Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3032/2025 16.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək X8 adına olan Bakı şəhəri, keçmiş Əzizbəyov rayon ZDS İK-nin (indiki Xəzər rayon İcra Hakimiyyətinin) xx.xx.1969-cu il tarixli 24/316 saylı protokolunun (qərarının) əsasında verilmiş 600 kv.m torpaq sahəsinin mərhum atası X3 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, atası X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O atası X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, N.Hüseynov küçəsi, 1 saylı fərdi yaşayış evinə çıxarışın alınması məqsədilə DƏDRX-ə müraciət etmiş, lakin ona bildirmişdilər ki, sənədlərdə uyğunsuzluq var. Həmin protokolda X11 qeyd edilmiş, lakin mərhumun adının ölüm haqqında şəhadətnaməsində və digər sənədlərdə isə X7 olduğu göstərilmişdir. Babasının adı Məmmədhəsən olmuşdur. Bu faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş V-ЖГ seriyalı 317618 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1r. İş materiallarında olan АЗ seriyalı 583004 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Salmanov X9r. İş materiallarına əlavə olunan AZ-İİ seriyalı 167121 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı 304488 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X10 xx.xx.1975-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilən Bakı şəhər icraiyyə komitəsinin fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına 1971-ci il tarixli 43 nömrəli icazədən görünür ki, X3 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinndə fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri, keçmiş Əzizbəyov rayon ZDS İK-nin xx.xx.1969cu il tarixli 24/316 saylı protokoldan görünür ki, vətəndaşın adı X5 qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin babasının adı Məmmədhəsən olub və o 1976-cı ildə vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, ərizəçi onun 45 ildən çoxdur ki, qonşusudur. Ərizəçinin babasının adı Məmmədhəsən olub və o da çoxdan vəfat edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmədə müəyyən olundu ki, X7 xx.xx.2021-ci il tarixində vəfat etmişdir və Bakı şəhəri, keçmiş Əzizbəyov rayon ZDS İK-nin xx.xx.1969-cu il tarixli 24/316 saylı protokolunda texniki səhvə yol verilmişdir. Belə ki, həmin sənəddə mərhumun adı X7 əvəzinə X11 yazılmışdır. Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri, keçmiş Əzizbəyov rayon ZDS İK-nin xx.xx.1969cu il tarixli 24/316 saylı protokolunun xx.xx.1969-cu tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, keçmiş Əzizbəyov rayon ZDS İK-nin xx.xx.1969-cu il tarixli 24/316 saylı protokolunun xx.xx.1969-cu tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3032/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3032/2025
16.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver