Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2943/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********21226 Samsung Galaxy A30 markalı telefon üçün 306 manat ödənilməmiş hissə, 30 manat cərimə, 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kod **********91488 HOFFMANN Neo markalı telefon üçün 46 manat ödənilməmiş hissə, 4 manat cərimə, 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********49866 HOFFMANN Neo markalı telefon üçün 58 manat ödənilməmiş hissə, 5 manat cərimə, 04.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********14338 Huawei Y7 markalı telefon və 2 ədəd X1qlıq üçün 550 manat ödənilməmiş hissə, 55 manat cərimə, 17.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********99125 Huawei P Smart Z markalı telefon və Power Bank TP-Link üçün 574.8 manat ödənilməmiş hissə, 57 manat cərimə, Ümumilikdə 1685.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 15.09.2019-cu il, 15.09.2019-cu il, 11.10.2019-cu il, 04.12.2019-cu il və 17.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********21226 Samsung Galaxy A30, İMEİ kod **********91488 HOFFMANN Neo, İMEİ kod **********49866 HOFFMANN Neo markalı telefon, İMEİ **********14338 Huawei Y7 markalı telefon, 2 ədəd X1qlıq, İMEİ kod **********99125 Huawei P Smart Z maralı telefon və Power Bank TP-Link almış və nəticədə 1685.8 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 578 manat (12 ay x 48 manat + 2 manat ilkin ödəniş) İMEİ **********21226 Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 336 manat olmaqla ondan, 306 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 80 manat (11 ay x 7 manat + 3 manat ilkin ödəniş) İMEİ kod **********91488 HOFFMANN Neo markalı telefon üçün ümumilikdə, 50 manat olmaqla ondan, 46 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 90 manat (12 ay x 7 manat + 6 manat ilkin ödəniş) İMEİ kod **********49866 HOFFMANN Neo markalı telefon üçün ümumilikdə, 63 manat olmaqla ondan, 58 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 604 manat (12 ay x 50 manat + 4 manat ilkin ödəniş) İMEİ **********14338 Huawei Y7 markalı telefon və 2 ədəd X1qlıq üçün ümumilikdə, 605 manat olmaqla ondan, 550 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 651.8 manat (12 ay x 47.9 manat + 77 manat ilkin ödəniş) İMEİ kod **********99125 Huawei P Smart Z markalı telefon və Power Bank TP- Link üçün ümumilikdə, 631.8 manat olmaqla ondan, beş yüz yetmiş dörd, səksən qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57 (əlliyeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 469 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunanlara əsasən, 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********21226 Samsung Galaxy A30 markalı telefon üçün 306 manat ödənilməmiş hissə, 30 manat cərimə, 15.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kod **********91488 HOFFMANN Neo markalı telefon üçün 46 manat ödənilməmiş hissə, 4 manat cərimə, 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********49866 HOFFMANN Neo markalı telefon üçün 58 manat ödənilməmiş hissə, 5 manat cərimə, 04.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********14338 Huawei Y7 markalı telefon və 2 ədəd X1qlıq üçün 550 manat ödənilməmiş hissə, 55 manat cərimə, 17.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********99125 Huawei P Smart Z markalı telefon və Power Bank TP-Link üçün 574.8 manat ödənilməmiş hissə, 57 manat cərimə, Ümumilikdə 1685.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş 15.09.2019-cu il, 15.09.2019-cu il, 11.10.2019-cu il, 04.12.2019-cu il və 17.12.2019-cu il tarixli müqavilələrin surətindən görünür ki, İddiaçı MMC İMEİ **********21226 Samsung Galaxy A30, İMEİ kod **********91488 HOFFMANN Neo, İMEİ kod **********49866 HOFFMANN Neo markalı telefon, İMEİ **********14338 Huawei Y7 markalı telefon, 2 ədəd X1qlıq, İMEİ kod **********99125 Huawei P Smart Z maralı telefon və Power Bank TP-Link-i alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi avadanlığın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın hissə-hissə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və ona görə "xxxx" MMC qarşısında ümumilikdə 1685.8 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, Cavabdeh 14.08.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə, aidiyyəti üzrə Dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. İşin araşdırılan hallarından və iş materiallarında olan 10 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun İddiaçı MMC–yə olan ödənilməmiş borcu 1534.8 manat, cərimə borcu 151 manat təşkil edir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən alqı-satqı müqavilələrinə cavabdehin 1685.8 manat borcu qalmış, lakin cavabdeh həmin müqavilədən yaranan öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinin tələbində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdehnun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1685.8 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh cəmi 1534.8 manat məbləğində borc, 151 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 133, 3158-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1534.8 (bir min beş yüz otuz dörd manat səksən qəpik) manat ödənilməmiş borc, 151 (bir yüz əlli bir) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2943/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2943/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver