Məhkəmə qərarları › İş №2(003)-3039/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3039/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3039/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “xxxxxxxxxxx” MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 3 ədəd GOREN/E markalı tozsoran üçün 81 ( səksən bir) manat ödənilməmiş hissə, 24 manat ( 0.27 manat x 90 gün) dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor, Samsung markalı Paltaryuyan üçün 2476 ( iki min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 743 manat ( 1.18 manat x 630 gün) dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor, Logitech klaviatura üçün , 7094 ( min doxsan dörd) manat ödənilməmiş hissə, 346 manat (1.05 x 330 gün) dəbbə, 4. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İİMET kod **********99986 olan X4 7 markalı telefon üçün 377 ( /ç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 111 manat ( 0.53 x 210 gün) dəbbə, 5. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Mini Avtoyuyucu KARCHER üçün 279 ( iki yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 63 zanat (0.31 x 270 gün) dəbbə miqdarında borc yaranmışdır. Ümumilikdə 5608 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5638 manat Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il müqavilələrinə əsasən 3 ədəd GORENVE markalı tozsoran, 2 ədəd Samsung LED markalı televizor, Samsung markalı Paltaryuyan, Logitech klaviatura, İMEİ kod **********99986 olan X4 7 markalı telefon, Mini Avtoyuyucu KARCHER almış və nəticədə 5608 (beş min altı yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (72 ay x 27 manat “ 0 manat ilkin ödəniş) 3 ədəd GORENSE markalı tozsoran üçün 105 ( yüz beş) manat olmaqla ondan, 81 ( səksən bir) manat ödənilməmiş hissə, 24 manat ( 0.27 manat x 90 gün) dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2968 ( iki min doqquz yüz altmış səkkiz) manat (24 ay x 118 manat 136 manat ilkin ödəniş) Samsung LED markalı televizor, Samsung markalı Paltaryuyan üçün 3219 ( üç min iki yüz on doqquz) manat olmaqla ondan 2476 ( iki min dörd yüz yetmiş altı) manat ödənilməmiş hissə, 743 manat (1.18 manat x 630 gün) dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1894 ( min səkkiz yüz doxsan dörd) manat (78 ay x 105 manat £ 4 manat ilkin ödəniş) Samsung LED markalı televizor, Logitech klaviatura üçün 1440 ( min yüz qırx) manat olmaqla ondan. 1094 ( min doxsan dörd) manat ödənilməmiş hissə, 346 manat (1.05 x 330 gün) dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 691 (altı yüz doxsan bir) manat (72 ay x 53 manat € 55 manat ilkin ödəniş) İMEİ kod **********99986 olan X4 7 markalı telefon üçün 482 ( dörd yüz səksən iki) manat olmaqla ondan, 377 ( iç y/z yetmiş bir) mi nat ödənilməmiş hissə, İ11 manat (0.53 x 210 gün) dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı Viyməti 341 (üç yüz qırx bir) manat (77 ay x 31 manat Ümanat ilkin ödəniş) Mini Avtoyuyucu KARCHER üçün 362 (üç yüz altmış iki) manat olmaqla ondan, 279 ( /ki yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 83 sanat (0.31 x 270 gün) dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1917 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00691923 saylı müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdehümumi dəyəri 691 manat olan İMEİ Kodu **********99986 X4 7 4GB/64GB markalı telefonsatmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00569346 saylı müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdehümumi dəyəri 1894 manat olan Samsung LED, Logitech klaviatura satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00843088 saylı müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdehümumi dəyəri 2968 manat olan Samsung LED, Samsung paltaryuyan satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00536423 saylı müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdehümumi dəyəri 324 manat olan tozsoran Gorenje, tozsoran Gorenje, tozsoran Gorenje satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00886332 saylı müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdehümumi dəyəri 341 manat olan mini avtoyuyucu Karcher satmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 81 manat ödənilməmiş əsas, 24manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2476 manat ödənilməmiş əsas, 743 manat cərimə borcu, xx.xx.2019cu il tarixli müqavilə üzrə 1094 manat ödənilməmiş əsas, 346 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 371 manat ödənilməmiş əsas, 111 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 279 manat ödənilməmiş əsas, 83 manat cərimə borcu mövcuddur. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00691923 saylı müqavilə üzrə İMEİ Kodu **********99986 X4 74GB/64GB markalı telefon, xx.xx.2019-cu il tarixli, 00569346 saylı müqavilə üzrə Samsung LED, Logitech klaviatura, xx.xx.2019-cu il tarixli, 00843088 saylı müqavilə üzrə Samsung LED, Samsung paltaryuyan, xx.xx.2019-cu il tarixli, 00536423 saylı müqavilə üzrə tozsoran Gorenje, tozsoran Gorenje, tozsoran Gorenje, xx.xx.2019-cu il tarixli, 00886332 saylı müqavilə üzrə avtoyuyucu Karcher satılmışdır. Cavabdeh borcundan 1917 manat ödəniş etmişdir. O, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuş, nəticədə cavabdehin müqavilələr üzrə ümumilikdə 5608 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 81 manat ödənilməmiş əsas, 24manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2476 manat ödənilməmiş əsas, 743 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1094 manat ödənilməmiş əsas, 346 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 371 manat ödənilməmiş əsas, 111 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 279 manat ödənilməmiş əsas, 83 manat cərimə borcu iddiaçı xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00691923 saylı müqaviləyə əsasən İMEİ Kodu **********99986 X4 7 4GB/64GB markalı telefonüçün 371 manat ödənilməmiş hissə, 111 manat dəbbə, xx.xx.2019-cu il tarixli, 00569346 saylı müqaviləyə əsasən Samsung LED, Logitech klaviatura üçün 1094 manat ödənilməmiş hissə, 346 manat dəbbə, xx.xx.2019-cu il tarixli, 00843088 saylı müqaviləyə əsasən Samsung LED, Samsung paltaryuyan üçün 2476 manat ödənilməmiş əsas, 743 manat cərimə, xx.xx.2019-cu il tarixli, 00536423 saylı müqaviləyə əsasən Samsung LED, Samsung paltaryuyan üçün 81 manat ödənilməmiş hissə, 24 manat dəbbə, xx.xx.2019-cu il tarixli, 00886332 saylı müqavilə əsasən avtoyuyucu Karcher üçün279 manat ödənilməmiş əsas, 83 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 5638 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar