Məhkəmə qərarları › İş №2(003)-3031/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3031/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3031/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X17 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat ofisi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat ofisi göstərilməklə) X5 adına olan Bakı şəhəri, ünvan 2 saylı evin Texniki pasportunun mərhum babası X* məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun mərhum babası (atasının atası) X* məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. X2 02.02.19*0-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum X2 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum babası X8 1923-cü ildə Bakı şəhərində anadan olmuş və o. 1973-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum babası X8 vəfat etdiyi günədək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi (keçmiş Drulba) küçəsi döngə 2,15 saylı evdə pasport qeydiyyatıda olmuşdur və həmin evdə yaşamışdır. O özü də həmçinin anadan olandan indiyədək yuxarıda göstərilən sözügedən ünvanda yerləşən evdə öz ailə üzvüləri ilə yaşayır və orada pasport qeydiyyatındadır. Hazırda sözügedən evi qanun üzrə vərəsəlik əsasında öz adına rəsmiləşdirmək istəyir. Hal-hazırda o yuxarıda qeyd edilən evi sənədləşdirməkdən ötrü Bakı şəhəri 25 saylı Notariat Ofisi müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirilərək ona bildiriblər ki, onun mərhum babasının adına olan evin texniki pasortunda adı “Mirzağa”,soyadı “Əliyev” atasının adı isə “Kabla Ağa” oğlu kimi qeydə alınmış lakin digər sənədlərdə isə babasının adı atasının adı və soyadı X1 qeyd edilmişdir. Bu səbəbdən də evin sənədləşdirməklə onun adına sənədin verilməsi mümkün deyil. Bildirmək istəyir ki, mərhum babası və onun mərhum atası o vaxtlar bütün bunlara əhmiyyət verməyiblər. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X2* ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı oğludur. Rüfət hazırda həmin evdə yaşayır. Babasının əsl adı Əbdüləhəd olub, sənədlərdə Kəbli Ağa yazılıb. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X12, anası X22 olan Ərizəçi xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası XXX Sona Pirəli qızı olan X12 02.02.19*0-cı ildə Bakı şəhərində doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1973-cüil tarixə vəfat etmişdir. Evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkasının görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanının sahibi Əliyev X15r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X22 arasındakı nikah xx.xx.1950-ci il tarixdə, 220 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Şükürov”, arvada “Şükürova” soyadı verilmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Şüvəlan qəsəbəsi Qarayev küçəsi ev 1* ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X10r. Bakı şəhəri 25 saylı Notariat ofisinin 05.0*.2025-cü il tarixli məktubundan görünür ki, təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, hüquqmüəyyənedici sənəddə və ölüm haqqında şəhadətnamədə X4 ata adı fərqlı qeyd edilmişdir. Buzovna qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 17*2 saylı arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dostluq küçəsinin adı dəyişdirilib və hal-hazırda Aydın Xələfov küçəsidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 1*.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, X19 (X11) oğlu iddiaçının atasıdır. Atası olan X19 (X11) oğlunun adına Bakı şəhəri, ünvan 2 ünvanı üzrə texniki passport tərtib olunmuşdur. X19 (X11) oğlu xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 25 saylı Notariat ofisinin 05.0*.2025-cü il tarixli məktubundan görünür ki, təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, hüquqmüəyyənedici sənəddə və ölüm haqqında şəhadətnamədə X4 ata adı fərqlı qeyd edilmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçinin ad və soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız ata adının olması Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid Pasortun xx.xx.1973-cü il tarixdə vəfat etmiş X* məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri, ünvan 2 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid Pasortun xx.xx.1973-cü il tarixdə vəfat etmiş X* məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 21*-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid Pasortun xx.xx.1973-cü il tarixdə vəfat etmiş X* məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar