Məhkəmə qərarları › İş №2(003)-3003/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3003/2025

09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3003/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Ərizəçi “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi”nin X2 maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi”nin X3 maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Tərəvəzçilik Südçülük savxozu) arxivində saxlanılan 21 may 2003-cü il tarixli 28 saylı əmrin (5-1025 saylı kod, sahəsi 0.02 ha olan) Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 28 nömrəli xx.xx.2003- cü il tarixli əmri ilə 5-1025 nömrəli sahədə sahəsi 0.02 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ərizəçinin və ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinə dair 28 nömrəli əmr və Abşeron RİH-nin xx.xx.1999- cü il tarixli 096 saylı sərəncamı vardır. Hazırda torpaq sahəsinə dair sənədlərin arxiv nüsxəsini istənildikdə, maraqlı şəxs xx.xx.2025- ci il tarixli məktubla bildirmişdir ki, arxiv məlumatların ərizəçinin adı “X6r” ona görədə arxiv arayışının verilməsində imtina edilmiş və bildirilmişdir ki, sözügedən şəxsin ata adı ərizəçi ilə eyniliyini təsdiq edən sənəd təqdim edildikdən sonra ərizənizə baxıla bilər. Bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ərizəçi tərəfindən hesab edilir ki, bu texniki səhv maraqlı şəxs tərəfindən edilmişdir. Belə ki, ərizəçinin bütün sənədlərində Ərizəçi kimi qeydlər vardır. Hətta ərizəçidə olan 28 nömrəli əmrdə də ad Hökmali, soyad Mehtiyevdir. Maraqlı şəxsin arxivində olan məlumata görə torpaq sahəsinin ölçüsü 0.10-dır, və ərizəçidə olan 28 nömrəli əmrdə də 0.10 ha-dır. Maraqlı şəxsin arxivində olan ərizəçiyə məxsus olan əmrin nömrəsi və tarixi, yəni 28 nömrəli əmr 21 may 2003- cü il tarixlidir. Ərizəçidə olan sənədlərdə eynilik təşkil edir. Ərizəçi bu kimi tekniki səhvə görə torpaq sahəsinə dair sənədlərin arxiv nüsxəsini əldə edə bilmir və həmin sənədləri başqa formada ala bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasın vaxtı və yeri barədə Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi məhkəmə iclasında iştirak etməməsinin səbəbi haqqında ərizə ilə elektron qaydada müraciət edərək, səhhəti ilə bağlı məkhəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmənin iclasında iştirak etməməsinin üzrlü hesab edilməsi, iştirakı olmadan ərizəyə baxılıb, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, dövlət orqanına təqdim edilən sənədlərdə müraciət edən vətəndaşın Ərizəçi, arxivdə isə X7 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı və soyadı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd tədim olunmalı olduğu, qeyd olunan məslənin həlli məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 28 nömrəli Əmrdən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən 0.02 hektar hesabı ilə həyətyanı torpaq sahəsi Ərizəçi ayrılmışdır.

7. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışdan görünür ki, vətəndaş Ərizəçi 0.02 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-cüdçülük sovxozun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli 27/K nömrəli əmrinin nəzərə alınmış, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.02 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

8. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Tərəvəzçilik-südçülük savxozunun) xx.xx.2003-cü il tarixli 28 nömrəli əmri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı protokolundan çıxarışın və təsdiqlənmiş siyahıda X5 adı qeyd olunmu səhifənin (297-ci səhifədə 9-cu sətir) təsdiqlənmiş surəti məhkəməyə təqdim olunmuşdur.

9. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinin təsdiqlənmiş surətindən görünür ki, Siyahıda adları göstərilən Kənd Təsərrüfatı müəssisəinin işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Əsas: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı protokolundan çıxarış.

10. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı protokolundan çıxarışın təsdqilənmiş surətindən görünür ki, siyahıda qeyd olunan X4 işçilərinə və vətandaşlara 0.10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır.

11. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli, 02 saylı protokolu üzrə siyahıdan görünür ki, 9258-ci sırada X5 adı və 0,02 h qeydi var.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

12. 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.

13. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

14. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

15. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının:

16. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

17. 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

18. 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.

19. 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Məhkəmənin mövqeyi:

20. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

21. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına və Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki: 1) qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun; 2) ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3) qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın; 4) hüquq haqqında mübahisə olmasın.

22. Göstərilən hüquqi mövqeyə uyğun olaraq məhkəmə tərəfindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Tərəvəzçilik Südçülük savxozu) arxivində saxlanılan 21 may 2003-cü il tarixli 28 saylı əmrin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi ərizəçinin barəsində bəhs olunan sənəddə qeyd olunan 5-1025- nömrəli sahədə, 0.02 torpaq sahəsinə əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olur. Həmçinin, iş materiallarından məlum olur ki, müvafiq sənədi verən qurum artıq mövcud deyil, ona görə həmin sənədlərin hazırda yenidən alınması və ya ondakı uyğunsuzluğun məhkəmədən kənar qaydada aradan qaldırılması mümkün deyil. Eləcə də, sözügedən əmrin aid olduğu daşınmaz əmlakla bağlı mübahisə olduğuna dair nə iş üzrə maraqlı şəxs, nə də başqa üçüncü şəxslər tərəfindən məhkəməyə etiraz bildirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda hüquqi əhəmiyyəti olan müvafiq faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsaslar mövcuddur.

23. Həmçinin, Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

24. İşin halları üzrə birinci şərtə münasibətdə müəyyən olunur ki, ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddəki adı (Ərizəçi) ilə ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (Tərəvəzçilik-südçülük savxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrində adı (X11) arasında uyğunsuzluq var, başqa sözlə sonuncu sənədin soyad hissəsində yanlışlıqla “t”hərfi əvəzinə “d” fərfi, eləcə də, sənədin ad hissəsində “i” hərvi əvəzinə “ı” hərfi qeyd olunmuşdur. İkinci şərtə münasibətdə qeyd olunmalıdır ki, müvafiq sənəd ərizəçinin sözügedən əmrdə qeyd olunan mülkiyyət hüququnu reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəd olduğundan həmin sənəd hüquqmüəyyənedici sənəd hesab edilir. Üçüncü şərtə münasibətdə, iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş müvafiq sənədlərin saxlanıldığı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 tərəfindən ərizəçiyə arxivdə olan müvafiq sənəddə qeyd olunmuş adla, arxiv arayışının verilməsi üçün müraciət edən şəxsin adı arasında uyğunsuzluq olduğu bildirilərək sözügedən arxiv sənədinin vətəndaşa təqdim edilməsindən imtina edilmişdir. Əlavə olaraq bildirilməldir ki, arxiv sənədlərini tərtib etmiş dövlət orqanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsi ləğv edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə müəyyən edilən hallar qeyd olunan şərtlərə uyğun olduğu üçün müvafiq hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən edilməsi mümkündür.

25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Tərəvəzçilik Südçülük savxozu) arxivində saxlanılan 21 may 2003-cü il tarixli 28 saylı əmr (5-1025 saylı kod, sahəsi 0.02 ha olan) həqiqətən də Ərizəçi məxsusdur.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 21 may 2003-cü il tarixli 28 saylı əmrin (sıra 9258, sahə 0.02 ha) Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 21 may 2003-cü il tarixli 28 saylı əmrin (9258, X11, 0.02 h) Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar