Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3084/2025 16.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən atası *8 yanvar *964-cü il təvəllüdlü Zeynalov Tahir Rəşid oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, *8 yanvar *964-cü il tarixdə Füzuli rayonu, Qaradağlı kəndində anadan olmuş, hal-hazırda oğlu ilə birlikdə Xəzər rayonu, Şüvəlan kəndində yerləşən evdə yaşayan Zeynalov Tahir Rəşid oğlu onun atasıdır. Atası İ dərəcə əlildir. Atasının orqanizmin funksiyalarının 95 faizi pozulmuş və eləcə də öz hərəkətlərini idarə edə bilmir. Ona görə də onun üzərində qəyyum təyin edilməsi zərurəti vardır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. İşin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zeynalov Tahir Rəşid oğlu *8.0*.*964-cü il tarixdə Fizuli şəhərində doğulmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemindən *8.02.2025-ci il tarixli elektron çıxarışdan (Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə) görünür ki, *8.0*.*964-cü il təvəllüdlü Zeynalov Tahir Rəşid oğlunun sağlamlıq vəziyyəti *4.**.2024-cü il tarixdə müayinə edilmiş, sonuncuya “beyin infaktının nəticələri, hər iki serebral hemisferdə MCA hövzələrində sağda daha çox geniş olmaqla keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri, vaskulyar demensiya, baş beyinin xroniki işemiyası spastik hemiplegiya, nitq artikulyasiyasının spesifik pozğunluğu Kəskin başlanmış vaskulyar demensiya, vaskulyar demensiya Başqa rublikalarda təsnif olunmayan nitq pozğunluqları, motosensar afaziya” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 tərəfindən verilmiş *9.**.2025-ci il tarixli, 3763 nömrəli ekspert rəyindən görünür ki, Zeynalov Tahir Rəşid oğlunda “keçirilmiş insultdan sonra meydana gələn demensiya” müəyyən edilir. Bunu anamnestik məlumatlar, hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə 20*6 və 20*8-ci illərdə insult keçirməsi, müxtəlif tibb müəssisələrində stasionar müalicələrdə olması, aldığı müailəcəyə baxmayaraq nitqi və hərəki funksiyaları pozulması, get-gedə yaddaşında zəifləmələrin biruzə verməsi ,bununla əlaqədar nevropatoloq nəzarətində olmaqla müalicələr qəbul etməsi, aldığı müalicələrə baxmayaraq proqressiv yaddaş zəifliyi davam etməsi, yuxusunun pozulması, yaddaş zəifliyi ilə əlaqədar fikirlərini çatdıra bilməməsi, çaşqınlıq halları keçirməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hazırda həkim-terepevt və nevropatoloqun təyin etdiyi müalicələri qəbul etməsi, AR ƏƏSMN TSEK tərəfindən *9.*0.2024-cü il tarixdə müayinə edilərək "Beyin infarktının nəticələri. Hər iki serebral hemisferdə MCA hövzələrində sağda daha çox geniş olmaqla keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri. Vaskulyar demensiya. Baş beynin xroniki işemiyası Spastik hemiplegiya, sağ tərəfli hemiparez əzələ gücü 2.5 bal. Nitq artikulyasiyasının spesifik pozğunluğu kəskin başlanmış vaskulyar demensiya. Vaskulyar demensiya başqa rublikalarda təsnif olunmayan nitq pozğunluqları, Motosensor afaziya" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi həmçinin hal-hazırki müayinə zamanı aşkar edilən demensiya əlamətləri və s.) sübut edir. Zeynalov Tahir Rəşid oğlunda keçirilmiş insultdan sonra meydana gələn demensiya müəyyən edilir. X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Zeynalov Tahir Rəşid oğlu tam fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Zeynalov Tahir Rəşid oğlunun müəyyən edilən keçirilmiş insultdan sonra meydana gələn demansiya əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
İşin faktiki halları.
8. *8 yanvar *964-cü il təvəllüdlü Zeynalov Tahir Rəşid oğlu Ərizəçi atasıdır.
9. Zeynalov Tahir Rəşid oğluna “beyin infaktının nəticələri, hər iki serebral hemisferdə MCA hövzələrində sağda daha çox geniş olmaqla keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri, vaskulyar demensiya, baş beyinin xroniki işemiyası spastik hemiplegiya, nitq artikulyasiyasının spesifik pozğunluğu, Kəskin başlanmış vaskulyar demensiya, vaskulyar demensiya, başqa rublikalarda təsnif olunmayan nitq pozğunluqları, motosensar afaziya” diaqnozu qoyulmuş, İ qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir.
Tətbiq edilən hüquq.
*0. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
**. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 3*7. Ərizənin verilməsi. 3*7.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 3*7.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi. 32*.*. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi.
*2. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan Zeynalov Tahir Rəşid oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun oğlunun ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmənin gəldiyi nəticə.
*3. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, *8 yanvar *964-cü il təvəllüdlü Zeynalov Tahir Rəşid oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. *4. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. *8 yanvar *964-cü il təvəllüdlü Zeynalov Tahir Rəşid oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mələk Hüseynova