Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2940/2021 26.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh oğlu "xxxx" MMC-dən 27 dekabr 2019-cu il və 06 mart 2020-ci il tarixli müqavilələrə əsasən, X1, İMEİ kod **********2379 “Xiaomi Redmi 8” markalı telefon, İMEİ kod **********74881 “Xiaomi Mİ 9T” markalı telefonlar və urBeats3 Defiant qulaqlıq almış və nəticədə 1527,8 mana borcu yaranmışdır. 27 dekabr 2019-cu il müqaviləyə əsasən o, alqı-satqı qiyməti 1467,6 (yəni 12 ay x 119,8 manat + 30,0 manat ilkin ödəniş) manat olan “Samsung” markalı Led Tv, İMEİ kod **********2379 “Xiaomi Redmi 8” markalı telefon üçün 735,6 manat əsas borc, 73,0 manat cərimə olmaqla cəmi 808,6 manat borcu yaranmışdır. 06 mart 2020-ci il tarixli müqaviləyə əsasən o, alqı-satqı qiyməti 921,2 manat (yəni 12 ay x 65,6 manat + 134,0 manat ilkin ödəniş) olan İMEİ kod **********74881 “Xiaomi Mİ 9T” markalı telefon və urBeats3 Defiant qulaqlıq üçün 654,2 manat əsas borc, 65,0 manat cərimə olmaqla cəmi 719,2 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 999,0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdeh oğlundan 1389,8 manat əsas borc, 138,0 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1557,8 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh 13.03.2021-ci il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli 01162680 saylı müqavilədən aydın olur ki, “Samsung” markalı Led Tv, İMEİ kod **********2379 “Xiaomi Redmi 8” markalı telefon üçün hər ay nağd qaydada 119,8 manat ödəməklə, 12 ay müddətinə, 1467,6 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung” markalı Led Tv, İMEİ kod **********2379 “Xiaomi Redmi 8” markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu 27 dekabr 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 27 yanvar 2020-ci il tarixdən 27 dekabr 2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 119,8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun cəmiyyətə 27 dekabr 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 735,6 manat əsas borcu, 73,0 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 06 mart 2020-ci il tarixli 20148481 saylı müqavilədən aydın olur ki, İMEİ kod **********74881 “Xiaomi Mİ 9T” markalı telefonlar və urBeats3 Defiant qulaqlıq üçün hər ay nağd qaydada 65,6 manat ödəməklə, 12 ay müddətinə, 921,2 manata Cavabdeh oğluna satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktndan görünür ki, Cavabdeh oğlu İMEİ kod **********74881 “Xiaomi Mİ 9T” markalı telefonlar və urBeats3 Defiant qulaqlıq tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun cəmiyyətə 06 mart 2020-ci il tarixli 20148481 saylı müqaviləyə əsasən 15 aprel 2020-ci il tarixindən 15 mart 2021-ci il tarixinədək hər ay 65,6 manat olmaqla 921,2 manat borcu ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun cəmiyyətə 06 mart 2020-ci il tarixli 20148481 saylı müqavilə üzrə 654,2 manat əsas borcu, 65,0 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh oğluna ünvanlanmış 12 yanvar 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş MAPS arayışından görünür ki, Cavabdeh oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh oğlu İddiaçı MMC ilə aralarında 27 dekabr 2019-cu il tarixli ******* saylı müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 1467,6 manat dəyərində olan X1, İMEİ kod **********2379 “Xiaomi Redmi 8” markalı telefon üçün 12 ay müddətinə hər ay 119,8 manat və 06 mart 2020-ci il tarixli müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 921,2 manat dəyərində olan İMEİ kod **********74881 “Xiaomi Mİ 9T” markalı telefonlar və urBeats3 Defiant qulaqlıq üçün 12 ay müddətinə, hər ay 65,6 manat ödəmək şərti ilə almışdır. Cavabdeh cəmi 999,0 manat ödəniş etmişdir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin cəmi 1527,8 manat borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin telefonları Cavabdeh oğlu verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4-cü maddəsinin tələbindən görünür ki, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verilə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh oğludan 27 dekabr 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 735,6 manat əsas borcu, 73,0 manat cərimə, 06 mart 2020-ci il tarixli 20148481 saylı müqavilə üzrə 654,2 manat əsas borcu, 65,0 manat cərimə olmaqla ümumilikdə 1389,8 manat əsas, 138,0 manat cərimə və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 1557,8 (bir min beş yüz əlli yeddi manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2629,0, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh oğlundan 27 dekabr 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 735,6 manat əsas borcu, 73,0 manat cərimə, 06 mart 2020-ci il tarixli 20148481 saylı müqavilə üzrə 654,2 manat əsas borcu, 65,0 manat cərimə olmaqla ümumilikdə 1389,8 manat əsas, 138,0 manat cərimə və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 1557,8 (bir min beş yüz əlli yeddi manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2940/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2940/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver