Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3143/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinun Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın tanınmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşının adına olan doğum haqqında şəhadətnamədə qeyd edilən X14 ilə ölüm haqqında şəhadətnamədə qeyd edilən X5 eyni şəxs olması və ölüm haqqında şəhadətnamənin X8 məxsus olması; mərhum həyat yoldaşının atası X6 adına olan ölüm haqqında şəhadətnamənin X9 məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, ərizəsini dəqiqləşdirərək, həyat yoldaşı xx.xx.1964-cü il təvəllüdlü X8 məxsus Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1964-cü ildə verilmiş АЗ 727438 saylı doğum haqqında şəhadətnamədə yanlışlıq aradan qaldırılaraq, “X15”ndan “X16”na düzəliş edilməsi; qaynatası xx.xx.1940-cı il təvəllüdlü X9 məxsus Əzizbəyov (Xəzər) rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2002-ci ildə verilmiş AZ 127475 saylı ölüm haqqında şəhadətnamədə yanlışlıq aradan qaldırılaraq, “X17”ndan “X18”na düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, xx xxxxxxxx 1986-cı ildə X16 ilə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurub Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, 19 saylı evə gəlin gəlmiş və hal-hazırda öz ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Həyat yoldaşı X16 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş və xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O, bu yaxınlarda miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, 19 saylı evi sənədləşdirməkdən ötrü sənədləri topladıqda, ona məlum olmuşdur ki, mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsində “X15”, doğum haqqında şəhadətnamənin ata qrafasında isə “X18” qeyd edilmişdir. Mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsində isə “X16” qeyd edilmişdir. Mərhum qaytanasının ölüm haqqında şəhadətnaməsində “X17” qeyd edilmişdir. O, bu barədə Maraqlı şəxsnə müraciət etdikdə, uyğunsuzluqları aradan qaldırmaq üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən, həyat yoldaşı xx.xx.1964-cü il təvəllüdlü X8 məxsus Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1964-cü ildə verilmiş АЗ 727438 saylı doğum haqqında şəhadətnamədə yanlışlıq aradan qaldırılaraq, “X15”ndan “X16”na düzəliş edilməsi; qaynatası xx.xx.1940-cı il təvəllüdlü X9 məxsus Əzizbəyov (Xəzər) rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2002-ci ildə verilmiş AZ 127475 saylı ölüm haqqında şəhadətnamədə yanlışlıq aradan qaldırılaraq, “X17”ndan “X18”na düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, ərizəçi onun qonşusudur. Onlar sinif yoldaşı olublar. Ərizəçinin iki uşağı var, mərhum həyat yoldaşı Salman 7 ildir rəhmətə gedib. Ərizəçinin qaynatası Rafiq Salman oğlu olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, ərizəçinin və ailəsinin uşaqlıqdan qonşusudur. Kamalə 1986-cı ildə qonşuluğa gəlin gəlib. Ərizəçinin qaynanası Səmayə və qaynatası Rafiq rəhmətə gedib. Rafiqin atasının adı Salman olub, atasının adını oğluna qoyub. Məhkəmə, ərizəçini, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Kamalə Kamil qızı ilə xx xxxxxxxx 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1964-cü ildə verilmiş АЗ 727438 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası X7r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən xx xxxx 2013-cü ildə verilmiş AZ-İ 608901 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2013cü ildə ölmüş, bu barədə akt qeydləri kitabında 212 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov (Xəzər) rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2002-ci ildə verilmiş AZ 127475 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2002-ci ildə ölmüş, bu barədə akt qeydləri kitabında 433 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasnın mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları hərtərəfli qiymətləndirərək belə hesab edir ki, ərizəçinin və şahidlərin məhkəmə iclasında göstərdikləri hallar bir-birini tamamlayaraq məhkəmədə onların bildirdiklərinin doğruluğuna və inandırıcılığına zəminlik yaradır, eyni zamanda, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən də, təsdiq olunur ki, həqiqətən də ərizəçinin həyat yoldaşı xx.xx.1964-cü il təvəllüdlü X8 məxsus Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1964-cü ildə verilmiş АЗ 727438 saylı doğum haqqında şəhadətnamədə yanlışlığa yol verilərək, “X15” qeyd olunmuş, eyni zamanda, ərizəçinin qaynatası xx.xx.1940-cı il təvəllüdlü X9 məxsus Əzizbəyov (Xəzər) rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2002-ci ildə verilmiş AZ 127475 saylı ölüm haqqında şəhadətnamədə yanlışlığa yol verilərək “X17” qeyd olunmuşdur. Lakin qeyd olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu ərizəçinin hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaratmış və ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Ərizəçi müvafiq düzəlişlərin edilməsi məsələsinin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin həyat yoldaşı xx.xx.1964-cü il təvəllüdlü X8 məxsus Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1964-cü ildə verilmiş АЗ 727438 saylı doğum haqqında şəhadətnamənin verilməsinə əsas olmuş xx.xx.1964-cü il tarixli 294 nömrəli doğum akt qeydində yanlışlıq aradan qaldırılaraq, “X15”ndan “X16”na düzəliş edilməsi; qaynatası xx.xx.1940-cı il təvəllüdlü X9 məxsus Əzizbəyov (Xəzər) rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2002-ci ildə verilmiş AZ 127475 saylı ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş xx.xx.2002-ci il tarixli 433 nömrəli ölüm akt qeydində yanlışlıq aradan qaldırılaraq, “X17”ndan “X18”na düzəliş edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X8 məxsus Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1964-cü ildə verilmiş АЗ 727438 saylı doğum haqqında şəhadətnamənin verilməsinə əsas olmuş xx.xx.1964-cü il tarixli 294 nömrəli doğum akt qeydində yanlışlıq aradan qaldırılaraq, “X15”ndan “X16”na düzəliş edilsin. xx.xx.1940-cı il təvəllüdlü X9 məxsus Əzizbəyov (Xəzər) rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2002-ci ildə verilmiş AZ 127475 saylı ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş xx.xx.2002-ci il tarixli 433 nömrəli ölüm akt qeydində yanlışlıq aradan qaldırılaraq, “X17”ndan “X18”na düzəliş edilsin. Bu qətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi, eyni zamanda yeni şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3143/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3143/2020
19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver