Məhkəmə qərarları › İş №2(003)-3086/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3086/2021

06.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3086/2021 06.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının İddiaçı Ağahüsüseyn qızının nümayəndəsi və vəkili X1, Cavabdehu iştirakı ilə, İddiaçı Ağahüsüseyn qızının Cavabdeh qarşı “istifadə hüququnun xitam verilməsi”” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ağahüsüseyn qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 5000 manat kompensasiya verməklə onun Bakı şəhəri Xəzər rayonu Q.İsmayılov küçəsi 3 saylı evin 43 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək cavabdehə 5500 manat kompensasiya verməklə onun Bakı şəhəri Xəzər rayonu Q.İsmayılov küçəsi 3 saylı evin 43 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflər aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, bu məqsədlə barışıq sazişi imzaladıqlarını bildirdilər. Ona görə də məhkəmədən həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili X2 bildirdi ki, tərəflər mülki işi barışıq sazişi ilə tamamlanması qərarına gələrək aralarında 06 sentyabr 2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, həqiqətən də tərəflər arasında barışıq sazişi bağlanmış və tərəflər barışıq əldə etdiyindən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş barışıq sazişini, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı Ağahüsüseyn qızının nümayəndəsi X2 ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2021-ci tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar:

1. İddiaçı Ağahüsüseyn qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxması üçün 5500 manat kompensasiya verir.

2. İddiaçı həmin kompensasiya məbləğini Cavabdeh bir ay müddətində ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh qızı İddiaçı 5500 manat kompensasiya alaraq ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsinə razılıq verir və mənzildən çıxmağı öhdəsinə götürür.

4. Cavabdeh barışıq sazişinin 3-cü bəndində nəzərdə tutulan öhdəliyi kompensasiya məbləği ödənildikdən 10 gün ərzində icra edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1). Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir (maddə 191.2). Hakim iş üzrə tərəflərə MPM-in 262-ci maddəsinin tələblərini izah etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi MPM-in 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-ə müvafiq olaraq tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (maddə 262.5). Göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Ağahüsüseyn qızının nümayəndəsi X2 ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: 1.İddiaçı Ağahüsüseyn qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxması üçün 5500 manat kompensasiya verir. 2.İddiaçı həmin kompensasiya məbləğini Cavabdeh bir ay müddətində ödəməyi öhdəsinə götürür. 3.Cavabdeh qızı İddiaçı 5500 manat kompensasiya alaraq ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsinə razılıq verir və mənzildən çıxmağı öhdəsinə götürür. 4.Cavabdeh barışıq sazişinin 3-cü bəndində nəzərdə tutulan öhdəliyi kompensasiya məbləği ödənildikdən 10 gün ərzində icra edir. İddiaçı Ağahüsüseyn qızınun Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar