Məhkəmə qərarları › İş №2(003)-2900/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2900/2021

25.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2900/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «X1rşı “əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 08.11.2019-ci il tarixli 2(003)-88/2019-cu il tarixli qətnaməsinə əsasən onun Cavabdehnə qarşı əsassız borcun silinməsinə dair iddia tələbi qismən təmin edilməklə qətnamə çıxarılmışdır. Cavabdehin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 20.02.2020-ci il tarixli 2(103)-2091 saylı qətnaməsinə əsasən Xəzər rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində qalmışdır. Bundan sonra da cavabdehin kassasiya şikayəti əsasında Ali Məhkəmənin 12.10.2020-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 20.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində qalmışdır. Hazırki iş üzrə cavabdeh təşkilat qalan borcunu 1152 manat saxlamalı olduğu halda cavabdeh təşkilatın sistemlərində onun borcunu 2450 manat borc saxlanılmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1298 manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də cavabdeh «X4 tərəfindən ona əsassız hesablanmış 1298 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatına əlavə olaraq bildirmişdir ki, hazırki iddia ərizəsinə əlavə etdiyi Cavabdeh tərəfindən tərtib olunmuş və abonent saldosunda əks olunmuş aktlardan xəbəri yoxdur. Yaşadığı ünvan 1 ünvanında 16.05.2017-ci il tarixli, 14591 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin aktlar üzrə hesablanmış borcu qəbul etmir. Belə ki, onun Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş qaz xəttinə qeyri-qanuni qoşulma ilə bağlı 7 aktdan heç bir məlumatı olmayıb. Həmin aktların harada, nə vaxt, kim tərəfindən tərtib olunmasından xəbərsizdir. O, qanunsuz xətdən istifadə etməyib. Həmçinin bildirmişdir ki, əgər indi mübahisələndirən aktlar Xəzər Rayon Məhkəməsinin 08.11.2019-ci il tarixli 2(003)-88/2019-cu il tarixli qətnaməsi qəbul edilənədək mövcud olsa idi təqdim edilərdi və həmin aktlara da məhkəmə təərfindən hüquqi qiymət verilərdi. Demək ki, həmin aktlar daha sonra əvvəlki tarixlərə formal olaraq tərtib edilməklə abunə koduna əsassız hesablnmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmədə iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçya 7 akat əsasında təbii qazdan qeyri qanuni istifadə etdiyinə görə ümumilikdə 2019-cu ilin sentyabr ayınadək 1299,60 manat borc hesablanmışdır. Hazırda iddiaçıya təbii qazdan istifadə qaydalarının pozulması görə 30.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,2 manat, 21.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat və 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat borcu hesablanmışdır. Sadaladığı aktları məhkəməyə təqdim edərək, abonentin saldosunda əks olun digər 3 aktın surətini onlarda olmadığına görə məhkəməyə təqdim edilməsinin mümkün olmamasını bildirdi. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, cavabdeh İddiaçı verilən qaz xətti üzrə abonent - kodu **********20000 sayla qeydiyyata alınmışdır. İş materiallarında olan abonenetin saldosundan görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 2018-ci və 2019-cu illərdə aktlar əsasında ümumilikdə 1299,60 manat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının — pozulması haqqında aktların surətlərindən görünür ki, istehlakçı İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması vəödənilməsi tələb olunur. Aktların tərtibində istehlakçı İddiaçı aktları imzalamaqdan “imtina etmişdir” qeyd olunur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının — pozulması haqqında 30.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,2 manat, 21.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat və 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat olmaqla, cəmi 950,40 manat ziyan hesablanmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)- 88/2019 saylı, 08.11.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış 1152,20 manat pul və 8.40 manat dövlət rüsumu olmaqla, cəmi 1160,60 manat məbləğində pulun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2091/2020 saylı, 20.02.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-88/2019 saylı iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4645/2020 saylı, 12.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2091/2020 saylı, 20.02.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə iclasında araşdırılmış hallarından və iş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında başqa mülki mübahisə olmuş və həmin mübahisə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-88/2019 saylı, 08.11.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddaçıya hesablanmış 2970,4 manat borc silinmişdir. Sonradan iddiaçıya cavabdeh təşkilat otərəfindən onun borcunun 1152,20 manat deyil, 2450 manat olduğu bildirmişdir. İddiaçı hesab edir ki, Cavabdeh tərəfindən ona qətnamə çıxarıldıqdan sonra əsassız olaraq 1298 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddaçının cavabdehə təşkilata ümumilikdə 2450,20 manat borcu vardır ki, həmin borcun 1152,20 manat məbləğində olan hissəsi təbbi qazdan istifadəsinə görə yaranmış borcdur ki, həmin borc qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapmışdır. Qeyd olunan 2450,20 manat borcun 1298,0 manat məbləğində olan hissəsi isə 2018-2019-cu illərdə sayğacdan kənara qaz xətdindən istifadəyə görə cavabdeh təşkilat tərəfindən iddiaçıya aktlar əsasında hesablanmış borcdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında iddiaçı tərəfindən tərtib olunmuş 7 akt üzrə iddiaçının cavabdehə 1299,6 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki iş üzrə cavbabdeh tərəfindən qəbul edilmiş akt heç bir hüquqi nəticə doğurmayaraq iddiaçı tərəfindən mübahisələndirilməsə də belə, hər bir halda iddiaçının silinməsini tələb etdiyi borc cavabdehin tərtib etdiyi aktın yaratdığı hüquqi nəticədir. Ona görə də bu hal cavabdeh tərəfindən sübut edilməli olan haldır. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Göründüyü kimi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, cavabeh təşkilat tərəfindən 2018-ci ilin aprel ayında 284,40 manat, və 2019-cu ilin may və sentyabr aylarında 64,40 manat olmaqla ümumilikdə 348,80 manat məbləğində ziyanın hesablanmasına əsas olmuş aktlar cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, 348,80 manat borcun yaranmasına əsas olmuş aktlar mövcud olmadığından iddia tələbi həmin hissədə təmin edilməklə abonent hesabından silinməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavbadeh təşkilat tərəfindən 950,8 manat ziyanın hesablanmasına əsas olmuş aktlar isə iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinəəsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh İB-yi istifadəçinin sayğacında sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə itirilmiş qazın bərpasına görə zərəri iddiaçıdan tələb etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdeh «X4 tərəfindən ümumi tələb olunan borcdan 950,80 manat məbləğində hissəsinin yaranmasına əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1298,0 manat məbləğində borc silinməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı **********20000 saylı abonent hesabına hesablanmış 1298,0 (bir min iki yüz doxsan səkkiz) manat məbləğində borc silinsin. 30,0 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar