Məhkəmə qərarları › İş №2(003)-310/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-310/2022

03.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-310/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə, Cavabdeh2 cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə) qarşı “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X6 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair ilk, Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair və Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə) qarşı “torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsinin Əzizbəyov rayon X4 İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı ilə mərhum X6 Dövlət tərəfindən pulsuz, havayı ayrılmasını nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 7231,9 kv.m torpaq sahəsinin (mirasın) mərhum X5 və onun arvadı İddiaçı yəni, ər-arvadın ümümi birgə mülkiyyəti olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X7 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı) əldə edilmiş və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən tam mülkiyyət hüququ ilə X5 (mərhum) özünün ayrıca əmlakı olmuş, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsinin ər-arvadın ümumi birgə əmlakı olmaması faktının, yəni mərhum X5 və onun arvadı İddiaçı ümumi birgə əmlakı olmaması faktının məhkəmə tərəfindən tanınması və DƏDRX-də qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı Cavabdeh2 vəsatəti əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb olunmuşdur. Daha sonra İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335866, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin miras şərikləri arasında 5/8 hissədə o, İddiaçı, 1/8 hissədə Cavabdeh1, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh3 arasında bölüşdürülməsi, Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş 2(003)-310/2022 sayla qeydə alınmışdır. 2(003)-310/2022 saylı mülki iş üzrə Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh1, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X4 İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı ilə əldə edilmiş, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən tam mülkiyyət hüququ ilə mərhum atası X5 özünün ayrıca əmlakı olmuş, ünvan 1 ünvanında yerləşən mirasdan, yəni 1231,9 kv.m torpaq sahəsindən onun, birinci növbəli vərəsə Cavabdeh2 payına düşən 474 kv.m torpaq sahəsinə (ailəsi ilə ayrıca yaşadığı 2 mərtəbəli evi yerləşən, faktiki sahibliyində olan hissədə) Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin, DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən yeni ünvan adı verilməklə, çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2(003)-310/2022 saylı mülki iş üzrə Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh2, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən miras qoyan X5 xüsusi mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2, 1/3 (üçdə bir) hissəsinə İddiaçı və Cavabdeh3 qanun üzrə birinci dərəcəli vərəsə qismində vərəsəlik hüququnun tanınması, həmin miras əmlak üzərində vərəsələrin miras paylarının müəyyən edilməsi, vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 7 Saylı Notariat Ofisinə və yeni ünvanlar müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması və DƏDRX-də qeyd alınması tələbinə dair 2(003)-303/2022 saylı mülki işlə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi”, Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh1, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh2, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(003)- 310/2022 saylı mülki iş birləşdirilmiş, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(003)-303/2022 nömrəsi verilməsi qərara alınmışdır. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər-iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə İcraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağının müəyyən olunması halında ehtiyac yaranır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə, iddia tələblərinə “hüquqlarının DƏDRX-də qeydə alınması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı miras əmlaka dair notarial qaydada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra həmin şəhadətnamə əsasında həmin əmlaka dair hüquqlarının qeydə alınması üçün məhkəmədənkənar qaydada DƏDRX-ə müraciət etməklə bu məsələni həll etmək hüququna malik olduğundan, iddiaçlar və qarşılıqlı iddiaçılar isə belə müraciət edildiyi zaman qeydə almaqdan imtina etdiyi halda iddiaçıların və qarşılıqlı iddiaçıların müvafiq iddia ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqları yarandığından iddia tələblərinin “hüquqların DƏDRX-də qeydə alınması” hissəsində mülki iş üzrə icraata xitam verilməlilidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Cavabdeh2 cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə) qarşı “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X6 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair ilk, Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair və Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinin “hüquqlarının DƏDRX-də qeydə alınması” hissəsində mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar