Məhkəmə qərarları › İş №2(003)-3021/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3021/2025

30.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3021/2025 30.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi Maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Xəzər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak İstirahət düşərgəsində qeydiyyatda olan **.08.*00*-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1999-cu ildə X1* ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların rəsmi nikahından iki övladı anadan olmuşdur. Daha sonra Ərizəçi həyat yoldaşı ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbilə *007-ci il tarixində Şuşa rayon məhkəməsinin qətnaməsi əsasında boşanmışdır. Qeyd olunmalıdır ki, tərəflərin övladlarından **.08.*00*-ci il təvəlldlü X3 anadangəlmə nitq pozuntusu ilə yüngül kəmağıllıq diaqnozu qoyulmuşdur. Bu səbəblə övladları 1 saylı və * saylı Respublika Psixatiriya xəstəxanasında müalicə olunub. X3 xəstəliyinə görə 30.10.*0*0-ci ildə müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Şuşa rayon İH-nin 07.1*.*0*0-ci il tarixli sərəncamı ilə Ərizəçi övladı X1 üzərində patronaj təyin olunmuşdur. Belə ki. qızı özünə baxıb, qulluq edə bilmir. Ona görə də kənar şəxsin qulluğuna ehtiyacı var. Ərizəçi onun əvəzindən müəyyən hərəkətləri etmək üçün qızını qəyyumluğuma götürmək istəyir. Bunun üçün isə övladı öncəliklə məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

3. Daha sonra Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək, ərizəsindəki tələbin dəqiqləşdirilərək, iddia tələbinin xahiş etdim hissəsini **.08.*00*-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə ərizə icraata qəbul edilmişdir.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında vermiş olduğu izahatında ərizəsini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında əri ilə boşandığını, X1 *00*-ci il təvəllüdlüdü olmaqla onun doğma övladı olduğunu, hazırda qızının onun himayəsində yaşadığını, qızının ağır kəmağıllılıq, kəskin imbesillik diaqnozu ilə İ qrup əlilliyinin müəyyən edildiyini, və bununla əlaqədar olaraq müavinət aldığını, hazırda məcburi köçkün kimi Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak” düşərgəsində müvəqqəti məskunlaşdıqlarını qeyd etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iş üzrə maraqlı şəxs Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 izahatında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxsin hazırda ərizəçinin yanında yaşaması halı və ekspert rəyinin nəticəsi nəzərə alınmaqla ərizəçinin tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. AZ-İ seriyalı, *5*407 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 **.08.*00*-ci il tarixdə anadan olmuş, atası X9, anası X4r.

7. AZ-1 seriyalı, 065601 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X1* ilə X7 arasında nikah ləğv edilmişdir.

8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın *0.11.*0*0-ci il tarixli çıxarışından görünür ki, X1 ağır kəmağıllılıq, kəskin imbesillik və ciddi davranış pozuntusu səbəbilə birinci dərəcəli əlilliyi müəyyən edilmişdir.

9. 07.1*.*0*0-ci il tarixli, 89 nömrəli Şuşa rayon İca Hakimiyyəti Başçısının Sərəncamından çıxarışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi, övladı – **.08.*00*-ci il təvəllüdlü X6 üzərində patronaj təyin edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * X11 Xəstəxanasının ambulator kitabçası (xəstəlik tarixindən) çıxarışından görünür ki, **.08.*00*-ci il təvəllüdlü X6 ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntularından əziyyət çəkdiyindən kənar şəxslərin himayəsinə ehtiyacı vardır.

11. 04.07.*0*5-ci il tarixli Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzrə Bölməsinin arayışından görünür ki, Xocalı rayonundan məcburı köçkün düşmüş Ərizəçi Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak” düşərgəsində müvəqqəti məskunlaşmışdır.

12. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 0*.09.*0*5-ci il tarixli, *9*4 saylı rəyindən görünür ki, X* ağır dərəcəli əqli gerilik, davranış pozuntuları müəyyən edildiyi, bu səbəbdən onun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasların olduğu qeyd edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. *8.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

14. 34.*-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

15. 317.*-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

16. 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.

17. 3*0.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır.

18. 3*1.*-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, izahatları dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir.

20. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının təhlilindən məlum olur ki, şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan sayılması üçün bir qayda olaraq aşağıdakı faktlar müəyyən olunmalıdır (sübuta yetirilməlidir): - Ərizəçinin bu iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması; - Şəxsin ağıl zəifliyinin (əqli geriliyin) və ya psixi pozuntusunun olması; - Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi; - Şəxsin ağıl zəifliyi və ya psixi pozuntusu ilə onun öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi arasında səbəbli əlaqə.

21. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işə tətbiqi baxımından qeyd edir ki, Ərizəçi X1 anası olduğundan onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.

22. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * X11 Xəstəxanasında qeydiyyatdadır, ona ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur və qeyd olunan bu diaqnoz əsasında ona müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat çıxarışında, X1 əmək zəmanəti ilə bağlı daima kənar şəxsin köməyinə ehtiyacı olması qeyd olunmuşdur.

23. Habelə bu xarakterli işlərdə sübut kimi çıxış edən məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə də təsdiq olunur ki, X* ağır dərəcəli əqli gerilik və davranış pozuntuları var, o, psixi vəziyyətinə görə öz hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

24. Beləlikə, iş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, **.08.*00*-ci il təvəllüdlü X1 ağır dərəcəli əqli geriliyi və davranış pozuntuları var, o, öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil və bu hal onun psixi vəziyyəti ilə səbəbli əlaqədədir. Ona görə **.08.*00*-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, **.08.*00*-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *16-**0, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. **.08.*00*-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar