Məhkəmə qərarları › İş №2(003)-3046/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3046/2024

11.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3046/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış (**********00660 saylı abonent hesabına) əsassız hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 ünvanında yerləşən fərdi yaşayış evində uşaqları ilə bir yerdə yaşayır.Müqavilə əsasında fərdi yaşayış evi qazla təchiz edilmişdir.xx.xx.2018-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir.Qaz sayğacı küçədə yerləşir.xx.xx.2018-ci il tarixdə sayğaca kənar müdaxilə edilməsi ilə bağlı akt tərtib edilmiş və dəymiş ziyanın əvəzi olaraq 3110,40 manat borc hesablanmışdır.O, qaz sayğaclna heç bir kənar müdaxilə etməmişdir.Borc səbəbindən qazdan istifadə edə bilmir.Məhkəmə iclasının təxirə salənmasına razı deyildir.Özü xəstə və qazsızdır.Bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını istəmir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştrak etmiş Cavabdeh nümayəndəsi X2 bildirdi ki, iddia əsassızdır və bu səbədən iddianı qəbul etmir. Cavabdeh nümayəndəsi X2 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştrakçılarını dindirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazda sayğacdan kənar istifadə etməsi qeyd edilmişdir. İş materiallarında olan Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00610 nömrə ilə qeydiyyata alınmış abonent koduna akt üzrə 3110,40 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 (Xəzər rayonu, X3-0330-0660) ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 15.552 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00660 nömrə ilə qeydiyyata alınmış abonent koduna akt üzrə 3110,40 manat borc hesablanmışdır. Burada abonentin hər ay təbii qazdan istifadəyə görə müxtəlif məbləğlərdə ödəniş etməsi əks olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayo Məhkəməsinin 16(003)-154/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadından görünür ki, mülki iş üzrə mübahisə başa çatanadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 (Xəzər rayonu, X3-0330-0660) ünvanına (abonent kodu: **********00660) təbii qazın verilməsinin dayandırılması və smart karta edilən ödənişlərdən 3110,40 manat borcun silinməsi üçün tutulmaların aparılması Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, xx.xx.2018-ci il tarixli akt tərtib edilərkən iddiaçının iştrakı və xəbəri olmamışdır.Eyni zamanda, iddiaçının qaz sayğacına kənar müdaxilə etməsi sübuta yetirilmədi.Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı (abonent kodu **********00660) üzərinə yazılmış 3111,40 manat borc əsassız olduğundan silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbi 3110,40 manat borcun silinməsidir.Belə olan halda dövlət rüsumu 51,10 manat təşkil edilir və cavabdehdən utulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00660) hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. 51,10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar