Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2950/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Rəşidə Rəşid qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair X2 adına verilmiş pasportun X1 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, nənəsi X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Nənəsi Ərizəçi məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə çıxarışın alınması məqsədilə DƏDRX-ə müraciət etmiş, lakin ona bildirmişdilər ki, sənədlərdə uyğunsuzluq var. Həmin texniki pasport X2 adına verilmiş, mərhumun adının ölüm haqqında şəhadətnaməsində isə X3 olduğu göstərilmişdir. Mərhumun atasının adı Şahbaz olmuşdur. Bu faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır. Ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəçinin izahatını təsdiqləyərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi X2 istifadəsindədir. İş materiallarında olan hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, 0,1932 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 26,90 kvadratmetr olan ünvan 1 (yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Ağaxan Abdullayev küçəsi, giriş 221) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan noyabr 1964-cü il tarixli evlər idarəsi üzrə texniki inventarizasıyanın ev sahibliyinin kartoçkasından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 10, 1 saylı evin sahibi X4 olaraq göstərilmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı ərazi idarəsindən alınmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sənədlərdə hüquqi sahibinin ata adında uyğunsuzluq aşkar edillmişdir. İdarənin arxivində olan texniki pasportda hüquqi sahibin ata adı “Şahi”, təqdim olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamədə isə “Şahbaz” kimi qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 344237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçi onun qızıdır. Ərizəçinin nənəsinin adı Mərziyyə olub. Mərziyyənin atasının adı Şahbaz olub. Onu görməyib, qaynanası deyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi onun bacısı qızıdır. Ərizəçinin nənəsinin adı Mərziyyə, Mərziyyənin atasının adı Şahbaz olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmədə müəyyən olundu ki, X3 xx.xx.2005-ci il tarixində vəfat etmişdir və Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 10, 1 saylı fərdi yaşayış evinə dair texniki pasportda texniki səhvə yol verilmişdir. Belə ki, həmin sənəddə mərhumun atasının adı X3 əvəzinə X4 yazılmışdır. Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 10, 1 saylı fərdi yaşayış evinə dair texniki pasportun xx.xx.2005-ci tarixdə vəfat etmiş X1 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 10, 1 saylı fərdi yaşayış evinə dair texniki pasportun xx.xx.2005-ci tarixdə vəfat etmiş X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2950/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2950/2025
23.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver