Məhkəmə qərarları › İş №2(003)-2951/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2951/2025

28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2951/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Xəzər RİH göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Xəzər RİH göstərilməklə) hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xəzər (əvvəlki adı: Əzizbəyov) rayon İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 19/1806 №-li qərarın, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (AA seriyalı 7332244) qeyd edilən Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, istifadəsində Binə qəsəbəsi XDS icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 11 №-li qərarına baxılaraq Bakı şəhəri Sovetinin 342 №-li xx.xx.1990-cı il tarixli Bakı şəhər Sovetinin 6/223 No-li xx.xx.1990-cı il tarixli qərarına əsasən Xəzər (əvvəlki adı: Əzizbəyov) rayon İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 19/1806 №-li qərarı ilə Binə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 700 kv.m torpaq sahəsi ayrılmışdır. İstifadəsinə ayrılmış torpaq sahəsinə dair qeyd edilən Xəzər (əvvəlki adı: Əzizbəyov) rayon İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 19/1806 Ne-li qərarın arxiv arayışının 1-ci və 2-ci bəndində torpaq sahəsinin ayrılması ilə bağlı şəxs kimi qərarda qeyd edildiyi kimi (kiril alfaviti ilə: X4) kimi qeyd edilmişdir. Lakin adının düzgün yazılışı “Ərizəçi” dur. Adıma ayrılmış torpaq sahəsindən artıq 34 (otuz dörd) ildir ki, istifadə edirəm. Lakin bu günə kimi qeyd edilən torpaq sahəsinin hüquqmüəyyənedici sənədi mövcud deyil. Göründüyü kimi “Ərizəçi” olduğu halda adım Xəzər (əvvəlki adı: Əzizbəyov) rayon İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 19/1806 No-li qərarın arxiv arayışının 1-ci və 2-ci bəndində torpaq sahəsinin ayrılması ilə bağlı şəxs kimi qərarda səhv olaraq “X4” kimi qeyd edilməsi mənim qeyd edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin alınması ilə bağlı ciddi problemlər yaradır, daha dəqiq desəm qeyd edilən torpaq sahəsinə dair plan cizgi (sxem), ilkin qeydiyyata alınmaqla arayışın (çıxarışın) alınması və sairə. Xüsusi olaraq qeyd edim ki, mənə məxsus Doğum haqqında şəhadətnamə Azərbaycan dilində: “Ərizəçi” kimi qeyd edilib AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsi (əsas: AA seriyalı ******* ) Soyadı “RZAEV”, Adı “BƏFADDİN”, Ata adı “CUMŞUD OĞLU” kimi qeyd edilmişdir. İstifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı qeyd edilən qərarda soyadının, adının və ata adının səhv yazılışı ilə bağlı düzəlişin edilməsi ilə bağlı tərəfimdən maraqlı şəxs olan Bakı şəhəri Maraqlı şəxsnə rəsmi müraciətinə xx.xx.2025-ci il tarixli 5-12/2-V-6-092/2025 nömrəli məktubla imtina edilmiş və məhkəməyə müraciət etməyini məqsədəuyğun hesab etmişdir, Nəticədə o, pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaq Binədədir, 10 il əvvəl ev tikilib. Torpaq 7 sotdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Lerik rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparıtı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 1990-cı il tarixfi, ******* №-li qərar X1 adınadır. Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 1990-cı il tarixfi, ******* №-li qərar sürətindən görünür ki, X2 Binə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 700 kv.m torpaq sahəsi ayrılmışdır. Xəzər RİH Başçısının 1-ci müavininin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın 19/1806 nömrəli, xx.xx.1990-cı il tarixli qərarı ilə X3 ayrılmış torpaq sahəsində səhvən yazılmış Bafatdin adının Bafaddin kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədəuyğun hesab olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi (X8) oğlunun adına Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 1990-cı il tarixfi, ******* №-li qərarı tərtib olunmuşdur. Hazırda Ərizəçi (X8) oğlu Xəzər RİH Başçısının 1-ci müavininin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın 19/1806 nömrəli, xx.xx.1990-cı il tarixli qərarı ilə X5 olduğu qeyd edilmişdir. Ərizəçinin soyadında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçinin ad, soyad və ata adının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız soyadında olması Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın 19/1806 nömrəli, xx.xx.1990-cı il tarixli qərarı Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın 19/1806 nömrəli, xx.xx.1990-cı il tarixli qərarı Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın 19/1806 nömrəli, xx.xx.1990-cı il tarixli qərarın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar