Məhkəmə qərarları › İş №2(003)-3003/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3003/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3003/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və X8) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN 356A, KOD 61023018 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan "X9”nun soyadı, adı və ata adının “Ərizəçi" kimi qeyd olunmaqla, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə onlara Bərdə rayonu, Şirvanlı kəndində ümumilikdə 0.10 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN 356A, KOD 61023018 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə də verilmişdir. Sözügedən şəhadətnamə də onun soyadı, adı və ata adı yanlış olaraq “X9” kimi qeyd olunmuşdur. Qeyd edir ki, ona məxsus bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində, ad, soyad və ata adı düzgün olaraq “Ərizəçi” kimi qeyd olunmuşdur. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə onlara verilmiş JN 356A, KOD 61023018 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, sözügedən qurumdan 02.06.2021-ci il tarixli məktubla cavab verilmişdir ki, məhkəməyə müraciət etməlidir. Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamədə olan addakı uyğunsuzluğu başqa cür aradan qaldıra bilmir. Daha sonra ərizəçi dəqiqləşdirmə ərizəsi verərək, JN 356A, KOD 61023018 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli qərarı əsasında onlara 0.10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə o anasıilə birgə payçılardır. Həmin torpaq sahəsi onların mülkiyətindədir. Lakin JN 356A, torpağın mülkiyyətə verilməsinə 61023018 seriyalı şəhadətnamədə onun onun adı soyadı və ata adı səhvən “Hüseynov” “Yaməddin” “Fərman” oğlu kimi göstərilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qismində məhkəmə iclasına cəlb edilən Maraqlı şəxs2 Əmirulla qızı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinəəsasən işə onun iştirakı olmadan baxmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinəəsasən işə onun iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin ərizəçiyə ünvanladığı məktubunda deyilir: "Bərdə rayonu Şirvanlı kəndi sakini Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN-356A saylı Şəhadətnamədə soyad, ad və ata adının səhv yazılması ilə əlaqədar 28.05.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, vətəndaşın ərizəsinə baxılmış və aşağıdakı kimi 01.06.2021-ci il tarixli **********94 nömrəli cavab məktubu göndərilmişdir. torpağın mülkiyyətə verilməsinə dair JN-356A saylı şəhadətnamədə soyad, ad və ata adının səhv yazılması ilə əlaqədar 28.05.2021-ci il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Ərizədə qeyd etdiklərinizi nəzərə alaraq bildiririk ki, Azərbaycan Resəublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bildiririk ki, sizə və ailə üzvlərinizə məxsus Bərdə rayonu Şirvanlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-356A saylı şəhadətnaməsində hansı səbəbdən Hüse nli eaməddin Firamil oslu əvəzinə səhv olara” X3 yazılması bizə məlum deyildir. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvlərin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir." İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 01.09.2021-ci il tarixli məhkəməyə ünvanladığı məktubunda deyilir: "Bərdə rayonu Şirvanlı kəndi sakini Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN-356A saylı Şəhadətnamədə soyad, ad və ata adının səhv yazılması ilə əlaqədar 28.05.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, vətəndaşın ərizəsinə baxılmış və aşağıdakı kimi 01.06.2021-ci il tarixli **********94 nömrəli cavab məktubu göndərilmişdir. torpağın mülkiyyətə verilməsinə dair JN-356A saylı şəhadətnamədə soyad, ad və ata adının səhv yazılması ilə əlaqədar 28.05.2021-ci il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Ərizədə qeyd etdiklərinizi nəzərə alaraq bildiririk ki, Azərbaycan Resəublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bildiririk ki, sizə və ailə üzvlərinizə məxsus Bərdə rayonu Şirvanlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-356A saylı şəhadətnaməsində hansı səbəbdən Ərizəçi əvəzinə səhv olaraq X3 yazılması bizə məlum deyildir. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvlərin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir." İş materiallarında olan 5 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası, Laçın şəhərində anadan olmuş Maraqlı şəxs2 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti akt avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 15.07.2021-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir.Əri: X10 (11.06.1963-cü il təvəllüdlü)-ölüb və Oğlu:Ərizəçi (xx.xx.1993-cü il təvəllüdlü). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə Bərdə rayonunun, Şirvanlı kəndində doğulmuşdur. Onun atası X10, anası Maraqlı şəxs2dır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 356A, KOD 61023018 seriyalı şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının qərarı ilə Bərdə rayonu, Şirvanlı kəndində 0,10 ha torpaq sahəsi Maraqlı şəxs2 və X5 mülkiyyətinə verilmişdir. İş materillarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü ildə Bərdə rayonunun, Şirvanlı kəndində doğulmuş Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatdadır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Beləliklə, iş materiallarından müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli qərarı əsasında X6 və X7 0.10 ha torpaq sahəsi ayrılmışdır. X1r. Onlara birgə payçılar kimi 19 sentyabr 2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN 356A, Kod-61023018 seriyalı şəhadətnamə verilmişdir. X4 adı, soyadı və ata adı qeyd olunan şəhadətnamədə səhvən X3 yazılmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.1993-cü ildə Bərdə rayonunun, Şirvanlı kəndində doğulmuş Ərizəçi məxsus şəxsiyyət vəsiqəsində onun adı “Qaməddin”, soyadı "Hüseynli" və ata adı "Firamil" kimi göstərilsə də, torpağın mülkiyyətə verilməsinə dair JN 356A, Kod- 61023018 seriyalı şəhadətnamədə ərizəçinin adı “Yaməddin”, soyadı "Hüseynov" və ata adı "Fərman" kimi qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən JN 356A, KOD 61023018 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx.xx.1993-cü ildə Bərdə rayonunu, Şirvanlı kəndində doğulmuş Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, torpağın mülkiyyətə verilməsinə dair JN 356A, Kod-61023018 seriyalı şəhadətnamənin xx.xx.1993-cü ildə Bərdə rayonunu, Şirvanlı kəndində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 356A, Kod-61023018 seriyalı şəhadətnamənin xx.xx.1993-cü ildə Bərdə rayonunu, Şirvanlı kəndində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar