Məhkəmə qərarları › İş №2(003)-2953/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2953/2025

29.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2953/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi, Maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi Əzizova Bikə Ağaşirinovna maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı 30.1*.1980-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, 30.1*.1980-cı il təvəllüdlü X7 ərizəçinin qardaşı olmaqla, faktiki olaraq onun himayəsindədir. X7 ağır daun xəstəsi, görmə və eşitmə qabiliyyətini itirməklə, İ dərəcə əlildir. O, xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona görə də fəaliyyət qabiliyyəti olmayan sayılmalıdır.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəsini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. O, izahatında həmçinin qardaşı X3 30.1*.1980-ci il təvəllüdlü olduğunu, hazırda onun himayəsində olduğunu, qardaşının İ dərəcəli əlil olduğu üçün öz hərəkətlərinin mənasını anlaya bilmədiyini və öz hərəkətlərini idarə edə bilmədiyini, onun kənar şəxsin qulluğuna ehtiyacının olduğunu qeyd etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iş üzrə maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 izahatında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxsin hazırda ərizəçinin yanında yaşaması halı və ekspert rəyinin nəticəsi nəzərə alınmaqla ərizəçinin tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. AZ-İ seriyalı 031*84 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X8rasında 0*.05.*003-cü il tarixində 159 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir.

6. Vİ- жг seriyalı, *86963 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1979-cu il tarixdə anadan olmuş, atası Ağabəyov Arif, anası Ağabəyova Xədicədir.

7. Vİ- жг seriyalı, 303538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30.1*.1980-ci il tarixdə anadan olmuş, atası Ağabəyov Arif, anası Ağabəyova Xədicədir.

8. 30.08.*001-ci il tarixli arayışdan görünür ki, X7 hərbi xidmətə yarasızdır.

9. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 05.11.*0*5-ci il tarixli, 376* saylı rəyindən görünür ki, X5 daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik var, o, psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

10. 14*8 nömrəli arayışdan görüünr ki, X* rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşayır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. *8.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

12. 34.*-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

13. 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.

14. 317.*-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

15. 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.

16. 3*0.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır.

17. 3*1.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, izahatları dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.

19. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının təhlilindən məlum olur ki, şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan sayılması üçün bir qayda olaraq aşağıdakı faktlar müəyyən olunmalıdır (sübuta yetirilməlidir): - Ərizəçinin bu iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması; - Şəxsin ağıl zəifliyinin (əqli geriliyin) və ya psixi pozuntusunun olması; - Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi; - Şəxsin ağıl zəifliyi və ya psixi pozuntusu ilə onun öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi arasında səbəbli əlaqə.

20. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işə tətbiqi baxımından qeyd edir ki, Ərizəçi X3 qardaşı olduğundan onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.

21. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, 30.1*.1980-cı il təvəllüdlü X1 olan problemlərə görə hərbi xidmətə yarasız hesab olunmuş və bu səbəblə həqiqi hərbi xidmət keçməmişdir.

22. Habelə bu xarakterli işlərdə sübut kimi çıxış edən məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə də təsdiq olunur ki, X5 daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik var, o, psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

23. Beləlikə, iş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, 30.1*.1980-cı il təvəllüdlü X3 daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik var, o, öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil və bu hal onun psixi vəziyyəti ilə səbəbli əlaqədədir. Ona görə 30.1*.1980-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.*. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - *17.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 30.1*.1980-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *16-**0, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. 30.1*.1980-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar