Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3118/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunlaəsaslandırmışdır ki, "Azərmaş” MMC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFME322517 ban nömrəli qara rəngli avtomobil 24016,0 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə No3) əsasən X5 illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429,49 manat, ümumilikdə isə 24016,0 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016,0 manatın 16800,0 manatı əsas məbləğ təşkil edir. xx.xx.2020-ci il tarixdə X5, X12 və İddiaçı MMC arasında MAS-4001 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq” müqaviləsi üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə X12, X6 və İddiaçı MMC arasında MAS- 4001 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2021-ci il tarixli MAS- 4001 saylı “Daxili lizinq” müqaviləsi üzrə Sabir Məmmədli bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 23 mart 2022-ci il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-4001 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 28 iyun 2021-ci il tarixli MAS-4001 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Elvin Əliyev bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti: olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nışanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-4001 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 12 avqust 2022-ci il tarixə ümumilikdə 1862.45 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı MMC ilə bağlanmış 28 iyun 2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322517 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 28 iyun 2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2022-ci il tarixə 800.86 manat gecikdirilmiş əsas, 933.43 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 128.16 manat dəbbə pulu, cəmi 1862.45 manat borc və ödənilmiş 39.03 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, iddia tələbinin əsas borc və faiz borcu hissəsində qəbul etdiyini, dəbbə puli ilə razı olmadığını bildirdi və məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Azərmaş” MMC ilə X5 arasında bağlanmış xx.xx.2021ci il tarixli MAS-4001 saylı “Daxili lizinq” müqaviləsinə və ona əlavə edilmiş 1 nömrəli Əlavəyə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFME322517 ban nömrəli qara rəngli avtomobil 16800,0 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X5 illik 23% hesablanmaqla 48 aylıq müddətə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay sabit məbləğ olmaqla 429,49 manat, pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, X3 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PT- *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə X12, X5 və İddiaçı MMC arasında MAS- 4001 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2021-ci il tarixli MAS- 4001 saylı “Daxili lizinq” müqaviləsi üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, X12 oğlu X3 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə X12, X7 və İddiaçı MMC arasında MAS- 4001 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2021-ci il tarixli MAS- 4001 saylı “Daxili lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, X2 Elvin Akif oğlunun istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh, X7 və İddiaçı MMC arasında MAS-4001 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından aydın olur ki, Cavabdeh X7 oğlunun istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4001 saylı “Daxili Lizinq“ müqaviləsi üzrə xx.xx.2022ci il tarixə iddiaçıya 800,86 manat əsas, 933,43 manat mükafat və həmin günə hesablanmış 128,16 manat dəbbə pulu, cəmi 1862,45 manat borcu vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Siqnal” İLİİ-nin 4 saylı mühafizə olunan duracağına yerləşdirilib. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı MMC hazırkı iddia üzrə 76,63 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "Azərmaş” MMC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFME322517 ban nömrəli qara rəngli avtomobil 16800,0 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “xx.xx.2021-ci il tarixdə X5, X12 və İddiaçı MMC arasında MAS-4001 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq” müqaviləsi üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə X12, X7 və İddiaçı MMC arasında MAS-4001 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə Cavabdeh, X7 və İddiaçı MMC arasında MAS-4001 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx.xx.2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4001 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən, borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas və faiz (mükafat) məbləğlərini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq məbləği və faiz (mükafat) məbləğinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 128,16 manat məbləğində dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 308,1 manat məbləğində deyil, 30,0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq obyektinin iddiaçıya qaytarılmasına dair hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin lizinq alanın istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, lizinq obyekti 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin iddianın 38,63 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin olunduğundan iddiaçının xeyrinə cavabdehdən 38,63 manat məbləğində dövlət rüsumu və 040 manat xidmət haqqı tutulmalıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4001 saylı daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödəniş etməmiş və bununlada iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqaviləyə xitam verilməsi məqsədi ilə də iddiaçı cavabdehə yazılı müraciət etmiş, lakin heç bir cavab almamışdır.Buna görədə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4001 saylı daxili lizinq müqaviləsi ləğv edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli MAS-4001 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 800,86 manat əsas borc, 933,43 manat mükafat, 30,0 manat cərimə (dəbbə borcu), ödənilmiş dövlət rüsumuna görə 38,63 manat və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 1803,32 (min səkkiz yüz üç manat, otuz iki qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3118/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3118/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver