Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-293/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh və X2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********80641 olan Samsung Galaxy A50 markalı telefon və Philips markalı epilyator üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 68.4 (altmış səkkiz manat, qırx qəpik) manat dəbbə, Cavabdeh və Zamin müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tutulması, 09.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********79102 olan Huavvei P Smart Z markalı telefon üçün 537.8 (beş yüz otuz yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz üç manat, qırx qəpik) manat dəbbə pulu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, ümumilikdə 968.6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə 16.10.2019-cu il, 09.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodları **********80641 olan Samsung Galaxy A50, **********79102 olan Huawei P Smart Z markalı telefonlar və Philips markalı epilyator almış və nəticədə 968.6 (doqquz yüz alımış səkkiz manat, altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 912 (doqquz yüz on iki) manat (12 ay x 76 manat ilkin ödənişsiz) İMEİ Kodu **********80641 olan Samsung Galaxy A50 markalı telefon və Philips markalı epilyator üçün ümumilikdə, 296.4 (iki yüz doxsan altı manat, qırx qəpik) manat olmaqla ondan, 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 68.4 (altmış səkkiz manat, qırx qəpik) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.04.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 706.6 (yeddi yüz altı manat, altmış qəpik) manat (12 ay x 56.8 manat 25 manat ilkin ödəniş) İMEİ Kodu **********79102 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə, 672.2 (altı yüz yetmiş iki manat, iyirmi qəpik) manat olmaqla ondan 537.8 (beş yüz otuz yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz üç manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 852.8 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 16.10.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin "xxxx" MMC qarşısında alıcı Cavabdeh birgə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə cavabdelər Cavabdeh və Zamin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.10.2019-cu il tarixli 00985103 saylı müqavilədən görünür ki, İMEİ Kodu **********80641 olan Samsung Galaxy A50 markalı telefon və Philips markalı epilyator Cavabdeh satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış 16.10.2019-cu il tarixli 00985103 nömrəli zaminlik müqaviləsindən görünür ki, X3 "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.10.2019-cu il tarixli 00985103 saylı müqaviləsi üzrə öhdəliyi üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.04.2020-ci il tarixli 20216843 saylı müqavilədən görünür ki, İMEİ Kodu **********79102 olan Huavvei P Smart Z markalı telefon Cavabdeh satılmışdır. İş materiallarında olan cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdeh tərəfindən iddiaçıdan müxtəlif əşyalar alınmış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilələr üzrə cavabdeh tərəfindən ödənilməmiş əsas borclar cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə müəyyən etdi ki, X3 mülki iş üzrə Cavabdeh 16.10.2019-cu il tarixli 00985103 saylı müqaviləsi üzrə öhdəliyi üzrə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 16.10.2019-cu il tarixli müqavilə üzrə 228 (iki yüz iyirmi səkkiz) manat əsas borc Cavabdeh və Zamin müştərək qaydada, 09.04.2020-ci il tarixli müqavilə üzrə isə 537.8 (beş yüz otuz yeddi manat, səksən qəpik) manat əsas borc Cavabdeh tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 228 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 68,40 manat, 228 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 68,40 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 16.10.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh və Zamin müştərək qaydada iddiaçının xeyrinə 6 manat dəbbə (cərimə) pulu, 09.04.2020-ci il tarixli müqavilə üzrə isə Cavabdeh iddiaçının xeyrinə 13 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş rüsum cavabdən alnaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.10.2019-cu il tarixli 00985103 saylı müqavilə üzrə 228 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada, 09.04.2020-ci il tarixli 20216843 saylı müqavilə üzrə 537,80 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 2333, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada 16.10.2019-cu il tarixli 00985103 saylı müqavilə üzrə 228 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, 09.04.2020-ci il tarixli 20216843 saylı müqavilə üzrə 537,80 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 814,80 (səkkiz yüz on dörd manat 80 qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-293/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-293/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver