Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3001/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynir Qabil qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “xxxxxxxxxxx” MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ markalı telefon üçün 1969 manat ödənilməmiş hissə, 590 manat dəbbə pulu borcu, cəmi 2559 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq «ABC Telekom» Məhdud Məhsulıyyətlı Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən o, Samsung Galaxy S10+ markalı telefon almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 378 manat ödəniş etmişdir. Lakin sonradan öhdəliyini yerinə yetirməmiş və nəticədə 2559 manat borcundan 1969 manat ödənilməmiş hissə, 590 manat dəbbə borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 işə Cavabdehnun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00764708 saylı müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdehümumi dəyəri 2347 manat olan, Samsung Galaxy S10+ markalı telefon satmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdehnun xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1969 manat ödənilməmiş əsas, 590 manat cərimə borcu ödəməlidir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00764708 saylı Samsung Galaxy S10+ markalı telefon almışdır. Cavabdeh borcundan 378 manat ödəniş etmişdir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuş, nəticədə cavabdehin müqavilə üzrə ümumilikdə 2559 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy S10+ markalı telefon üçün 1969 manat ödənilməmiş hissə, 590 manat dəbbə pulu borcu iddiaçı xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2019-cu il tarixli, 00764708 saylı müqaviləyə əsasən Samsung Galaxy S10+ markalı telefon üçün 1969 manat ödənilməmiş hissə, 590 manat dəbbə pulu olmaqla ümumilikdə 2559 (iki min beş yüz əlli doqquz) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2589 (iki min beş yüz səksən doqquz) manat alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3001/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3001/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver