Məhkəmə qərarları › İş №2(003)-2937/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2937/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2937/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh na qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyul 2018-ci il, 12 avqust 2019-cu il, 13 sentyabr 2019-cu il, 17 noyabr 2019-cu il tarixli 01056837 saylı, 01056748 saylı və 19 yanvar 2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh “Panasonic” markalı ətçəkən, “Hoffmann” markalı mikser, “Hoffmann” markalı soba, “Hoffmann” markalı plitə, “Hoffmann” markalı aspirator, “Hoffmann” markalı soyuducu, “Samsung” markalı tozsoran, “Hoffmann” markalı paltaryuyan, “Toyota” markalı tikiş maşını, “Samsung” markalı soyuducu, “X6 13” markalı planşet, Benövşeyi çiçək metbex masa və Benövşeyi çiçək metbex stul almış və nəticədə onun 8034,80 manat məbləğində borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30 iyul 2018-ci il tarixli K00231748 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1656,0 manat (24 ay x 69,0 manat +0,0 manat ilkin ödəniş) “Samsung” markalı soyuducu üçün 306,6 manat əsas borc, 83,0 manat dəbbə olmaqla, 389,6 manat, 12 avqust 2019-cu il tarixli 00841279 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2394,0 manat (18 ay x 133,0 manat +0,0 manat ilkin ödəniş) “Samsung” markalı tozsoran, “Hoffmann” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyan üçün 1431,0 manat əsas borc, 439,0 manat dəbbə olmaqla 1870,0 manat, 13 sentyabr 2019-cu il tarixli 00910205 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 504,0 manat (18 ay x 28,0 manat +0,0 manat ilkin ödəniş) “Toyota” markalı tikiş maşını üçün 330,7 manat əsas borc, 101,0 manat dəbbə olmaqla, 431,7 manat, 17 noyabr 2019-cu il tarixli 01056837 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 864,0 manat (20 ay x 43,0 manat + 4,0 manat ilkin ödəniş) Benövşeyi çiçək metbex masa və Benövşeyi çiçək metbex stul üçün 816,7 manat əsas borc, 193,0 manat dəbbə olmaqla, 1009,7 manat, 17 noyabr 2019-cu il tarixli 01056748 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1452,0 manat (12 ay x 121,0 manat + 0,0 manat ilkin ödəniş) “Panasonic” markalı ətçəkən, “Hoffmann” markalı soba, “Hoffmann” markalı plitə, “Hoffmann” markalı aspirator üçün 793,0 manat əsas borc, 279,0 manat dəbbə olmaqla,1072,0 manat, 19 yanvar 2020-ci il tarixli 20046603 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2728,8 manat (12 ay x 231,9 manat +0,0 manat ilkin ödəniş) “X5 13” markalı planşet üçün 2499,8 manat əsas borc, 762,0 manat dəbbə olmaqla, 2782,8 manat borcu yaranmışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 3475,0 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən "xxxx" MMC-nin xeyrinə 8034,80 manat pulun və 30,0 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək bildiri ki, əsas borcla razıdır, lakin cərimələri qəbul etmir. Ödəmələrin gecikmə səbəbi kimi pandemiya şəraətində işsiz qalmağını göstərdi. O, iddiaçıya olan borcunu hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 30 iyul 2018-ci il tarixli, K00231748 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “Samsung” markalı soyuducu Cavabdeh nisyə satılmış və cavabdeh hər ay 69,0 manat ödəməklə 24 ay müddətində ödəniş cədvəli üzrə 1656,0 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 30 iyul 2018-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung” markalı soyuducu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 30 iyul 2018-ci il tarixli ödəniş cədvəlinə əsasən 06 sentyabr 2018-ci il tarixdən 06 avqust 2020-ci il tarixədək hər ay 69,0 manat olmaqla cəmi 1656,0 manat borcu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə cədvəlindən görünür ki, 30 iyul 2018-ci il tarixli, K00231748 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 306,6 manat əsas borc, 83,0 manat dəbbə olmaqla 389,6 manat borcu mövcutdur. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12 avqust 2019cu il tarixli, 00841279 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 2394,0 manat olan “Samsung” markalı tozsoran, “Hoffmann” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyan Cavabdeh na nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 133,0 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 12 avqust 2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung” markalı tozsoran, “Hoffmann” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 12 avqust 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 15 sentyabr 2019-cu il tarixdən 15 fevral 2021-ci il tarixədək hər ay 133,0 manat olmaqla cəmi 2394,0 manat borcu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə cədvəlindən görünür ki, 12 avqust 2019-cu il tarixli, 00841279 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 1431,0 manat əsas borc, 439,0 manat dəbbə olmaqla 1870,0 manat borcu mövcutdur. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 13 sentyabr 2019-cu il tarixli, 00910205 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “Toyota” markalı tikiş maşını Cavabdeh nisyə satılmış və cavabdeh hər ay 28,0 manat ödəməklə 18 ay müddətində ödəniş cədvəli üzrə 504,0 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 30 iyul 2018-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh Toyota” markalı tikiş maşınını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 13 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 15 oktyabr 2019-cu il tarixdən 15 mart 2021-ci il tarixədək hər ay 28,0 manat olmaqla cəmi 504,0 manat borcu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə cədvəlindən görünür ki, 13 sentyabr 2019cu il tarixli, 00910205 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 330,7 manat əsas borc, 101,0 manat dəbbə olmaqla 431,7 manat borcu mövcutdur. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 noyabr 2019cu il tarixli, 01056837 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 864,0 manat olan Benövşeyi çiçək metbex masa və Benövşeyi çiçək metbex stul Cavabdeh na nisyə satılmış və cavabdeh 20 ay müddətində ödəniş cədvəli üzrə hər ay 43,0 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 17 noyabr 2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh olan Benövşeyi çiçək metbex masa və Benövşeyi çiçək metbex stul tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 17 noyabr 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 20 fevral 2020-ci il tarixdən 20 sentyabr 2021-ci il tarixədək hər ay 43,0 manat olmaqla cəmi 864,0 manat borcu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə cədvəlindən görünür ki, 17 noyabr 2019-cu il tarixli, 01056837 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 816,7 manat əsas borc, 193,0 manat dəbbə olmaqla 1009,7 manat borcu mövcutdur. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 noyabr 2019cu il tarixli, 01056748 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1452,0 manat “Panasonic” markalı ətçəkən, “Hoffmann” markalı mikser, “Hoffmann” markalı soba, “Hoffmann” markalı plitə, “Hoffmann” markalı aspirator Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 121,0 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 17 noyabr 2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh olan “Panasonic” markalı ətçəkən, “Hoffmann” markalı mikser, “Hoffmann” markalı soba, “Hoffmann” markalı plitə, “Hoffmann” markalı aspiratoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 17 noyabr 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 23 dekabr 2019-cu il tarixdən 23 noyabr 2020-ci il tarixədək hər ay 121,0 manat olmaqla cəmi 1452,0 manat borcu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə cədvəlindən görünür ki, 17 noyabr 2019-cu il tarixli, 01056748 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 793,0 manat əsas borc, 279,0 manat dəbbə olmaqla 1072,0 manat borcu mövcutdur. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 19 yanvar 2020ci il tarixli, 20046603 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən “X6 13” markalı planşet Cavabdeh nisyə satılmış və cavabdeh hər ay 231,9 manat ödəməklə 12 ay müddətində ödəniş cədvəli üzrə 2782,8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19 yanvar 2020-ci il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “X6 13” markalı planşet tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş 19 yanvar 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən 01 mart 2020-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək hər ay 231,9 manat olmaqla cəmi 2782,8 manat borcu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə cədvəlindən görünür ki, 19 yanvar 2020-ci il tarixli, 20046603 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 2499,8 manat əsas borc, 762,0 manat dəbbə olmaqla 3261,8 manat borcu mövcutdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 21 sentyabr 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən sonuncu müxtəlif əşyalar almış və alqı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş və onun həmin müqavilələr üzrə əsas və dəbbə pulu qismində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin müqavilələr üzrə yaranmış əsas borca görə ödənilməmiş 30 iyul 2018-ci il tarixli müqavilə üzrə 306,6 manat, 12 avqust 2019-cu il tarixli müqavilə üzrə 1431,0 manat, 13 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 330,7 manat, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 816,7 manat, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 793,0 manat, 19 yanvar 2020-ci il tarixli müqavilə üzrə 2499,8 manat məbləğlərində borcun tutulmasında dair iddia tələbi əsaslıdır və həmin hissədə iddia tələbi tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 30 iyul 2018-ci il tarixli müqavilə üzrə 306,6 manat məbləğində əsas borca münasibətdə 83,0 manat dəbbə, 12 avqust 2019-cu il tarixli müqavilə üzrə 1431,0 manat məbləğində borca münasibətdə 439,0 manat dəbbə, 13 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 330,7 manat məbləğində borca münasibətdə 101,0 manat dəbbə, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 816,7 manat məbləğində borca münasibətdə 193,0 manat dəbbə, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 793,0 manat məbləğində borca münasibətdə 279,0 manat dəbbə, 19 yanvar 2020-ci il tarixli müqavilə üzrə 2499,8 manat məbləğində borca münasibətdə 762,0 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan həmin dəbbələr azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 30 iyul 2018-ci il tarixli müqavilə üzrə 5,0 manat, 12 avqust 2019-cu il tarixli müqavilə üzrə 15,0 manat, 13 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 5,0 manat , 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 10,0 manat, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 10,0 manat, 19 yanvar 2020-ci il tarixli müqavilə üzrə 15,0 manat məbləğlərində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500,0 manatdan çox olduqda 30,0 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20,0 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10,0 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 iyul 2018-ci il tarixli, K00231748 saylı müqavilə üzrə 306,6 manat əsas borc və 5,0 manat dəbbə, 12 avqust 2019-cu il tarixli 00841279 saylı müqavilə üzrə 1431,0 manat əsas borc və 15,0 manat dəbbə, 13 sentyabr 2019-cu il tarixli, 00910205 saylı müqavilə üzrə 330,7 manat əsas borc və 5,0 manat dəbbə, 17 noyabr 2019-cu il tarixli, 01056837 saylı müqavilə üzrə 816,7 manat əsas borc və 10,0 manat dəbbə, 17 noyabr 2019-cu il tarixli, 01056748 saylı müqavilə üzrə 793,0 manat əsas borc, 10,0 manat dəbbə, 19 yanvar 2020-ci il tarixli, 20046603 saylı müqavilə üzrə 2499,8 manat əsas borc, 15,0 manat dəbbə olmaqla cəmi 6237,8 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20,0 manat, ümumilikdə 6257,8 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30,0 manat məbləğində dövlət rüsumunun qalan 10,0 (on) manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 56-355, 227, 5583, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30 iyul 2018-ci il tarixli, K00231748 saylı müqavilə üzrə 306,6 manat əsas borc və 5,0 manat dəbbə, 12 avqust 2019-cu il tarixdə 00841279 saylı müqavilə üzrə 1431,0 manat əsas borc və 15,0 manat dəbbə, 13 sentyabr 2019-cu il tarixli, 00910205 saylı müqavilə üzrə 330,7 manat əsas borc və 5,0 manat dəbbə, 17 noyabr 2019-cu il tarixdə 01056837 saylı müqavilə üzrə 816,7 manat əsas borc və 10,0 manat dəbbə, 17 noyabr 2019-cu il tarixdə 01056748 saylı müqavilə üzrə 793,0 manat əsas borc, 10,0 manat dəbbə, 19 yanvar 2020-ci il tarixli, 20046603 saylı müqavilə üzrə 2499,8 manat əsas borc, 15,0 manat dəbbə olmaqla, cəmi 6237,8 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 20,0 manat, ümumilikdə 6257,8 (altı min iki yüz əlli yeddi manat, səksən qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30,0 manat məbləğində dövlət rüsumunun qalan 10,0 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar