Məhkəmə qərarları › İş №2(111)-337/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-337/2025

06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-337/2025 06.01.2026 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X16 Sadət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək *9 may 1999-cu il tarixdə X12 anadan olmuş X9 15 noyabr 1999-cu il tarixdə Kəngərli rayon Xok kəndində ürək çatışmazlığından ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1968-ci ildə Kəngərli rayon Xok kəndində doğulmuşam. Xok kənd sakini X6 ilə evlənmişəm və bizim birgə nikahdan *9.*5.1999-cu ildə X12 adlı uşağımız doğulmuşdur. Oğlumuz Əli xx.xx.1999-cu il tarixdə ürək çatışmazlığından ölmüşdür. Az bir müddət yaşadığına görə ona nə doğum haqqında şəhadətnamə, nə də ki, ölüm haqqında şəhadətnamə almamışıq. O zamanlar biz mərhum anamla bir evdə yaşayırdıq. Torpaq islahatı zamanı anam da ailə üzvü olmaqla bizə həyətyanı və kənd təsərrüfat təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq şəhadətnamələrində oğlum X9 da adı qeyd edilmişdir. Hazırda anam da vəfat etmişdir. Mən isə həmin torpaq sahələrini öz adıma sənədləşdirmək istəyirəm. Lakin oğlum Əlinin doğum və ölüm haqqında şəhadətnamələri tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etdik. Lakin doğumdan və ölümdən uzun müddət keçdiyinə görə bizə doğum və ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edildi və müvafiq məktub verilərək məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Maraqlı şəxs arxivində də doğumla və ölümlə bağlı hər hansı bir məlumat yoxdur. Mən də doğum və ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmirəm Məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə maraqlı şəxsin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında oğlu X9 *9 may 1999-cu il tarixdə anadan olduğunu, 15 noyabr 1999-cu il tarixdə ürək çatışmazlığından vəfat etdiyini və Kəngərli rayon Xok kəndindəki qəbiristanlıqda dəfn olunduğunu, anasının adına olan torpaq sahəsini öz adına keçirmək istədiyini, lakin mərhum oğlunun adı da olduğundan həmin torpaq sahəsinin şəhadətnaməsinin tələb olunduğunu, doğum və ölüm haqqında şəhadətnaməni vaxtında almadıqlarından Maraqlı şəxsnə müraciət etdiyini, lakin oğlunun doğumunun və ölümünü qeydə alınmadığından məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizədə göstərilənləri qeyd edərək *9 may 1999-cu il tarixdə Kəngərli rayon Xok kəndində doğulmuş oğlu X9 15 noyabr 1999-cu il tarixdə Kəngərli rayon Xok kəndində ürək çatışmazlığı xəstəliyindən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən şahid X3 ifadəsində Kəngərli rayon Xok kəndində yaşadığını, Ərizəçi onun qonşusu olduğunu, onun *9 may 1999-cu il tarixdə bir oğlan uşağı doğulduğunu, 5-6 sonra xəstəlikdən vəfat etdiyini, Xok kənd qəbiristanlığında dəfn olunduğunu, şəhidlərdən aşağı tərəfdə dəfn olunduğunu, uşaqlara baş daşı qoyulmadığından sadəcə yeri bilindiyini, qəbirsandığın həmin hissəsində yalnız uşaqları dəfn etdiklərini bildirdi. Məhkəmə iclasında dindirilən şahid X1 ifadəsində Ərizəçi qonşusu olduğunu, Ərizəçi *9 may 1999-cu il tarixdə oğlu doğulduğunu təqribən 6-7 aydan sonra xəstəlikdən vəfat etdiyini və Xok kəndindəki qəbiristanlıqda dəfn olunduğunu bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Maraqlı şəxs 21 oktyabr 2*25-ci il tarixli 31 nömrəli arayışına əsasən X9 Maraqlı şəxs arxivində doğum akt qeydiyyatı tapılmamışdır. Maraqlı şəxs 21 oktyabr 2*25-ci il tarixli 32 nömrəli arayışına əsasən X9 Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 21 oktyabr 2*25-ci il tarixli, 3-16-5/8- 15-184/2*25 nömrəli məktubuna əsasən “X9 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair” yazılı müraciətə cavab olaraq tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm qeydiyyatının aparılması mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 21 oktyabr 2*25-ci il tarixli, 3-16-5/8- 15-185/2*25 nömrəli məktubuna əsasən “X9 doğum haqqında akt qeydinin bərpa edilməsi yalnız məhkəmə qətnaməsi əsasında aparılması barədə müvafiq məhkəməyə müraciət edilməsi bildirilmişdir. 23 oktyabr 2*25-ci il tarixdə Kəngərli rayon Xok kəndində tərtib edilmiş aktdan Xok kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini X7, Xok kənd bələdiyyəsinin müavini X4, Xok kənd sakini Ərizəçi iştirakı ilə tərtib edilmiş aktdan Xok kənd sakini Ərizəçi *9.*5.1999-cu il tarixdə Əli adında oğlu doğulmuş xx.xx.1999-cu il tarixdə isə vəfat etmiş və Xok kənd qəbristanlığında dəfn olunduğu göstərilmişdir. JN-62*, kod 1*8***38 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X9 adı qeyd olunmuş *.48 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpağın mülkiyyətçisi X8 göstərilmişdir. JN-3*1 B nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X2 1,*5 ha həhətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*9.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X12 *9.*5.1999-cu il tarixdə Kəngərli rayon Xok kəndində doğulmuş, xx.xx.1999-cu il tarixdə Kəngərli rayon Xok kəndində ürək çatışmamazlığı xəstəliyindən vəfat etmiş və Xok kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi anasının mülkiyyətində olan torpaq sahələrini öz adına sənədləşdirmək istədiyindən və bunun üçün də oğlu X9 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan və eləcə də Maraqlı şəxsndə X9 doğum və ölüm akt qeydi tapılmadığından oğlunun ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Xok kənd sakini olmuş, *9.*5.1999-cu il təvəllüdlü X9 xx.xx.1999-cu il tarixdə Kəngərli rayon Xok kəndində ürək çatışmazlığı xəstəliyindən vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 311, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X9 *9 may 1999-cu ildə Şərur rayonunun Xok kəndində doğulması, atasının - (milliyyəti azərbaycanlı) Ərizəçi, anasının - (milliyyəti azərbaycanlı) X6 olması və 15 noyabr 1999-cu il tarixdə Şərur rayon Xok kəndində “ürək çatışmamazlığı” xəstəliyindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar