Məhkəmə qərarları › İş №2(003)-3088/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3088/2021

29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3088/2021 29.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına dair Bakı şəhər İcraiyyə Komitəsi Texniki İnventarizasiya Bürosu tərəfindən 1967-ci ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X7, mərhum X10 nəvəsi olmuş və Sadıx Babayev sağlığında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi (əvvəllər Komsomolskaya), ev 92-də yerləşən “V” tikilisini anası Şəfəq İskəndər qızına vəsiyyət etmişdir. Hazırda anasının vərəsəsi kimi yaşadıqları evi sənədləşdirmək istəyən zaman ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 saylı evə dair 1967-ci ildə texniki pasport təqdim edilmiş və həmin texniki pasportda anasının babasının, yəni X10 adı X2 göstərildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanına dair Bakı şəhər İcraiyyə Komitəsi Texniki İnventarizasiya Bürosu tərəfindən 1967-ci ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, ərizəçi onun bibisi oğludur. Onlar bir məhəllədə yaşayırlar. O vaxt ev babalarının olub, sonra həyətləri ayırıblar. Babaları rəhmətə gedəndə onun 7-8 yaşı olub. Babasının adı Məşədibaba olub. Hamı Məşədibaba çağırıb. Məşhəd ziyarətinə getdiyinə görə mərhumu elə çağırıblar. Digər şahid, X17 məhkəmə iclasında bildirmişdir ki, ərizəçi onun əmisi İskəndərin nəvəsidir. Mərhum Sadıq onun babası olub. Sadıqın atası Məşədibaba olub. Mərhumun əsl adı X18 olub, lakin atası məşhəd ziyarətinə getdiyi üçün adına Məşədibaba deyiblər. Mərhum Sadıq rəhmətə gedəndə onun 31 yaşı olub. Mərhumun 3 övladı olub: Aslan, İskəndər və onun atası Baba. O, digər şahidin izahatındakı xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X5, anası X3r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 16.12.1972-ci ildə, X7 14.11.2018-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 atası X6r. İş materiallarına əlavə edilmiş Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşının pasportunun surətindən görünür ki, X19 1902-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 14.02.1991-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 20 noyabr 1989-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X19 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Komsomolskaya küçəsi, 92 saylı evin V tikilisini qızı X4 vəsiyyət etmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanına dair X9 (sənəddə yazıldığı kimi: X23) Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” 1967-ci il tarixli pasport verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, ünvan 1 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid noyabr 1967-ci il tarixli pasportda “X12 (sənəddə yazıldığı kimi: X23)” olaraq qeyd edilmiş şəxslə ərizəçinin babası X10 eyni şəxs olmaları faktı tam təsdiq olunduğundan və faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid noyabr 1967-ci il tarixli pasportun 1902-ci il təvəllüdlü X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar