Məhkəmə qərarları › İş №2(003)-3046/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3046/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3046/2020 21.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «xxxxxxxxxx» MMC-nin Cavabdeh qarşıpul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00623278 saylı müqaviləsinə əsasən 190 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2019-cu il tarixli 01031233 saylı müqaviləsinə əsasən 540 manat ödənilməmiş hissə, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli 01031233 saylı alqısatqı müqaviləsinə əsasən 521 manat ödənilməmiş hissə, 52 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1406 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən o Samsung Galaxy J4 plus markalı telefon, Samsung Galaxy A20s markalı telefonlar almış və nəticədə 1376 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (yəni 12 ay x 38 manat + 0 manat ilkin ödəniş) manat olan İMEİ kodu **********86314 olan Samsung Galaxy J4 plus markalı telefonu üçün ümumilikdə 209 manat olamaqla ondan, 190 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satğı qiyməti 540 (yəni 15 ay x 36 manat 0 manat ilkin ödəniş) manat olan İMEİ kodu **********4635 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə 594 manat olmaqla ondan, 540 manat ödənilməmiş hissə, 54 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satğı qiyməti 576 (yəni 18 ay x 29 manat 54 manat ilkin ödəniş) manat olan İMEİ kodu **********10930 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə 573 manat olmaqla ondan, 521 manat ödənilməmiş hissə, 52 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 321 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00623278 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 456 manat olan İMEİ kodu **********86314 olan Samsung Galaxy J4 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 38 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01031233 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 540 manat olan İMEİ Kodu **********46435 olan Samsung Galaxy A20 s markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 36 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01031233 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 576 manat olan İMEİ Kodu **********10930 olan Samsung Galaxy A20 s markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 29 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 190 manat ödənilməmiş hissə və 19 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 540 manat ödənilməmiş hissə, 54 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 521 manat ödənilməmiş hissə, 52 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər üç müqavilə üzrə 1251 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 125 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1251 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 125 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019cu il tarixdə 00623278 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 190 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2019-cu il tarixdə 01031233 saylı alqı-satqı müqavilələrinə əsasən 540 manat ödənilməmiş hissə, 54 manat cərimə, xx.xx.2019-cu il tarixdə 01031233 saylı alqı-satqı müqavilələrinə əsasən 521 manat ödənilməmiş hissə, 52 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00623278 saylı müqaviləsinə əsasən 190 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2019-cu il tarixli 01031233 saylı müqaviləsinə əsasən 540 manat ödənilməmiş hissə, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli 01031233 saylı alqı-satqı müqaviləsinə əsasən 521 manat ödənilməmiş hissə, 52 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 1406 (min dörd yüz altı) manat alınaraq iddiaçı «xxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar