Məhkəmə qərarları › İş №e-2(5-137)-202/2026

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-137)-202/2026

27.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(5-137)-202/2026 27.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X3, Ərizəçi “doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib Qəbələ rayonu, Böyük Pirəlli kəndində anadan olmuş X1 1930-cu il tarixdə doğulması və xx.xx.1954-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul edilə bilməz. AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə biri-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbini əsaslandıran hallarla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbini əsaslandıran hallar biri-biri ilə əlaqədar olmadığından Ərizəçi “doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi “doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X2 hesabına ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar