Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3030/2021 19.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 14.171.90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.02.2013-ci il tarixdə Cavabdeh tərəfindən 055091 saylı akt tərtib edilməklə mərhum atası X3 adına olan qaz saycacı ünvan 1 ünvanda çıxaralaraq aparılmışdır. Qeyd etmişdir ki, mərhum atası hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Bildirmək istəmişdir ki, mərhum atası X5 08.10.2020-ci il tarixdə vəfat etdikdən sonra o, mərhum atasından miras qalmış torpaq sahəsində abadlıq və təsərrüfat işləri aparmaqla bağlı yeni qaz sayğacının qoyulmasından ötrü Cavabdeh İB-nə müraciət etmişdir. O, bu barədə Cavabdehə müraciət etdikdə oradan ona bildirmişlər ki, onun mərhum atasın adına olan köhnə qaz sayğacında 14171,90 manat borcunun olduğu üçün sayğacının bərpası mümkün deyil. Bildirmişdir ki cavabdeh təşkilat qaz sayğacına müdaxilənin o vaxtlar mərhum atası tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan mərhum atasının adına olan qaz sayğacına yüksək məbləğdə cərimə hesablamışdırlar. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddia tələbinin əsasını iddiaçının mərhum atası X3 08.10.2020-ci il tarixində vəfat etməsindən sonra iddiaçıya mərhum atasından miras qalmış torpaq sahəsində abadlıq və təsərrüfat işlərinin aparmaqla bağlı yeni qaz sayğacının qoyulması barədə Cavabdeh İB-nə müraciət etməsi, köhnə qaz sayğacından qalan borcun ödənmədiyi təqdirdə sayğacın bərpasının mümkün olmamasının cavab olaraq bildirilməsi təşkil edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus istixanada təbii qazın uçotu və TQİQ-na riayət oluması yoxlanıldıqda, təbii qazdan istifadə qaydalarının pozulması aşkar olunmuş, bunun əsasında 055091 nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 13.02.2013-cü il tarixli Akt tərtib olunmuş, 12909.60 manat dəymiş ziyan hesablanaraq istehlakçı hesabına daxil edilmişdir. Qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etməklə Cavabdeh İB ilə X5 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndləri X5 tərəfindən pozulmasını bildirmişdir. Qeyd olunan istehlakçıya aid olan **********00470 abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. Həmin hərəkətlər «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 13.02.2013-cü il tarixli, 055091 saylı Aktla rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı 13.02.2013-cü il tarixli Akt əsasında qeydə alınmayan itirilmiş qazın dəyəri kimi hesablanmış və onun abonent hesabına yazılmış borcu mübahisələndirmişdir. Bu halı onun iddia ərizəsinə nəzər yetirdikdə də görmək olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən “Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir”. Məhkəmə işdə iştirak edən şəxslərinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********00470 saylı abonent hesabına 14171.90 manat borc hesablanmışdır. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 23.06.2021-ci il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Qala kəndində yerləşən istixanaya 13.02.2013-cü il tarixli 055091 nömrəli akt tərtib olunaraq, 12909.60 manat dəymiş ziyan hesablanmaqla istehlakçı hesabına daxil edilmişdir. İş materiallarından və məhkəmə iclasında araşdırılmış hallardan müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda olan istixananın təbii qaz təchizatına görə ümumilikdə 14171.90 manat məbləğində borc yazılmışdır. Həmin borcun 12909.60 manat məbləğində hissəsi akt əsasında tətbiq edilmiş borcdan, digər 1262,3 manat (14171.90 – 12909.60= 1262.3) hissəsi isə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borcdan ibarətdir. Qeyd olunan məbləğdə borcun olması barədə iddiaçının məlumatı 23.06.2021-ci il tarixli Bakı Regional Qazın Satışı Departamentinin ona ünvanlanmış məktubu əsasında olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materiallarından və məhkəmə iclasında araşdırılmış hallardan iddiaçının yaşadığı ünvan 5 ünvanına dair cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların tərtib edilməsi və həmin aktlara uyğun iddiaçının abonent hesabına borcun hesablanması, həmin aktların tərtib olunması zamanı nə iddiaçı, nə də digər şəxslərin (evdə yaşayan şəxslərin, şahidlərin) iştirakının təmin edilməsi halı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə tərtib edilmiş akt əsasında dəymiş zərərin hesablanması və iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh qurum tərəfindən 12909.60 manat məbləğində borcun tətbiq edilməsinin əsaslı olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində təbii qazdan istifadə qaydalarının pozulması səbəbi ilə cavabdeh quruma 12909.60 manat məbləğində zərərin dəyməsi halı müəyyən edilmədiyindən, iddiaçı həmin borcun silinməsinin tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə, iddiaçı tərəfindən təbii qazın istifadəsinə görə yaranmış borcun (1262,3 manatın) silinməsinin tələb olunmasını əsassız hesab edir. Yəni qalan məbləğ isə təbii qazdan istifadə etdiyinə əsasən hesablanmış borc (1262.3 manat) olduğundan həmin borcun silinməsi hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyriəmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İstehlakçı hüquqlarının pozulması da şəxsi qeyri-əmlak hüquqlarına aid edildiyindən iddia müddətinin tətbiq barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, istehlakçının abonent hesabına tərtib edilmiş akt əsasında hesablanmış 12909.6 manat məbləğində borc silinməli, qalan məbləğ isə təbii qazdan istifadə etdiyinə əsasən hesablanmış borc (1262.3 manat) olduğundan həmin borcun silinməsi hissəsində iddia təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunmaqla, iddianın qiyməti də 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən **********00470 saylı abonent koduna hesablanmış 12909.6 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən **********00470 saylı abonent koduna hesablanmış 12909.6 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3030/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3030/2021
19.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver