Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2888/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 7008 manat borcun 6958 manat hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən ona məxsus qaz sayğacına 0315740, 0325505, 0324423, 0312492, 303161, 0299133, 0297472, 0303132, 031267 saylı aktlar tərtib edilməklə əsassız olaraq yüksək məbləğdə də borc (7008 manat) hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Belə ki həmin mənzildə ümumiyyətlə qaz sayğacı cəmi 2 ay olmamışdır və bu müddət ərzində şlanq qoyularaq qaz sayğacı quraşdırılana qədər o qaydada istifadə olunmuşdur. Bu müddət cəmi 2 ay təşkil etmişdir. Sonradan gəlib sayğac quraşdırsalar da, sözügedən aktlardan və cərimələrdən xəbəri belə olammışdır. Qaz borcu hesablanan mənzildə yalnız balaca qaz peçi olmuşdur, isitmə sistemi elektrik və odun peçi ilə aparılmışdır. Yəni həmin evdə cəmi 2 ay qazdan qanunsuz istifadə olunduğunu nəzərə alsaq buda ən çoxu ümumilikdə 50 manat məbləğ edir. Özü çətinlikdə dolanır və bu qədər borcun hesablanması onun üçün olduqca ağırdır. Onun həmin qaz sayğacına sözügedən məbləğdə müdaxilə etmək imkanım olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, evinin yerləşdiyi küçədə 2021-ci ilədək qaz xətti olmamışdır. Yalnız 2021-ci il tarixdə qaz xətti çəkilmiş və ünvanına sayğac yerləşdirilmişdir. Qaz xətti çəkiləndən sonra 2 aydan sonra sayğac yerləşdirilmiş, o da həmin müddət ərzində şlanq vasitəsilə qazdan istifadə etmişdir. Sayğac yerləşdiriləndən sonra həmin şlanq sayğaca quraşdırılmışdır. Aşkar edilmiş xəttin yeri isə svarkalanaraq ləğv edilmişdir. Bundan sonra o, qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişdir. Lakin yazılmış borca görə ünvanına qazın verilməmişdir. Ona görə də qazdan istifadə edə bilməmişdir. Evində olan su qızdırıcısı elektrik enerjisi vasitəsilə işləyir və ya odun vasitəsilə suyu isidir. Yemek hazırlamaq üçün qaz balonundan istifadə edir. Qışda isə bir otaqda yaşayırlar və həmin otağıda odun peçi vasitəsilə qızdırırlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı tərəfindən təbii qazdan sayğac kənar xətt vasitəsilə dəfələrlə istifadə edilmiş və bu hallar aktlaşdırılmışdır. Həmin aktlar əsasında dəymiş ziyan hesablanaraq onun abonent hesabına hesablanmışdır. Ona görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə iddiaçının ünvanına keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvanından təxminən 10-20 metr aralıda qaz xətti yerləşir və həmin qaz xəttinin üzərində onun ünvanına aid sayğac quraşdırılmışdır. Sayğacın yerləşdiyi qaz xəttinin aşağı hissəsində svarkalanmış şəkildə çıxış izi mövcuddur. Qeyri-qanuni xətt kimi qeyd olunan iddiaçının ünvanına gedən boru (şlanq) hazırda sayğaca daxil edilmişdir. İddiaçının ünvanında bir mərtəbəli 2 otaqlı ev və torpaq sahəsində hamam kimi istifadə edilən kiçik tikili mövcuddur. Həmin kiçik tikilidə qeyristandard su qızdırıcı var və həmin su qızdırıcısı elektrik enerjisi xəttinə qoşulmuşdur. Yaşadığı bir mərtəbəli evin eyvanında 2 gözlü qaz peçi var və sayğacdan gələn xətt həmin qaz peçinə daxil olur. Otaqların birində qaz sobası mövcud deyil, digər otaqda isə qaz sobası olmasa da sobanın tüstü çıxan borusu vardır. İş materiallarında olan abonent saldosundan (abonent kodu **********0143) və təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, həmin aktlar əsasında iddiaçının abonent hesabına 2021-ci ilin mart ayından 2022-ci ilin may ayınadək hər ay müəyyən məbləğlərdə olmaqla ümumilikdə 7008,48 manat məbləğində borc hesablanmışdır. Həmçinin abonent saldosundan görünür ki, iddiaçının ünvanına xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə iddiaçının abonent hesabına borcun hesanlanmasına əsaslar Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən dəfələrlə təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki qeyd edilən və mütləq olunmalı olan hərəkətlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Eyni zamanda iş üzrə iddiaçı, iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə sayğac quraşdırılanadək iki ay (2021-ci ilin mart və aprel ayları) ərzində istifadə etdiyini bildirdiyindən məhkəmə hesab edir ki, həmin aylarda iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi halı müəyyən edilir. Lakin bu zaman məhkəmə qeyd edir ki, iddiaçının ünvanına baxış keçirilmədən aktlar tərtib edildiyindən və bununla iddiaçının ünvanında olan avadanlıqlar həmin aktlarda düzgün qeydə alınmadığından dəymiş ziyanın miqdarı (itirilmiş qazın həcmi) düzgün hesablanmamışdır. Belə ki, iş üzrə iddiaçının ünvanına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təbii qazdan yalnız PQ-4 və dəmir soba vasitəsilə istifadə edilmişdir. Baxmayaraq ki, iddiaçının ünvanına baxış keçirilən zaman dəmir sobanın faktiki yerində olması müəyyən edilməmiş, lakin sobanın tüstü borusunun olması ona əsas verir ki, iddiaçı tərəfindən dəmir sobadan istifadə edilmişdir. İddiaçı özü də məhkəmə iclasında qış aylarında dəmir sobadan istifadə etməsini bildirmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən (bundan sonra tələbnamə) və abonent saldosundan görünür ki, xx.xx.2021-ci il tarixli akt əsasında, PQ-4, QSSQ və dəmir soba avadanlıqları nəzərə alınmaqla PQ-4 avadanlığı üçün 2592 m3, QSSQ üçün 3240 m3 və dəmir soba üçün 3024 m3, cəmi 8856 m3 həcmdə, 885,60 manat (8856 x 0,10 qəpik) dəyərində itirilmiş qazın dəyəri, xx.xx.2021-ci il tarixli akt əsasında, PQ-4, QSSQ və dəmir soba avadanlıqları nəzərə alınmaqla PQ-4 avadanlığı üçün 864 m3, QSSQ üçün 1080 m3 və dəmir soba üçün 1008 m3, cəmi 2952 m3 həcmdə, 295,20 manat (2952 x 0,10 qəpik) dəyərində itirilmiş qazın dəyəri iddiaçının abonent hesabına hesablanmışdır. İddiaçının ünvanında olan “QSSQ” adlı avadanlığın elektrik enerjisi vasitəsilə istifadə edildiyindən məhkəmə hesab edir ki, həmin avadanlığa münasibətdə hesablanmış ziyan məbləği nəzərə alınmaqla akt əsasında ümumi hesablanmış ziyanın məbləğindən çıxılmalıdır. Bununla da məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən PQ-4 və dəmir soba üçün hesablanmış ziyan, yəni 561,6 manat (2592m3 + 3024m3 x 0,10 qəpik), xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən PQ-4 və dəmir soba üçün hesablanmış ziyan, yəni 187,2 manat (964m3 + 1008m3 x 0,10 qəpik) müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi 748,8 manat (561,6 manat + 187,2 manat) məbləğində borcun silinməsi hissəsində əsassızdır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlardan başqa digər aktların mötəbərliyinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən və əsaslı olmaları da məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən həmin aktlar əsasında dəymiş ziyanların iddiaçının abonent hesabına hesablanması əsassızdır və həmin borclar silinməlidir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş dəymiş ziyan (748,8 manat) nəzərə alınmaqla 2021-ci ilin iyun ayından 2022-ci ilin may ayınadək hesablanmış ümumilikdə 6259,68 manat məbləğində borc (abonent hesabında olan ümumi borcdan 7008,48 manatdan – iş üzrə müəyyən edilmiş dəymiş ziyanın məbləği 748,8 manat) iddiaçının abonent hesabından silinməlidir. Qeyd olunanlara əsasən ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının abonent hesabına hesablanmış borcdan 6259,68 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00143) hesablanmış borcdan 6259,68 manat hissəsi silinməli, cavabdehdən Azərbaycan Respublikasının Dövlət büdcəsinə 82,59 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00143) hesablanmış borcdan 6259,68 manat hissəsi silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 82,59 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2888/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2888/2022
10.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver