Məhkəmə qərarları › İş №2(003)-3097/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3097/2024

29.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3097/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına (abonent kodu **********00010) hesablanmış 807,18 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1928-ci ildə Yardımlı rayonu, Piştəsər kəndində anadan olmuşdur.Özü 2-ci Dünya müharibəsi veteranıdır. ünvan 1 ünvanında onun iştirakı olmadan xx.xx.2020-ci ildə akt tərtib edilmişdir. Cavabdeh İB-nin əməkdaşlarının tərtib etdikləri akta əsasən guya o, kənar xətt xətt çəkdirərək qeyri-qanuni qazdan istifadə etmişdir.Buna görə onun üzərinə 807,18 manat məbləğində borc hesablanmışdır.Onda kənar xətt yoxdur və o, qeyri-qanuni qazdan istifadə etməmişdir.xx.xx.2020-ci ildə tərtib edilən aktda o, iştrak etməmişdir və bundan xəbəri olmamışdır. 2 ay əvvəl qaz işçiləri onun sayğacını dəyişmişdilər və səbəbini deməmişdilər.Onun sayğacı küçənin çöl tərəfində yerləşir.İstifadə edilmiş qaza görə o, daimi olaraq, vaxtlı-vaxtında ödəniş edir.Onun qaz borusuna, sayğacdan kənar müdaxilə etmək heç vaxt niyyəti olmayıb. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, səhəti ilə əlaqədar məhkəmə iclaslarının onun iştrakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00010 nömrə ilə qeydiyyata alınmış abonent koduna akt üzrə 807,18 manat borc hesablanmışdır. Burada abonentin hər ay təbii qazdan istifadəyə görə müxtəlif məbləğlərdə ödəniş etməsi əks olunmuşdur. İş materiallarında olan 021061 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası ərazisində veteranlar üçün qanunvericiliyin müəyyən etdiyi imtiyaz və güzəştlərdən istifadə edə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh İB-nin qəbzindən görünür ki, **********00010 nömrəli abonent koduna 807,18 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 807,18 manat məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, xx.xx.2020-ci il tarixli akt tərtib edilərkən iddiaçının iştrakı və xəbəri olmamışdır. Eyni zamanda, iddiaçının qeyri-qanuni yolla qaz xəttindən istifadə edilməsi sübuta yetirilmədi.Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı (abonent kodu **********00010) üzərinə yazılmış 807,18 manat borc əsassız olduğundan silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatdək olduqda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbi 807,18 manat borcun silinməsidir.Belə olan halda dövlət rüsumu 30 manat təşkil edilir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00010) hesablanmış 807,18 (səkkiz yüz yeddi manat altmış on səkkiz qəpik) manat məbləğində borc silinsin. 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar