Məhkəmə qərarları › İş №2(003)-3049/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3049/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3049/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xəzər rayon qeydiyyat şöbəsi olmaqla “doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi nənəsi Şərifova (Şirinova) Həlilə Aman qızının 1914-cü il tarixdə Bakı şəhərində doğulması və 1*.04.1988-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi Şirinova (Şərifova) Həlilə Aman qızı babası X5 ilə nikaha daxil olmuş, lakin 1944-cü ilə qədər nikahın rəsmi qeydiyyatı olmadığından nikahlarını rəsmiləşdirə bilməmişlər. X1 1914-cü ildə Bakı şəhərində doğulmuş, 1*.04.1988-ci il tarixdə vəfat etmiş və dəfn edilmişdir. Bakı şəhəri. Şağan qəsəbəsi, Komsomolski (Məmmədbəyli) küçəsi, döngə 3, ev ** ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport X1na məxsus olmuşdur. Həmçinin evə dair ev dəftərində nənəsinin 1914-cü il tarixdə Bakı şəhərində doğulması öz əksini tapmışdır. Hazırda onun da qeydiyyatda olmaqla yaşadığı evin sənədləşməsi üçün nənəsinin doğum və ölüm faktının müəyyən olunması lazımdır. Qeyd edilənlərlə bağlı 05 saylı Bakı Maraqlı şəxs1eydiyyat şöbəsinə, Azərbaycan Respublikasının dövlət tarix arxivinə müraciət edilmişdir. Azərbaycan Respublikasının dövlət tarix arxivinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, qurumun tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Mərdəkan (Şağan) kənd məscidinin 19**-1915-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X12 (Əmən) qızının doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. “X18” Publik Hüquqi şəxsin vəkil sorğusuna cavab olaraq 25.0*.2024-cü il tarixdə cavab olaraq bildirmişdir ki, X2 ölümü barədə heç bir məlumat vermək mümkün deyildir. Belə ki, saxlama müddəti 05 il olduğundan hər beş ildən bir sənədlər milli arxiv tərəfindən məhv edilir. 05 saylı Bakı Maraqlı şəxs1eydiyyat şöbəsinin 2*.03.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydiyyatı aparıla bilməmişdir. Ona görə də ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, sağ ikən nənəsini görmüşdür. Nənəsi 1914-cü il tarixdə doğulmuşdur. Yaşadıqları torpaq sahəsi nənəsinin adına olmuşdur. Hazırda doğum və ölüm faktlarının müəyyən edilməsi sənədləşmə üçün ona lazımdır. Məhkəmə iclasında şahid Fəxrəddin Salayev ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Doğulandan bəri həmin evdə yaşayır. Ərizəçinin atası Almas, nənəsi Həlilə xanımdır. Nənəsi onun 30-32 yaşları olan zaman vəfat etmişdir. Dəfndə iştirak etmişdir. Ərizəçinin babasını görməmişdir. Nənəsinin təvəllüdünü dəqiq deyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; İİ-ИЕ seriyalı 031232 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X* xx.xx.1942-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X7, anası X4r. 05 saylı Bakı Maraqlı şəxs1eydiyyat şöbəsinin 2*.03.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.**.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölümün qeydiyyatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-TA/2-Ş- 58-*-98/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Mərdəkan (Şağan) kənd məscidinin 19**-1915-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X12 (Əmən) qızının doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Məmmədbəyli küçəsi döngə 3 ev ** ünvanında yerləşən ev Şərifova (Şirinova) Həlilə Aman qızına məxsusdur. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-1*-5/8-13- 12*7/2024 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”-ın 11-12-ci hissələrinə və həmin Təlimata 15 saylı əlavəyə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnamələrin və arayışların verilməsinə dair ərizələr və dövlət rüsumunun ödənilməsinə dair sənədlər” qeydiyyat şöbələrinin arxivində 1 il müddətində saxlanılır. Bununla əlaqədar olaraq İİ-ИЕ seriyalı 031232 saylı təkrar doğum haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surətinin məhkəməyə təqdim edilməsi imkan xaricindədir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində arxiv kitabları 1949-cu ildən saxlanılır. İş materiallarında olan qəbirüstü abidənin üzərində yazılmışdır: X9 (1914- 1*.04.1988). Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı qərarından görünür ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Həmin qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Şərifova (Şirinova) Həlilə Aman qızının 1914-cü il tarixdə Bakı şəhərində doğulması, 1*.04.1988-ci il tarixdə isə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 21*-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Şərifova (Şirinova) Həlilə Aman qızının 1914-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Şərifova (Şirinova) Həlilə Aman qızının 1*.04.1988-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar