Məhkəmə qərarları › İş №2(003)-3045/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3045/2021

15.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3045/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi qızının (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayə orqanı) X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində doğulmuş 22 mart 1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı 22 mart 1996-cı il təvəllüdlü X6 anadan gəlmə ruhi xəstədir. O, psixi qüsuru nəticəsində öz hərəkətlərinə rəhbərlik edə bilmir. Tibbi-Sosial Ekspert komissiyasının rəyinə əsasən ona İ qrup əlillik təyin edilmiş və ona kənar şəxsin köməyinə ehtiyacı vardır. Bu səbəbdən onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Ona görə 22 mart 1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 Aytən Xudaverdi qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 22 mart 1996-cı il tarixdə Bakı şəhərində Əzizbəyov rayonunda (indiki Xəzər rayonu), Zirə qəsəbəsində doğulmuş X3 atası X9 anası X5r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışdan görünür ki, 22 mart 1996-cı il təvəllüdlü X6 müddətsiz İ qrup əllildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X16 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 25 avqust 2021-ci il tarixli 1922 saylı rəyindən görünür ki, 22 mart 1996-cı il təvəllüdlü X6 ümumi xəstəlik səbəbindən, müddətsiz birinci dərəcəli əlildir, dərin əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon ƏSMMnın verdiyi 187522 saylı vəsiqəsindən görünür ki, X6 ümumi xəstəlik səbəbindən, müddətsiz birinci dərəcəli əlildir. İş materiallarında epikrizdən görünür ki, 22 mart 1996-cı il təvəllüdlü X6 nitq pozuntusu ilə imbesillik dərəcəsində ağıl zəifliyi (orta kəmağıllılıq) diaqnozu ilə Şəhər uşaq ruhi-əsəb dispanserində 2001-ci ildə qeydiyyata alınmışdır. X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi Ərizəçi qızı Qafurova Aytənin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi vəziyyəti ilə əsaslandırmışdır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 1922 saylı, 25.08.2021ci il tarixli rəyindən görünür ki, X4 dərin əqli gerilik (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından psixofiziki inkişafda xeyri geri qalması, əqli geriliklə əlaqədar orta təhsil ala bilməməsi, müayinə zamanı aşkar olunan əlamətlər söz ehtiyatının kasadlığı, ünsiyyətəçətin daxil olması, yaddaş və intellektinin aşağı olması və s. sübut edir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, X6 ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, X6 ruhi xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibb müəssisəsinin arayışı ilə və iş üzrə təyin edilmiş məhkəmə psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildiyindən və Ərizəçi Qafurova Aytənin anası olduğundan, buna görə də onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaq hüququna malik olduğundan ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilməlidir. Beləliklə, X3 ruhi xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibb müəssisəsinin arayışı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X6 ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək Qafurova Aytən fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi qızının ərizəsi təmin edilsin. 22 mart 1996-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan X3 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar