əmlakı əldə etmək və mülkiyyət hüququnu reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəd olduğundan həmin sənəd hüquqmüəyyənedici sənəd hesab edilir. (§ 23) Üçüncü şərtə münasibətdə müəyyən olunur ki, iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş, müvafiq sənədi vermiş Əzizbəyov (indiki Xəzər) RİH tərəfindən müvafiq sənəddə düzəliş etməkdən imtina edilərək, ərizəçiyə məhkəməyə müraciət etməsinin məqsədəuyğun olduğu bildirilmişdir. (§ 16) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə müəyyən edilən hallar qeyd olunan şərtlərə uyğun olduğu üçün müvafiq hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən edilməsi mümkündür.
30. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Əzizbəyov RİH başçısı tərəfindən verilmiş Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılması barədə xx.xx.1995ci il tarixli, 443/8 saylı Sərəncam həqiqətən də X6 məxsusdur.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Əzizbəyov RİH Başçısı tərəfindən verilmiş Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılması barədə 26 iyul 1995-ci il tarixli, 443/8 saylı X2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılması barədə 26 iyul 1995-ci il tarixli, 443/8 saylı X2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Natiq Əsgərov