Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-792/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Bakı Maraqlı şəxsdliyyə Nazirliyinin Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb edilməklə «doğum və ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi 1 saylı Bakı Maraqlı şəxsdliyyə Nazirliyinin Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb edilməklə «doğum və ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X3 xx.xx.1942-ci il tarixində Ermənistan SSR Spitak rayonu, Saral kəndində anadan olmuşdur. Ərizəçinin atasının atası Mustafayev Bəkir 1902-ci ildə Ermənistan SSR Spitak rayonu Saral kəndində anadan olmuş və 1941-ci ildə X7 iştirak etmişdir. O, ağır gedən döyüşlərdə həlak olmuşdur. Ərizəçinin atasının anası X8 1910-cu ildə Ermənistan SSR Spitak rayonu Saral kəndində anadan olmuş və 1981-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir. Ərizəçinin atası X3 xx.xx.2024-cü il tarixində dünyasını dəyişmişdir. Belə ki, miras işi ilə əlaqədar ərizəçi atası X1 doğum haqqında şəhadətnaməsini və babası Mustafayev Bəkir, nənəsi X4 ölüm haqqında şəhadətnaməsini heç cürə əldə edə bilmir. Başlıca səbəb onların Ermənistanın Spitak rayonu, Saral kəndində anadan olmasıdır. Bu baxımdan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ərizəçinin atası X1 xx.xx.1942-ci il tarixində Ermənistan SSR Spitak rayonu, Saral kəndində anadan olması, babası Mustafayev Bəkirin 1902-ci ildə Ermənistan SSR Spitak rayonu, Saral kəndində anadan olmuş və 1941-ci ildə X7 həlak olması, nənəsi X4 1910-cu ildə Ermənistan SSR Spitak rayonu Saral kəndində anadan olmuş və 1981-ci ildə Bakı şəhərində dünyasını dəyişməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Ərizəçi iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, tələbin babası Mustafayev Bəkirə münasibətdə azaldılmasını və həmin hissədə baxılmamasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, atası X3 xx.xx.1942-ci il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində anadan olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin atasının atası X8 1910-cu ildə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində anadan olmuş və 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Hazırda atasının vərəsəlik işi ilə əlaqədar atasının doğum haqqında şəhadətnaməsi və nənəsi X4 ölüm haqqında şəhadətnaməsi ondan tələb edilir. Lakin ərizəçi həmin sənədləri heç bir yolla təmin edə bilmir. Ona görə məhkəməyə müraciət etməli olub. Odur ki, qeyd edilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası Şamil Mustafayev də onlarla qonşu olmuşdur. O, xx.xx.1942ci il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində anadan olmuş və xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Şahid yas mərasimində iştirak etmişdir. O, ərizəçinin anası X6 tanımasa da, onun ildönümlərində qəbrini ziyarət etmişdir. O, 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. 6.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynı, X3 isə mərhum qayınatasıdır. Qayınatası xx.xx.1942-ci il tarixdə Ermənistan SSR-nin Spitak rayonu, Saral kəndində anadan olmuş, xx.xx.2024-cü il tarixində isə vəfat etmişdir. Onun anası və atası isə uzun illər öncə vəfat etmişdir. Tarixi tam xatırlamır. O zaman o uşaq olmuşdur. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən 15 fevral 2024-cü il tarixində Ərizəçi verilən cavabda bildirilir ki, Ermənistan SSR-də anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların sosial-hüquq xarakterli heç bir sənədi, o cümlədən doğum, ölüm və nikah haqqında VVAQ sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivlərində mövcud deyil. 10.Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 31 iyul 2024-cü il tarixində verilən arayışdan görünür ki, X4 barəsində Abşeron rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Abşeron rayon qeydiyyat şöbəsində 1978-1984-cü illərə dair ilkin və bərpa, Abşeron rayon Mehdiabad qəsəbə icra nümayəndəliyində 1981-1987-ci illərə dair ilkin və Abşeron rayon Digah qəsəbə icra nümayəndəliyində 1978-1980-ci illərə dair ilkin akt qeydləri yoxlanılmışdır. 11.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 09 fevral 2024-cü il tarixdə verilən AZ-İİ seriyalı, 347657 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. 12.Mülki işin materiallarında olan 243530 nömrəli orta təhsil haqqında attestatın surətindən görünür ki, sözügedən attestat 1942-ci ildə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində anadan olmuş X2 məxsus olmuşdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X3 xx.xx.1942-ci ildə Ermənistan SSR Spitak rayonunda anadan olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin nənəsi X8 isə 1910-cu ildə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində anadan olmuş və 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Hazırda atasının vərəsəlik işi ilə əlaqədar ərizəçi atasının doğum haqqında şəhadətnaməsi və nənəsinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyi üçün ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 15.Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 16.Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 17.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 18.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 19.Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 20.Həmin Qərarın 1.6-cı bəndinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 21.Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müvafiq müddəalarını rəhbər tutub belə qənaətə gəlir ki, ərizə hər iki hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi ərizəçinin tələbinin məhkəmədən kənar qaydada həlli yoxdur, məhkəmə araşdırmaları zamanı onun bu sənədləri başqa qaydada əldə edə bilməməsinin mümkünlüyü öz təsdiqini tapmışdır. Ərizəçinin əldə etmək istədiyi sənədlər – doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamə isə müvafiq faktları müəyyən etməklə, hüquqi nəticə yarada bilən sənədlər hesab olunur. Buna görə də məhkəmə ərizənin təmin edilməsini məqsədəmüvafiq sayır. 22.Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, X1 xx.xx.1942-ci il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində doğulması, atasının X5, anasının X8 olması faktı, həmçinin 1910-cu il təvəllüdlü X4 1981ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 25.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X1 xx.xx.1942-ci il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saral kəndində doğulması, atasının X5, anasının X8 olması faktı müəyyən edilsin. 1910-cu il təvəllüdlü X4 1981-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə X1 münasibətdə müvafiq doğum və 1910-cu il təvəllüdlü X4 münasibətdə isə ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-792/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-792/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver