Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-307/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı" miras əmlakdan məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "miras əmlakdan məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi atası, Rəhmanov Azərin mülkiyyətindədir. Atası, X7 06 dekabr 2013-cü ildə Mərdəkan qəsəbəsində vəfat edib və ömrünün sonuna kimi mübahisəli fərdi yaşayış evində yaşamışdır. O da əvvəllər mübahisəli evdə yaşamış və ata yurdu olaraq anası sağ ikən gedib gəlmişdir, anası dünyasını dəyişdikdən sonra isə cavabdehlərlə aralarında narazılıq olduğundan ata yurduna az gedib gəlirdi. Məlumat üçün bildirir ki, o qanun üzrə varəsədir, uşaqlıqdan üçüncü qrup əlildir. O, Xəzər rayon Məhkəməsinə cavabdeh kimi çağırıldıqdan sonra məhkəmədə ona məlum oldu ki, atası dünyasını dəyişməzdən əvvəl vəsiyyətnamə yazıb və güya adına olan mülkü cavabdehlərə vəsiyyət edib, amma bu vəsiyyətnaməni o hələ də görməyib. Məhkəmədə cavabdehlər tərəfindən miras payın onların xeyirinə 1/2 hissədə mülkiyyət hüquqlarının tanınması barədə iddia qaldırıldıqdan sonra bu məsələlər ona məlum olub və Xəzər rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin 1/2 hissədə paylar müəyyən edilmişdir. Qərtnamədən narazı qaldığı üçün apellyasıya şikayəti verdi, lakin Bakı apellyasiya məhkəməsinin 20 avqust 2021-cin 11 tarixli qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanıldı. Hesab edir ki, qanun üzrə vərəsə olduğu mülk üzərində edilmiş belə əməliyyatlar qanunsuz və əsassızdır, belə ki, o qanun üzrə vərəsədir, atası, X3 miras qalmış əmlakdır və həmin miras əmlakdan onun məcburi payı ayrılaraq onun adına sənədləşdirilməlidir. Qeyd edilənlərə əsasən atası, X3 miras qalmış, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, ev 92 ünvanında yerləşən miras mülkdən onun məcburi payının müəyyən edilərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə bildirdi ki, onlar 4 uşaq olublar.Mərhum atası İddiaçı ayrıca evi olduğunu, digər qızı Nərminənin isə öz ailəsi olduğunu qeyd etmişdir və tərəfindən verilmiş vəsiyyətnaməyə əsasən o bütün mülkünü ona və Cavabdeh2 vəsiyyət etmişdir. Bacısı Nərminə öz payından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə bildirdi ki, mərhum atası İddiaçı ayrıca ev alıb. Öz yaşadığı evi isə ona və qardaşı Cavabdeh1 vəsiyyət edib. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Beləki, İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı atası X7, anası isə X1r. İş materiallarında olan 004690/109 vəsiqənin sürətindən görünür ki, İddiaçı müddətsiz 3-cü qrup əlildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin sürətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və 0,04152 ha torpaq sahəsindən ona düşən hissəsini Cavabdeh1 bağışlayıb. İş materiallarında olan xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 2 otaq, mətbəx və şüşəbəndin yarı hissəsini oğluCavabdeh1, 2 otaq və şüşəbəndin yarı hissəsini isə qızı Cavabdeh2 vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-680/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X4 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ataları X5 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi 92 saylı evə dair mirası qəbul etmələri faktı müəyyən edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 92 saylı evə Cavabdeh1 1/2, Cavabdeh2 1/2 hissədə payları müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 tam payla xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, mübahisəli əmlak olan ünvan 1 iddiaçının mərhum atası X5 adına dövlət qeydiyyatından keçib.X9 xx.xx.2013-cü il tarixdə ölmüşdür. X9 mülkiyyətində olan əmlakı vəsiyyətnamə əsasında Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmiş, sonuncu da öz payını qardaşı Cavabdeh1 bağışlamışdır və hal-hazırda həmin əmlak onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atalarındanqalmış və cavabdehlərCavabdeh1və Cavabdeh2 vəsiyyət edilmiş ünvan 1 ünvanında olan fərdi yaşayış evindən məcburi payının müəyyən edilməsini xahiş edir. İş üzrə həmçinin müəyyən olunur ki, mərhumun digər övladı X2 məcburi pay hüququnun müəyyən olunmasına dair iddiası yoxdur və o qardaş və bacısının xeyrinə payından imtina etmişdir. Həmçinin cavabdehlər miras əmlakı faktiki qəbul etmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, cavabdehlər həmin mülkdə hal-hazırda dayaşayırlar. Belə ki, hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Göründüyü kimi, cavabdehlər qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmişlər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-680/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı da mirasın açıldığını bildiyi halda qanunla müəyyən edilmiş müddətədə notariat orqanına müraciət etməmiş, o cümlədən həmin miras əmlak olan evdə yaşamamaqla mirası faktiki olaraq da qəbul etməmişdir. Cavabdehlər isə miras əmlak olan evdə daimi olaraq yaşamaqla miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başmışlar, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Eyni zamanda həmin miras əmlak miras qoyan X7 tərəfindən əmlakı Cavabdeh2 və Cavabdeh1 vəsiyyət edilmişdir. Qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməklə işin mübahissləndiriliməyən halıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının miras kimi qəbul etmək istədiyi fərdi evin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən iddia təmin edilməməlidir. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi –əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının miras kimi qəbul etmək istədiyi torpaq sahəsinin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən və iddiaçı bü müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilməməlidir. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi –əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçı isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məсəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə həm müddət ötdüyündən, həm də mirasın faktiki qəbulu müəyyən üdilmədiyindən, iddiaçının iddiası əsasız hesab edilərək, təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı"miras əmlakdan məcburi payınmüəyyən edilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-307/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-307/2023
22.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver