Məhkəmə qərarları › İş №2(003)-3049/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3049/2023

06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3049/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında olan **********00070 saylı abonent hesabına yazılmış 13024,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 2 ünvanında olan **********00070 saylı abonent hesabına 2023-cü il tarixdə qazdan qeyri-qanuni istifadə etmədiyi halda 2023-cü ilin yanvar ayında akt yazılaraq 8812,80 manat, fevral ayında 734,40 manat, mart ayında 362,88 manat, aprel ayında 734,40 manat, iyun ayında 1836 manat, iyul ayında 544,32 manat məbləğində cəmi 13024,80 manat məbləğində borc hesablanmışdır. 2014-cü ildə mərhum qardaşı vəfat edəndən sonra həmin evdə yaşayış olmamışdır. 2023-cü ilin yanvar, fevral mart, aprel, iyun, iyul aylarında tarixsiz fotoşəkillərə istinad edilərək qanunsuz aktlar tərtib olunmuş və yuxarıda göstərilən məbləğlərdə borc hesablanmışdır. Yazılmış aktlarda qaz işlədici avadanlıq kimi РQ-4, QSSQ 160 1, dəmir soba, iran sobası göstərilmişdir. Amma həmin evdə PQ-3 olmuş, ondan başqa qaz işlədicisi olmamışdır. Məhkəmədən evə baxış keçirilməsini, evdə hansı qaz işlədicilərin olmasının müəyyən edilməsi, həmin evdə 2014-cü ildə qardaşının vəfatından sonra yaşayış-olub olmadığının aydınlaşdırılmasını xahiş edir. Həmçinin qeyd edir ki, 2021-ci ilin dekabr ayında həmin ünvana borc yazılmış, 2022-ci ilin yanvar ayında silinmişdir. xx.xx.2023-cü il tarixə qədər həmin abonent hesabı onun adında olmamışdır. X1 adına olmuşdur. Amma qanunsuz cərimələr onun adına yazılmışdır. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında həmçinin bildirdi ki, sayğac əvvəllər mərhum qardaşının adına olmuş, sonradan isə onun adına keçirilmişdir. Sayğacın nə zaman onun adına keçirilməsi barədə məlumatı yoxdur. Qeyri-qanuni xətt olmamış, cavabdehin əməkdaşları şübhələndiklərinə görə akt tərtib etmişlər. Evdə 2014-cü ildən yaşayış yoxdur. Evdə yalnız dördgöz qaz peçi olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndsi X5 iddia tələbini etiraf etməyərək təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiada qeyd olunan hallar məhkəmə araşdırılması zamanı müəyyən olunmamış, ona görə də iddianı əsassız hesab edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. -iddiaçının adına olan abonent saldosundan (abonent kodu **********00070) görünür ki, 2021-ci ilin dekabr ayında 1836 manat, 2023-cü ilin yanvar ayında 8812,80 manat, fevral ayında 734,40 manat, mart ayında 362,88 manat, aprel ayında 734,40 manat və iyul ayında 544,32 manat borc yazılmışdır. Bununla da həmin abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına aktlar əsasında 13024,80 manat məbləğində borc yazılmışdır. - xx.xx.2021-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 16200 m3 həcmində (1836 manat dəyərində) itirilmiş təbii qaz hesablanmışdır. - xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 73440 m3 həcmində (73440 x 0.12 =8812,80 manat) itirilmiş təbii qaz hesablanmışdır. -xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 6120 m3 həcmində (6120 x 0.12 =734,40 manat) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. -xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 3024 m3 həcmində (3024 x 0.12 =362,88 manat) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. -xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 6120 m3 həcmində (6120 x 0.12 =734,40 manat) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. İş üzrə iddiaçının ünvanı yerində müayinə olunmuş və yerində müayinə zamanı iddiaçının yaşadığı ünvanda iki tikilinin olması – iki mərtəbəli və bir mərtəbəli yaşayış evinin olması, ünvanda üç ədəd sayğacın yerləşdirildiyi, quraşdırılmış sayğaclarının ikisi bir mərtəbəli evə aid olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, **********00070 nömrəli (iddiaçının adına olan) abonent hesabı və qeyri-qanuni xəttdən istifadə edildiyi yaşayış evi bir mərtəbəli evə aiddir. Həmin evdə qazdan istifadə üçün cihazlardan yalnız PQ-4 cihazı var və orada hazırda yaşayış yoxdur. Eyni zamanda müəyyən olunmuşdur ki, hazırda həmin evə gedən qaz turbası Cavabdehnə məxsus qaz turbasına birləşik deyil, sadəcə Cavabdehnə məxsus qaz turbasının üzərində turba hissəsiciyi ilə bərkidilməklə yerləşdirilmişdir və həmin xətt vasitəsilə iddiaçının evinə qaz daxil olmur. Xəttin bərkidildiyi hissədən təxminən 15 sm qabaq hissədə isə əvvəl qaz xəttinin daxil olması barədə iz mövcuddur. Yerində müayinə zamanı İddiaçı bildirmişdir ki, 2021-ci ildə dekabr ayında dostu qonaq gəlmiş və həmin evdə qalmışdır. Evdə qaz olmadığından məcbur olmuş qeyriqanuni xətt vasitəsilə qazdan istifadə etmişdir. Təxminən bir ay həmin xətt vasitəsilə qazdan istifadə etmiş, sonra isə Cavabdeh əməkdaşları həmin xətti aşkar edib ləğv etmişlər. Evə gədən əsas turbanın isə yerini dəyişdirərək bir az yan hissədən yerləşdirmişlər, lakin həmin turbanı əsas ana xəttə qoşmamışlar. Buna baxmayaraq Cavabdeh əməkdaşları 2023-cü il tarixdə gələrək onun iştirakı olmadan aktlar tərtib etmişlər. Hazırda onun ünvanında üç ədəd sayğac vardır. İki sayğac ona məxsus evlərə, bir sayğac isə qardaşı X3 məxsus evə aiddir. Belə ki, ünvanda olan bir mərtəbəli evin yarısı qardaşına məxsusdur. Eyni vaxtda qardaşının adına da aktlar tərtib edilmişdir. Yerində müayinə zamanı dindirilmiş Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin çilingəri X7 bildirmişdir ki, İddiaçı, 2021-ci ildə qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə etmişdir. Həmin xətt onun tərəfindən aşkar edilmişdir. Daha sonra həmin xətt kəsilmiş, evə gedən turbanın yeri isə dəyişdirilmişdir. Lakin iddiaçının ünvanına həmin zaman baxış keçirilməmişdir. 2023-cü ildə isə Baş İdarənin əməkdaşları tərəfindən ünvana gedən qaz xəttinə baxış keçirilmiş və ünvanda qeyr-qanuni xətt vasitəsilə qazdan istifadə edilməsi səbəbindən akt tərtib edilmişdir. Bu barədə onlara məlumat verilmiş, qrup rəhbəri Mircavid Seyidovla birlikdə ünvana baxış keçirmişlər, lakin hər hansı bir xəttin olmadığını müəyyən etmişlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. Həmin Qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçının yaşadığı ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktlarının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırki iş üzrə isə 2021-ci ilin dekabr ayından başqa 2023-cü ildə iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmədə işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır. Belə ki, iş üzrə müəyyən olunur ki, 2021-ci ilin dekabr ayında iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunmuş, həmin xətt aşkar edilərək ləğv edilmiş, iddiaçının evinə gedən qaz turbasının yeri dəyişdirilərək əvvəlki yerindən təxminən 15 sm aralı məsafədə bərkidilməklə yerləşdirilmiş, lakin Cavabdehnə məxsus qaz xəttinə qoşulmamış, sadəcə xəttin üzərində yerləşdirilmişdir. Bundan sonra isə, yəni 2023-cü ildə Cavabdeh əməkdaşları tərəfindən hansı səbəbə görə iddiaçının ünvanında qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə edilməsi səbəbindən aktarın tərtib edilməsinin əsası nədən ibarət olması məhkəməyə aşkar olmamaqla bu barədə sübut olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, 2023-cü il tarixdə tərtib edilmiş aktlar əsassızdır. Məhkəmə, həmçinin 2021-ci ilin dekabr ayında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AKT ******* saylı akt əsasında ünvanda PQ-4, QSSQ, dəmir soba, iran sobası nəzərə alınmaqla dəymiş ziyanın hesablanmasını əsassız hesab edir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, qeyri-qanuni xəttin çəkildiyi evdə PQ-4 cihazı vardır. Akt tərtib edildiyi zaman isə evə baxış keçirilməmiş və bu səbəbdən evdə qazdan istifadə üçün mövcud olan qaz qurğuları nəzərə alınmadan düzgün qaydada hesablama aparılmamışdır. Eyni zamanda bu barədə müvafiq sübutlar da məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə, “Qazdan istifadə Qaydaları”nın qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanmasına aid tələbləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən 1 ay müddətində 86,4 manat (1.2 m3/saat x 12 saat x 30 gün x 0.20 manat= 86,4 manat) dəyərində təbii qazdan istifadə edilmişdir. Qanunsuz qoşulma nəticəsində iddiaçı tərəfindən qaz paylayıcısına vurulmuş zərərin dəyəri nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə müəyyən olunur ki, iddiaçının **********00070 nömrəli abonent hesabına aktlar əsasında dəymiş ziyana görə cəmi 13024,80 manat pulun 12938,4 manat hissəsinin hesablanması (13024,80 – 86,4) əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.3-cü bəndində əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı adına olan **********00070 nömrəli abonent hesabından 12938,4 manat məbləğində borc silinməli, cavabdehdən dövlət mədaxilinə 128,81 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına olan **********00070 nömrəli abonent hesabından 12938,4 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 128,81 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar