Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3122/2024 19.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) – Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 3, ev 8 ünvanına dair 1973-cü il texniki pasportun ölüm haqqında şəhadətnamədə adı qeyd olunan xx.xx.1991-ci il tarixdə vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun atasıdır. O, xx.xx.1935-ci ildə Bakı şəhərində doğulmuş, xx.xx.1972-ci il tarixdə anası Şərqiyyə İbadulla qızı ilə evlənmişdir. Birgə nikahdan 4 övladı doğulmuş, atası və ailə üzvlərinin, o daxil olmaqla Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 3, ev 8-də qeydiyyatda olmaqla yaşamışdır. X1 adına 1973-cü il tarixli texniki pasport tərtib olunmuşdur. Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisinin 06 may 2024-cü il tarixli Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ünvanladığı məktubdan da göründüyü kimi mən xx.xx.1991-ci il tarixdə vəfat etmiş X3 vərəsəsidir. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 14 iyun 2024-cü il tarixli məktubunda göründüyü kimi təqdim olunmuş texniki pasportda ata adı qeyd olunmamış, həmçinin adında uyğunsuzluq mövcüddur. Belə ki, sözügedən texniki pasportda "X18” kimi, notariat ofisinin məktubunda isə "X11 "kimi qeyd olunmuşdur. Bu səbəbdəndə də, ona imtina verilmişdir. O, sənədlərini təqdim edəndə ərizəsinə 1967-ci ilin 199 saylı icazə vərəqini əlavə etmişdim ki, hansı ki, orda atasın adı X2 qeyd olunmuşdur. Hansı səbəbdən texniki pasportda ata adı qeyd olunmadığı ona məlum deyildir. Atasının ölüm haqqında şəhadətnasində ona adı olan bütün sənədlərdə olduğu kimi, X5 yazılmışdır. Göstərilən faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X5 xx.xx.1972-ci il tarixdə onunla ailə qurmuşdur. Mərhum vəfat etdiyi günə kimi onunla sözügedən mənzildə yaşamışdır. Mənzil onların istifadəsindədir. Lakin texniki yalnışlıq səbəbində mənzilə dair texniki pasportda mərhumun atasının səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, X5 onun atası, Ərizəçi onun qardaşıdır. Hazırda atasından miras qalmış mənzildə qardaşı, anası ilə birlikdə yaşayır. Texniki pasport mərhum atasına məxsusdur. Babasının adı Əbdülbağı olmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İX-JQ seriyalı, 282956 saylı, xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, atası X9 olan Ərizəçi xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Şərqiyə İbadulla qızı arasındakı nikah xx.xx.1972-ci il tarixdə, 143 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Mikayılov”, arvada “Mikayılova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1991-ci il tarixə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid XX.04.1973-cü il tarixli pasportun surətindən görünür ki, ev sahibinə aid məlumatlarda rus dilində “Микаилов Али Мамед” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə, təqdim edilmiş pasportda hüquq sahibinin ata adı qeyd olunmamış, həmçinin adında uyğunsuzluq mövcuddur. Belə ki, həmin texniki pasportda adı “X18” kimi, notariat ofisinin məktubunda isə “X11” kimi qeyd olunmuşdur. Bu səbəbdən tərəfindən ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət, qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin atasının adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə, “X5” kimi göstərilsə də Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid XX.04.1973-cü il tarixli pasportda X18 (“Микаилов Али Мамед”) kimi qeyd edilmişdir. Ərizəçinin atasının adının, soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının ata adında olması Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid XX.04.1973-cü il tarixli pasportun xx.xx.1991-ci ildə vəfat etmiş X4 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ünvan 2 ünvana aid Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair XX.04.1973-cü il tarixli texniki pasportun xx.xx.1991-ci ildə vəfat etmiş X4 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 2 ünvana aid Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair XX.04.1973-cü il tarixli texniki pasportun pasportun X4 (xx.xx.1991-ci ildə vəfat etmiş) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3122/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3122/2024
19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver