Məhkəmə qərarları › İş №2(125)-4997/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4997/2025

25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4997/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X53 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Ərizəçi Abduləli qızının etibarnamə üzrə nümayəndəsi Mostafa Hemayatkhahın və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Abduləli qızının maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilməsi və vəfat etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atasının əmisi mərhum X14 anası X28, atası X26 olmaqla *1.*1.1915-ci ildə Kirovabad şəhərində (hazırki Gəncə şəhəri) doğumunun qeyd edilməsi faktının və X14 *2.*5.1944-cü ildə müharibə şəraitində Moldaviya Sovet Sosialist Respublikasının (hazırki Moldova Respublikası) Bender rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. Ərizəçi Abduləli qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, Ərizəçi ata adı dəyişdirildiyi üçün onun ata adının “Abduləli” kimi oxunmasını, X14 anası X28, atası X26 olmaqla 19*5-ci ildə Kirovabad şəhərində doğumunun qeyd edilməsi faktının və 12.*5.1944-cü ildə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildə anadan olmuşdur. X4, anası X29 olmuşdur. X4* atası X18 anası X19 olmaqla 27.1*.1951-ci ildə anadan olmuş, 19.*4.2***-ci ildə vəfat etmişdir. X2 1*.*2.1977-ci ildə vəfat etmişdir. Onun rəsmi nikahda olduğu arvadı X2* *2 iyun 1995-ci ildə vəfat etmişdir. Yaşadığı və qeydiyyatda durduğu Gəncə şəhəri, Nizami rayonu, Ələkbər Seyfi küçəsi, 2 saylı ev atasının əmisi, yəni, X8 qardaşı X14 mülkiyyətində olmuşdur. Fərrux Hacıyevin anası X28, atası X26 olmaqla *1.*1.1915-ci ildə Kirovabad şəhərində anadan olmuş, 1944-cü ildə X27 həlak olmuşdur. Fərrux Hacıyev ailə həyatı qurmamışdır. Hazırda o, həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir, lakin X14 doğum və ölüm haqqında şəhadətnamələri aşkar olmamışdır. Bu barədə Azərbaycan Respublikası X46 filialına, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinə sorğular ünvanlamış, cavab verilmişdir ki, X14 doğum və ölüm tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Fərrux Hacıyevin doğumunun qeydiyyatının aparılması onunla təsdiq olunur ki, onun adına ev qeydə alınmış və Fərrux Hacıyev 1942-ci ildə Kirovabad şəhər Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar X36 göndərilmiş, *2.*5.1944-cü ildə Moldaviya SSR-nin Bender rayonunda həlak olmuşdur. Bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin verdiyi *2.1*.2*13-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1915-ci il təvəllüdlü X23 1942-ci ildə keçmiş Kirovabad şəhər Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar X36 göndərilmişdir. X1 doğum haqqında şəhadətnaməsi itmişdir. O, müharibə şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi Abduləli qızının etibarnamə üzrə nümayəndəsi Hemayatkhah Mostafa ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi Abduləli qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, Ərizəçi Abduləli qızının atasının əmisi mərhum X9 miras qalmış əmlakı qəbul edə bilmədiyini göstərərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti üzrə şahid qismində dindirilmiş X3* ifadəsində göstərdi ki, Bahadurla qonşu olmuşdurlar. Atası ilə Bahadur söhbətləşərkən görmüş, ancaq həmin vaxtlar uşaq olmuşdur. Atası 1932-ci ildə anadan olmuşdur. Bahadur atasına bu barədə danışmış, Fərruxun müharibəyə gedib orada vəfat etdiyini demişdir. Bahadurun qardaşı Fərrux olmuşdur. Bahadurla Fərruxun atalarının adı eləcə də, Bahadurun oğlunun adı Abduləli olmuşdur. Ərizəçi Təranə isə Bahadur kişinin nəvəsidir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatlarını və şahid ifadəsini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- 3*.*9.2*24-cü il tarixli, 3-16-5/8-7*-N-334*/2*24 nömrəli arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 ilə X1* nikahları Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.1951-ci ildə 49 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. 3*.*9.2*24-cü il tarixli, 3-16-5/8-7*-V-3338/2*24 nömrəli arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, 27.1*.1951-ci ildə anadan olmuş X11 ata qrafasında X18, ana qrafasında X19 qeyd olunmuşdur. 3*.*9.2*24-cü il tarixli, 3-16-5/8-7*-Z-3343/2*24 nömrəli arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 1*.*2.1977-ci ildə ölmüşdür. 3*.*9.2*24-cü il tarixli, 3-16-5/8-7*-Z-3336/2*24 nömrəli arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 *2.*6.1995-ci ildə ölmüşdür. *1.*9.2*25-ci il tarixli, 3-16-5/8-7*-H-295*/2*25 nömrəli arayışdan görünür ki, X21 ilə X24 nikahları Gəncə şəhər Qeydiyyat şöbəsində 23.*4.1981-ci il tarixdə 571 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Nadirova soyadı verilmişdir. İX-JQ 469346 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü ildə anadan olmuş X15 ata qrafasında X22, ana qrafasında isə X16 qeyd olunmuşdur. *1.*9.2*25-ci il tarixli, 3-16-5/8-7*-H-2948/2*25 nömrəli arayışdan görünür ki, xx.xx.1984-cü ildə anadan olmuş X15 ata qrafasında X21, ana qrafasında isə X29 qeyd olunmuşdur. X12 ata adı Gəncə şəhər Qeydiyyat şöbəsinin 27.*8.2*25-ci il tarixli rəyi əsasında “Abdulla”dan “Abduləli”yə düzəliş edilmişdir. 3*.*9.2*24-cü il tarixli, 3-16-5/8-7*-Z-3337/2*24 nömrəli arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 19.*4.2***-ci ildə ölmüşdür. AZ-İİ 32*438 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X15 nikahları 15.*5.2*15-ci ildə Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1314 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Hemayatxah, arvada Hemayatxah soyadı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 26.*9.2*25-ci il tarixli, 3-21-3-33/2-1**78/2*25 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin *2.*6.1981-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X14 adına qeyd edilmiş, yerləşdiyi torpaq sahəsi 767,* kv.m (*,*767 ha.) olmuşdur. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Kirovabad şəhəri, Ə.Seyfi küçəsi, 2 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 423-8 inventarizasiya nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, ev sahibinin familiyası, adı, atasının adı qrafasında X5 qeyd olunmuşdur. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.*7.2*25-ci il tarixli, 3-16-5/8-15- 2321 nömrəli məktubdan görünür ki, Gəncə şəhər Qeydiyyat şöbəsinin arxivində X14 doğum və ölüm haqqında akt qeydləri aşkar olunmadığından doğum və ölüm haqqında akt qeydlərinin bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası X46 filalı tərəfindən verilmiş 29.*5.2*25-ci il tarixli, 3-48- DA-4F/2-H-852//6/2*25 nömrəli məktubundan görünür ki, X46 filialında mühafizə olunan Gəncə şəhər Nikah Evi və Stalin rayon X7 Qeydiyyat şöbəsi arxiv fondlarının 1941-1942-ci illər üzrə ölüm aktlarının qeydləri yoxlanılmış, X14 ölüm aktının qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası X46 filalı tərəfindən verilmiş *2.*7.2*25-ci il tarixli, 3-48-DA- 4F/2-H-1*78//6/2*25 nömrəli məktubundan görünür ki, X46 filialında mühafizə olunan Gəncə şəhər Nikah Evi və Stalin rayon X7 Qeydiyyat şöbəsi arxiv fondlarının 1943-1944cü illər üzrə ölüm aktlarının qeydləri yoxlanılmış, X14 ölüm aktının qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş 15.*9.2*25-ci il tarixli, 378 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən yaradılmış “Pamyat narodov” elektron saytında olan məlumatlara əsasən, X6 Dünya Müharibəsi illərində döyüşlərdə iştirak etmişdir və 12.*5.1944-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq *3.1*.2*25-ci il tarixli məktubdan görünür ki, 1915-ci il təvəllüdlü X14 X43 illərində hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi, həlak olması və ya itkin (əsir) düşməsi barədə Xidmətin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin arxiv-uçot sənədlərində heç bir məlumat yoxdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında 11.*7.2*24-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Ərizəçi 29.*5.2**2-ci il tarixdən etibarən ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən X7 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Ailə Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin izahatları və şahid ifadəsi ilə, habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, ərizəçinin atası X11 əmisi X23 19*5-ci ildə Kirovabad şəhərində anadan olmuş və bu barədə doğumu qeydə alınaraq atası X26, anası X17 qeyd olunmuş, X3 Dünya Müharibəsi illərində döyüşlərdə iştirak etmiş və 12.*5.1944-cü il tarixdə vəfat etmişdir. Ərizəçi X14 doğumu və ölüm faktını təsdiq edən lazımi sənədləri əldə edə bilmədiyi üçün ondan miras qarmış əmlakı vərəsəlik qaydasında qəbul edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (MPM. mad. 3*7.2.3, mad 3*7.2.8) MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçinin atasının əmisi X14 19*5-ci ildə Kirovabad şəhərində doğumunun qeydə alınması, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X26, ana qrafasında ana adının X17 qeydə alınması və X14 12.*5.1944-cü ildə Moldava Respublikası Benderskiy rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233.1, 3*5-311, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X14 19*5-ci ildə Kirovabad şəhərində doğumunun qeydə alınması, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X26, ana qrafasında ana adının X17 qeydə alınması və X14 12.*5.1944-cü ildə Moldava Respublikası Benderskiy rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar