Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-296/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (25 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı (25 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 10-da yerləşən 6 saylı miras evin qəbul edilməsi müddətinin bərpa edilərək uzadılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 10-da yerləşən 6 saylı evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna əsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 10-da yerləşən 6 saylı evə dair verilmiş dövlət reyestrindən çıxarışın, daha sonralar isə bu mübahisəli ev üzrə X9 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.1966-ci ildə vəfat etmiş anası X16 əmlak miras qalmışdır. X10 xx.xx.2000-ci il tarixində rəhmətə getmişdir. X6 övladları Cavabdeh, İddiaçı və Rəhimova Həcər olmuşdur. Övladlarından (vərəsələrdən) yalnız Rəhimova Həcər dünyasını dəyişmişdir. X2 xx.xx.2000-ci ildə rəhmətə getsə də, Cavabdeh yuxarıda sözügedən miras əmlaka dair xx.xx.2021-ci ildə 25 saylı notariat ofisində vərəsəlik işi açmışdır. Sağ olan iki vərəsədən biri Cavabdeh digər vərəsə İddiaçı xəbərdarlıq etmədən xx.xx.2021-ci il tarixdə 25 saylı notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Belə ki, Cavabdeh, notariat ofisinə müraciət edərkən vərəsələrin dairəsini gizlətmişdir. Halbuki o, bu barədə digər vərəsə olan iddiaçıya da məlumat verməli idi. X13 sağ ikən evin bütün sənədlərini özündə saxlayırdı, ona görə də Cavabdeh vərəsəlik işi evi öz adına sənədləşdirə bilmirdi. 2022-ci ilin iyun ayında qeydiyyatda olduğu ünvan üzrə ona verilmiş şəxsiyyət vəsiqəsi üzrə məlumatların sistemdə mövcüd olmadığını biləndən sonra Xəzər rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə müraciət etdi. Polis idarəsindən ona bildirdilər ki, Xəzər məhkəməsinin 2(003)-994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında onu qeydiyyatdan çıxardıblar. Məhz həmin dövrdə ona məlum oldu ki, bacısı Həcər Rəhimova artıq həyatda yoxdur. Amma onun konkret nə vaxt və hansı səbəbdən rəhmətə getməsi və harada dəfn olunması barədə heç bir məlumatı olmayıb və bu barədə qardaşı Cavabdeh ona heç bir məlumat verməmişdir. xx.xx.1966-cı il təvəllüdlü Həcər Rəhimovanın nə vaxt rəhmətə getməsi barədə həmin ərazidə yaşayan qonşulardan soruşsa da, qonşular bu barədə məlumata malik olmadıqlarını bildilər. Ona görə də aidiyyatı məsələ ilə bağlı ərazi üzrə Təcili Tibb xidmətinə zəng etdi, bildirdilər ki, belə bir adamın ölümü haqqında onlarda heç bir məlumat yoxdur. Onda o qərara aldı ki, bacısının ölüm faktı, ölümün səbəbi, öldüyü tarix və dəfn olunduğu yer barədə arayış əldə etmək üçün Daxili İşlər Nazirliyinə sorğu göndərsin. Çox güman ki, Cavabdeh bacısı Həcərin ölümündən sonra sənədlərini götürmüş və ölümündən dərhal sonra vərəsəlik işinin açılması xx.xx.2021-ci ildə ərazi üzrə 25 saylı notariat ofisinə müraciət etmiş, xx.xx.2021 tarixdə isə vərəsəlik şəhadətnaməsini almışdır. Lakin Ağababa bacının ölümünü gizlətdiyi vərəsəlik işinin açılmasını da iddiaçıdan gizlətmiş, ona məlumat verməmiş, barəsində notariat ofisinə də heç bir arayış verməmiş və bilərəkdən onu miras paydan məhrum etməyə çalışmışdır. Qardaşı Ağababanın münasibəti pis olduğundan Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə10, ev 6 ünvana gedib bacısı ilə maraqlana bilmirdi və ona görə də onun ölümü barədə vaxtında məlumatı olmamışdır. Bacısı Həcərin mobil telefonu yox idi, Buzovnadakı evdə şəhər nömrəsi var idi. İddiaçı ailəsi ilə 2003-cü ilin noyabrına qədər mübahisəli evdə yaşamışdır. 5 noyabr 2003-cü ildə anası rəhmətə gedəndən bir neçə gün sonra 2003-cü ilin noyabrında Ağababanın təkidli tələbi ilə o və həyat yoldaşı evi tərk etdilər, sonra isə Ağababa nömrəni dəyişdirdi. Qardaşı Ağababa o zaman ondan və həyat yoldaşından tələb etdi ki, dərhal evi tərk etsinlər və hətta yoldaşı Sahibi təhdid etdi və ona dedi ki, evdən çıxmasa, ona qarşı bir plan quracaq. Buna görə də onlar evi 2003-cü ilin noyabrında tərk etdilər. Bacısı Həcər isə ailə qurmamışdı, ona görə də ata evində yaşayırdı və Sədərək ticarət mərkəzində çörək sexində işləyirdi. İş materiallarından görünür ki, atası X5 xx.xx.2000-ci ildə vəfat etməsinə baxmayaraq cavabdeh Ağababa həmin dövrdə vərəsəlik şəhadətnaməsi açmamışdır və məqsədi də bu olub ki, miras əmlakdan öz bacılarının payını verməsin və təklikdə miras əmlaka sahib olsun. Vərəsəlik işinin açılması tarixindən ona aydın olur ki, məhz 21 ildən sonra, yəni subay bacısı Həcər Rəhimova vəfat edəndən sonra qardaşı Cavabdeh miras əmlakı gizlincə öz adına sənədləşdirmiş, onu vərəsəlik payından məhrum etmiş və mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab etməsi barədə qətnamə qəbul edilməsinə nail olmuşdur. Yuxarıdakı mülahizələrdən çıxış edərək bildirir ki, o şəxsiyyət vəsiqəsilə bağlı yaranmış problemi həll etməyə gedəndə müəyyən etdi ki, cavabdeh artıq ona heç bir xəbərdarlıq etmədən vərəsəlik şəhadətnaməsi əldə etmiş və hətta onu və xx.xx.2020-ci ildən orada qeydiyyatda olan oğlunu yaşayış yeri üzrə qeydiyyatdan məhkəmənin qətnaməsi ilə çıxartmışdır. Çox qəribədir ki, Cavabdeh bu barədə Xəzər rayon məhkəməsinə verdiyi xx.xx.2022-ci ildə iddia ərizəsində yazır ki, guya iddiaçı 1990-cı ildən mübahisəli evdə yaşamır. 1990-cı ildə onun 16 yaşı olub, yetkinlik yaşına çatmamışdı və subay idi. Yəni 1990-cı ildən mübahisəli evdə yaşamamağı barədə iddialar yalandır. Bundan başqa, iddia ərizəsində cavabdeh yazır ki, oğlu X12 da 1990-cı ildən Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 10-da yerləşən 6 nömrəli evdə yaşamamışdır. Halbuki oğlu X12 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur və buna görə də 1990-cı ildə dünyaya gəlmədiyindən 1990-cı İldə mübahisəli evdə yaşamasından söhbət açmaq utopiyadan başqa bir şey deyil. Yəni cavabdeh yalan yazıb məhkəməni də aldatmışdır. Təəssüf ki, Buzovna qəsəbəsi İƏDN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktda və “şahidlərin” verdiyi aktda da yazılıb ki, guya oğlu X12 1990-cı ildən mübahisəli evdə yaşamayıb. Bu cür aktlar qanunsuzdur və məhkəmə tərəfindən etibarsız elan edilməlidir. Bundan başqa Buzovna qəsəbəsi İƏDN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktı tərtib edən, imzalayan vəzifəli şəxslər bilə-bilə akta yalan məlumatlar daxil etdikləri üçün, o cümlədən, şahid Sadiqov V.M, şahid Rəhimov F.R və şahid Paşayev R.M yalan şahidlik etdikləri və bilə-bilə imzaladıqları akta yalan məlumatlar daxil etdikləri üçün cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Mübahisəli ev X5 xx.xx.1966-ci ildə vəfat etmiş anası X16 miras qaldığından rəhmətlik X20 ölüm şəhadətnaməsinin surətini Milli Arxiv İdarəsindən əldə edə bilmədi, çünki 1920-1943-cü illərə dair Maştağa qəsəbəsi üzrə doğum haqqında bərpa kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Dövlət İdarəsinin xx.xx.2022-ci il tarixli DA-01939-2022 nömrəli arayışının surəti əlavə olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi notariat orqanına müraciət etmiş vərəsə - Cavabdeh İddiaçı vərəsəliyə çağrılması üçün bütün ağlabatan tədbirləri görməyə borclu idi. Lakin o, bu barədə iddiaçıya məlumat verməmiş və onu bilərəkdən miras paydan məhrum etmişdir. Beləliklə, hesab edir ki, iddiaçı olaraq onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna ə qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 10-da yerləşən 6 saylı miras evin qəbul “edilməsi müddəti üzürlü səbəbdən buraxıldığından bərpa edilərək uzadılmalı, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 10-da yerləşən 6 saylı evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 10-da yerləşən 6 saylı evə dair verilmiş dövlət reyestrindən çıxarış, daha sonralar isə X9 adına verilmiş dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan ev onların atasına məxsus olub. Cavabdeh bilərəkdən onu mirasından məhrum edərək, vərəsəliyə çağrılmadan notarius tərəfindən qanunsuz olaraq cavabdehə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, bacısı uzun müddətdir sözügedən evdə olmamışdır, daha gənc yaşlarında nişanlısı ilə birgə evdən qaçmışdır və ailəsi ilə əlaqə saxlamamış, atası, bacısı ilə maraqlanmamışdır. Onun dedikləri yalandır. Özü gedib, nə bacısı, nə də valideynləri ilə əlaqə saxlamırdı. Sözügedən yaşayış evinə istifadə hüququnu məhkəmənin qətnaməsi əsasında itirmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 25 Saylı Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli x/o 441/22 saylı məktubun sürətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə vəfat etmiş X16 miras qalmış əmlaka dair şəhadətnamə verilməsi ilə bağlı müraciətinə baxılmış, "Elektron notariat" Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə yoxlanılmış məlumata əsasən Bakı şəhəri 25 saylı notariat ofisində xx.xx.2000-ci il tarixdə vəfat etmiş X5 xx.xx.1966-cı il tarixdə vəfat etmiş anası X16 miras qalmış əmlakına dair xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixdə vərəsə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göstərilənlərlə əlaqədar, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası, mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı atası X10, anası isə X3r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə kəskin qan-damar ürək çatmamazlığı səbəbi ilə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2018-ci il tarixli arayışın sürətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən Bakı şəhəri ünvan 2 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 2(003)-994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun övladı xx.xx.2005-ci il təvəllüdlü X8 Bakı şəhəri ünvan 2 ünvanına istifadə hüquququnun itirilmiş hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5746/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)-994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “cinayət işinin başladılmasının rədd edilməsi” haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X7 ölməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, işdən görünür ki, Bakı şəhəri ünvan 2 iddiaçı və cavabdehin atası X5 xx.xx.1966cı il tarixdə vəfat etmiş anası X16 miras qalmış əmlakdır. X10 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Cavabdeh X4 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün xx.xx.2021-ci ildə Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə onaqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı ilə Cavabdeh bacı-qardaşdırlar. İddiaçı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 10da yerləşən 6 saylı miras evin qəbul edilməsi müddətinin bərpa edilərək uzadılmasını xahiş etsə də iş materiallarından görünür ki, iddiaçının qardaşı iddia tələbində qeyd edilən Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 10-da yerləşən 6 saylı ev ilə bağlı mülki hüquqlar sonuncunun adına dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etsə də, bu müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının miras kimi qəbul etmək istədiyi fərdi evin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən və iddiaçı bü müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilməməlidir. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi –əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Bundan başqa məhkəmə İddiaçı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 10-da yerləşən 6 saylı miras evə dair Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. O, öz tələbini miras əmlakın onun xəbəri olmadan verildiyindən, vərəsəlik şəhadətnaməsinin verilməsinin qanuni əsasının olmaması, vərəsələrin dairəsinin müəyyən edilmədən cavabdehə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın mahiyyəti Cavabdeh yeganə vərəsə kimi xx.xx.2021-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə bağlıdır. Mübahisə iddiaçıların həmin daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat orqanına müraciət etmələrindən sonra yaranmışdır. Belə ki, notariat orqanına müraciət edildikdən sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh atasından miras qalmış əmlaka dair yeganə vərəsə kimi artıq “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-si almışdır. Notariat orqanı tərəfindən Cavabdeh yeganə vərəsə kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-si verilmişdir. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X5 xx.xx.2000-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyanlar tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdi. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X10 xx.xx.2000-ci ildə öldüyü zaman sağ olan övladları onun qanun üzrə vərəsəsi sayılır. Tərəflər məhkəməyə X5 vərəsələrinin dairəsi ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, işdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin mərhumun xx.xx.2000-ci ildə öldüyü vaxt sağ olan övladları olmasını müəyyən edilir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə edən şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X1 xx.xx.2000-ci ildə ölümü ilə onun övladlarından olan İddiaçı ilə Cavabdeh vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdi. Cavabdeh miras əmlakın tam hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. İşin mübahisəsiz halıdır ki, miras qoyanın 3 övladı olmuşdur (biri artıq ölüb). Halhazırda 1 övladı vərəsəliyi qəbul etməklə ondan miras qalan evə tam hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi alınmışdır. Digər vərəsəsi isə mərhumun öldüyü vaxtdan hal-hazıradək notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən mirasqoyanın ölümü ilə bağlı hazırki iş üzrə cavabdehə tam hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, iddiaçı mərhumun öldüyü vaxtdan, yəni 2000-ci ildən notariat orqanına müraciət edərək vərəsə kimi tanınma hüququ var idi. Lakin 22 il müddətində o bu hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Ümumilikdə məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçının mirasqoyanın 2000-ci il tarixdən öldüyünü bilərək, vərəsələrin həmin tarixdən başlayaraq vərəsəlik şəhadətnaməni almaq hüququ yaranmışdır, lakin onlar bu hüququndan istifadə etməmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsə kimi tanınmışdır. İddiaçı bunu bildiyi vaxtdan qanunla müəyyən olunmuş müddət ərzində cavabdehə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməmişdir. Belə ki, iddiaçı məhkəməyə bununla bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürmüşdür. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki Məcəllənin 1246 və 1272-ci maddələrində qeyd edilən müddətlər kəsici müddət olmaqla, məhkəmə tərəfindən tətbiq edilən bilən müddətdir. Bütün bunlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, mülki qanunvericiliyin özündə əks etdirdiyi kəsici müddətlər iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə ona təqdim edilmiş sübutları və məhkəmədə dindirilmiş şəxslərin izahatlarını qanunvericiliyin tələbləri ilə qarşılıqlı və əlaqəli şəkildə tədqiqinin yekunu olaraq belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (25 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız edilməsi” tələbi əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, İddiaçı Cavabdeh qarşı (25 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (25 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-296/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-296/2023
15.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver