Məhkəmə qərarları › İş №2(003)-3121/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3121/2024

11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3121/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylıBakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi maraqlı şəxs qismində cəlb edilməklə xüsusi icraat ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair 1969-cu il Texniki pasportun ölüm haqqında şəhadətnamədə adı qeyd olunan xx.xx.2008-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, X6 onun atasıdır.Atası 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur.Atası xx.xx.1959-cu il tarixdə anası X12 ilə evlənmişdir. X6 xx.xx.2008-ci il tarixdə, X12 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. 1969-cu il tarixdə ünvan 1 ünvanına dair X3 adına texniki pasport tərtib edilmişdir.4 saylı Bakı “ Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanladığı məktubundan görünür ki, o, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 vərəsəsidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylıBakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, texniki pasportda ata adı Müzərfər, notariat ofisinin məktubunda isə Müzəffər qeyd olunmuşdur. Hal-hazırda texniki səhv ərizəçinin mülkiyyət hüququ əldə etməsinə mane olur.Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AЗ seriyalı, 405232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.X1, anası X9r. İş materiallarına əlavə olunmuş İ-ИE seiyalı, 235197 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X12 arasında xx.xx.1959-cu il tarixdə nikah bağlamışlar. Həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 150 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 294036 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 738499 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AR ƏN 4 saylı Bakı “Asan Xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 878 nömrəli DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubdan görünür ki, Ərizəçi müraciəti əsasında xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 adına vərəsəlik işi açılmışdır. İş materiallarına əlavə olunmuş DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-45890/**********645890 nömrəli məktubundan görünür ki, texniki pasportda ata adı “Müzərfər”, notariat ofisinin məktubunda isə “Müzəffər” qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanı X4 adına tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müəyyən olundu ki, texniki pasportda yazılan X7 ilə ölüm haqqında şəadətnamədə qeyd edilən X6 eyni şəxsdir.Bu texniki pasportun X5 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ünvan 1 ünvanına dair texniki pasportun X5 məxsus olması qətnamə çıxarılmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanına dair texniki pasportun X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar