Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2942/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********12454 Samsung Galaxy A10 markalı telefon üçün 37 manat ödənilməmiş hissə, 3 manat cərimə pulu, 11.06.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********67666 olan Samsung Galaxy A30 markalı telefon üçün 332 manat ödənilməmiş hissə, güzəşt olunaraq 33 manat cərimə borcu, 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********02325 olan Huawei P20 Lite markalı telefon üçün 228 manat ödənilməmiş hissə, 22 manat cərimə pulu, 10.06.2019-cu il tarixli müqaviləyə əsasən 2 ədəd X1qlıq üçün 101 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, 21.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81845 olan Samsung Galaxy A7 markalı telefon üçün 314 manat ödənilməmiş hissə, 31 manat cərimə borcu, 24.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83734 olan Huawei P Smart markalı telefon üçün 257 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, cəmi 1393 manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 10.06.2019-cu il tarixli, 11.06.2019-cu il tarixli, 08.08.2020-ci il tarixli, 10.06.2019-cu il tarixli, 21.07.2019-cu il tarixli və 24.07.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********12454 Samsung Galaxy A10 markalı telefon, İMEİ kodu **********67666 olan Samsung Galaxy A30 markalı telefon, İMEİ kodu **********02325 olan Huawei P20 Lite markalı telefon, 2 ədəd X1qlıq, İMEİ kodu **********81845 olan Samsung Galaxy A7 markalı telefon, İMEİ kodu **********83734 olan Huawei P Smart markalı telefon almış və nəticədə 1393 manat borc yaranmışdır. Cavabdeh 10.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 372 manat olan İMEİ kodu **********12454 Samsung Galaxy A10 markalı telefon almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 335 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 40 manat olmaqla ondan 37 manat ödənilməmiş hissə, güzəşt olunaraq 3 manat cərimə, 11.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 666 manat olan İMEİ kodu **********67666 olan Samsung Galaxy A30 markalı telefon almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 334 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə ümumilikdə 365 manat olmaqla ondan 332 manat ödənilməmiş hissə, 33 manat cərimə borcu, 08.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 552 manat olan İMEİ kodu **********02325 olan Huawei P20 Lite markalı telefon almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 324 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə ümumilikdə 250 manat olmaqla ondan 228 manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 manat cərimə borcu, 10.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 312 manat olan 2 ədəd X1qlıq almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 211 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə ümumilikdə 111 manat olmaqla ondan 101 manat ödənilməmiş hissə, güzəşt olunaraq 10 manat cərimə borcu, 21.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 696 manat olan İMEİ kodu **********81845 olan Samsung Galaxy A7 markalı telefon almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 382 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə ümumilikdə 345 manat olmaqla ondan 314 manat ödənilməmiş hissə, güzəşt olunaraq 31 manat cərimə borcu, 24.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 516 manat olan İMEİ kodu **********83734 olan Huawei P Smart markalı telefon almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 259 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə ümumilikdə 282 manat olmaqla ondan 257 manat ödənilməmiş hissə, güzəşt olunaraq 25 manat cərimə borcu hesablanmışdır. Cavabdeh cəmi 1845 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 10.06.2019-cu il tarixdə 00715720 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 372 manat olan İMEİ kodu **********12454 Samsung Galaxy A10 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 31 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 11.06.2019-cu il tarixdə 00717537 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 666 manat olan İMEİ kodu **********67666 olan Samsung Galaxy A30 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 37 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.08.2019-cu il tarixdə 00832314 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 552 manat olan İMEİ kodu **********02325 olan Huawei P20 Lite markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 46 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 10.06.2019-cu il tarixdə 00715828 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 312 manat olan 2 ədəd X1qlıq Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 26 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21.07.2019-cu il tarixdə 00797341 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 696 manat olan İMEİ kodu **********81845 olan Samsung Galaxy A7 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 58 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24.07.2019-cu il tarixdə 00802276 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 516 manat olan İMEİ İMEİ kodu **********83734 olan Huawei P Smart markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 43 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 10.06.2019-cu il tarixli müqavilə üzrə 37 manat ödənilməmiş hissə və 3 manat dəbbə borcu, 11.06.2019-cu il tarixli müqavilə üzrə 332 manat ödənilməmiş hissə, 33 manat dəbbə borcu, 08.08.2019-cu il tarixli müqavilə üzrə 228 manat ödənilməmiş hissə, 22 manat dəbbə borcu, 10.06.2019-cu il tarixli müqavilə üzrə 101 manat ödənilməmiş hissə, 10 manat dəbbə borcu, 21.07.2019-cu il tarixli müqavilə üzrə 314 manat ödənilməmiş hissə, 31 manat dəbbə borcu, 24.07.2019-cu il tarixli müqavilə üzrə 257 manat ödənilməmiş hissə, 25 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər üç müqavilə üzrə 1093 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 108 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1269 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 124 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.06.2019-cu il tarixdə 00715720 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 37 manat ödənilməmiş hissə, 3 manat cərimə, 11.06.2019-cu il tarixdə 00717537 saylı alqı-satqı müqaviləsinə əsasən 332 manat ödənilməmiş hissə, 33 manat cərimə, 08.08.2019-cu il tarixdə 00832314 saylı alqı-satqı müqaviləsinə əsasən 228 manat ödənilməmiş hissə, 22 manat cərimə, 10.06.2019-cu il tarixdə 00715828 saylı alqı-satqı müqaviləsinə əsasən 101 manat ödənilməmiş hissə, 10 manat cərimə, 21.07.2019-cu il tarixdə 00797341 saylı alqı-satqı müqaviləsinə əsasən 314 manat ödənilməmiş hissə, 31 manat cərimə, 24.07.2019-cu il tarixdə 00802276 saylı alqı-satqı müqaviləsinə əsasən 257 manat ödənilməmiş hissə, 25 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10.06.2019-cu il tarixdə 00715720 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 37 manat ödənilməmiş hissə, 3 manat cərimə, 11.06.2019-cu il tarixdə 00717537 saylı alqı-satqı müqaviləsinə əsasən 332 manat ödənilməmiş hissə, 33 manat cərimə, 08.08.2019-cu il tarixdə 00832314 saylı alqı-satqı müqaviləsinə əsasən 228 manat ödənilməmiş hissə, 22 manat cərimə, 10.06.2019-cu il tarixdə 00715828 saylı alqı-satqı müqaviləsinə əsasən 101 manat ödənilməmiş hissə, 10 manat cərimə, 21.07.2019-cu il tarixdə 00797341 saylı alqı-satqı müqaviləsinə əsasən 314 manat ödənilməmiş hissə, 31 manat cərimə, 24.07.2019-cu il tarixdə 00802276 saylı alqı-satqı müqaviləsinə əsasən 257 manat ödənilməmiş hissə, 25 manat cərimə olmaqla ümumilikdə 1393 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2942/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2942/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver