Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2884/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İstehlak hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İstehlak hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə **********00173 saylı abonent hesabına hesablanmış 676.87 (altı yüz yetmiş altı manat səksən yeddi qəpik) manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Daha sonra iddaçı İddiaçı xx.xx.2026-cı il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixli Barışıq sazişinin iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən xx.xx.2026-cı il tarixdə birgə ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən həm İddiaçı, həm də cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatlarında öz aralarında barışıq sazişinin bağlandığını təsdiq etmiş və barışıq sazişi təsdiq olunmaqla mülki iş üzrə icraata xitam verilməsini xahiş etdikləri bildirmişlər. Məhkəmə tərəflərin izahatını dinləyərək, ərizələri, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, bir tərəfdən İddiaçı, digər tərəfdən "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi (X2 olmaqla, aşağıdakı şərtlərlə barşıqı sazişi bağlamışlar: 1) İddiaçı "xxxx" ASC fəaliyyəti dövründən əvvəl elektrik enerjisinin sərfiyyatına görə **********00173 nömrəli abunə koduna hesablanmış 676.87 manat borc məbləğindən 150 manat ödəyir; 2) İddiaçı tərəfindən 150 manat məbləğ ödənildikdən sonra "xxxx" ASC isə 15 iş günü ərzində **********00173 nömrəli abunə kodundan yerdə qalan 526.87 manatın silinməsini öhdəsinə götürür; 3) Bu Saziş 2 (iki) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri "xxxx" ASC-də, digər nüsxəsi isə İddiaçı saxlanılır; 4) Bu saziş imzalandığı gündən qüvvəyə minir və birtərəfli qaydada ləğvinə yol verilmir. Göründüyü kimi, hazırkı mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin (bundan sonra “MPM”) 5.4cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilərlər. MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin öz sərbəst iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər biri göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və MPM-in 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişi təsdiq edilsin: Barışığın şərtləri 1) İddiaçı "xxxx" ASC fəaliyyəti dövründən əvvəl elektrik enerjisinin sərfiyyatına görə **********00173 nömrəli abunə koduna hesablanmış 676.87 manat borc məbləğindən 150 manat ödəyir; 2) İddiaçı tərəfindən 150 manat məbləğ ödənildikdən sonra "xxxx" ASC isə 15 iş günü ərzində **********00173 nömrəli abunə kodundan yerdə qalan 526.87 manatın silinməsini öhdəsinə götürür; 3) Bu Saziş 2 (iki) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri "xxxx" ASC-də, digər nüsxəsi isə İddiaçı saxlanılır; 4) Bu saziş imzalandığı gündən qüvvəyə minir və birtərəfli qaydada ləğvinə yol verilmir. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakşı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair 2(003)-2884/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-2884/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2884/2025
15.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver