Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3152/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi X6 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 və istismarı Birliyinin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarına əsasən Maştağa Bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 335b nömrəli bağa dair orderin ona məxsus olması faktının müəyyən edilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1 — xx.xx.2003-cü il tarixdə Hipertoniya səbəbindən vəfat etmişdir. Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il 683 nömrəli qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli AZ-İİ 350793 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. O, 1966-cı ildə X12 ilə rəsmi nikaha daxil olmuş, bu barədə nikah haqqında şəhadətnaməni ərizəsinə əlavə etmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan SSR Bakı Şəhər İcarəyyə komitəsinin X5 və istismarı Birliyi Maştağa bağlar sahəsindəki 50 saylı korperativ (B/S order) görünür ki, xx.xx.1989-cu il tarixli 14/519 nörməli qərara əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 335 b nömrəli bağ Ərizəçi Əlisahib qızına ayrılaraq verilmişdir. Orderdə yalnışlıqla ata adı Əlisahib kimi qeyd edilmişdir. Həmin yalnışlığın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********66 saylı məktubu ilə müraciətindən imtina olunmuşdur. Belə ki, Azərbaycan SSR Bakı Şəhər icarəyyə komitəsinin X5 və istismarı birliyinin səlahiyyətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə verilmişdir. Azərbaycan SSR Bakı Şəhər icarəyyə komitəsinin X5 və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 saylı korperativ tərəfindən ona verilmiş Bakı şəhəri Xəzər rayonu Maştağa bağ massivi 335b saylı bağ sahəsinə dair orderdə ata adında yol verilmiş yalnışlıqla “Ərizəçi Əlisahib qızı” kimi qeyd edilmişdir. Bundan başqa bütün sənədlərdə isə onun ata adı Əlimehrab kimi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən AZE 0******* Fin kod xxxxxxx saylı vəsiqəsində, Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cu il tarixli AZ-T No 246540 saylı verilmiş doğum haqqında şəhadətnamədən, Bakı şəhəri Əzizbəyov (indi Xəzər) rayon Qeydiyyat Şöbəsinin A3 No 042127 saylı nikah haqaqında şəhadətnamədən, Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinin xx.xx.2003-cü il 683 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, adı Çimnaz, ata adı Əlimehrab, soyadı Həsənova kimi qeyd edilmişdir. O, Ərizəçi ata adında yol verilmiş yalnışlığın yəni “Əlisahib” ata adının “Əlimehrab” olaraq düzəlişi barədə mütraciət etsə də buna nail ola bilməmiş, bu səbəbdən də məhkəməyə müraciət etməli olur. Ona görə də həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət edə bilmir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək X5 və istismarı birliyi tərəfindən verilmiş orderdə ata adına Əlimehrab kimi düzəliş olunaraq ona məxsus olduğunun tanınması faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X15 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun böyük bacısıdır. Bildiyinə görə 1990-cı ildə Maştağa qəsəbəsində ərizəçiyə torpaq sahəsi ayrılmışdır. Bu barədə ailədə olan danışıqlardan bilir. Bacısı hava limanında, Xəzər rayonunda süpürgəçi işləmişdir. X11 Koperativinin üzvü olması barədə məlumatı yoxdur. Ərizəçinin ata adı Əlimehrabdır. İş üzrə şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısı qızıdır. Torpağa dair sənəddə babasının adı səhv yazılıb. Belə ki, Əlimehrab əvəzinə Əlisahib kimi yazılmışdır. Maştağa qəsəbəsində xalasına 12 sot torpaq sahəsinin ayrılması barədə məlumatı var və həmin sənəddə babasının adı səhv yazılmışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin ərizəçinin nümayəndəsi X13 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubdan görünür ki, müraciətlə bağlı bildirilmişdir ki, “335”b saylı torpaq sahəsinin nömrəsi X2 sxemində qeyd edilməmişdir. Həmçinin faktiki torpaq sahəsinin yerləşməsi bağlarının bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi digər nömrəli torpaq sahələrinin yerinə uyğun gəlir. Bundan başqa inventarlaşdırma işləri aparılan zaman sahənin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Əlavə olaraq, təqdim edilən X5 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə hüquq sahibinin ata adı Əlisahib qeyd edilsə də, şəxsiyyət vəsiqəsində Əlimehrab qeyd olunmuşdur. -Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X5 və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativin Б/С nömrəli Orderinin surətindən görünür ki, həmin order verilir Ərizəçi Əlisahib qızına ondan ötrü ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarına əsasən ona Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahsi olan 335b nömrəli bağ ayrılmışdır. -Bakı şəhər Xalq deputatları Sovetinin icraiyyə komitəsi X5 və istismarı Birliyinin xx.xx.1990-cı il tarixli 98 nömrəli məktubun surətindən görünür ki, Maştağa sahəsi 50 nömrəli BTK-nın üzvü Ərizəçi-yə Bakı şəhər Sovetinin 18/924 14.10.86 il və 6/333 14.06.88 il tarixli qərarına əsasən X5 və istismarı Birliyi icarada öz gücüylə ona verilmiş sahədə ev və hasar tikməyə icazə verilmişdir. - Bakı şəhər Xalq deputatları Sovetinin icraiyyə komitəsi X5 və istismarı Birliyinin xx.xx.1990-cı il tarixli 50 N-li kooperativinin sədri X17 ünvanlanmış BTK-nın rəisi H.Mirzəyevin məktubunun surətindən görünür ki, Bakı şəhər Soveti icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərara əsasən yoldaş Ərizəçi Əlisahib qızına 50 N-li kooperatibinin tərkibində bağ sahəsinin verilməsinə icazə verildiyi bildirilmişdir. -2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X9 və X7 arasında xx.xx.1956-cı il tarixdə Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 67 N-li akt ilə nikah qeydə alınmışdır. -AZ-İİ 350793 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2003-cü ildə ölmüşdür. -AZ-İİ 350794 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2003-cü ildə ölmüşdür. -AZ-T 246540 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1950-ci ildə Bakı şəhərində doğulmuş, X1, anası isə X4r. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 arasında xx.xx.1966-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. -AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1950-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (torpaq sahəsinin ayrılmasına dair orderin) ona məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə torpağa dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, ərizəçinin X1 olmuş, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X5 və istismarı birliyinin orderinə əsasən ərizəçiyə Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 335b nömrəli bağ ayrılmış və həmin orderdə ərizəçinin ata adı “Əlimehrab” əvəzinə “Əlisahib” kimi yazılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan da görünür ki, həmçinin bu səbəbdən də torpaq sahəsinin ərizəçinin adına sənədləşdirilməsi mümkün olmamışdır. Məhkəmə, iş materiallarını, eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid ifadələrini nəzərə alaraq hesab edir ki, ərizəçinin ata adı “Əlimehrab” olmasına baxmayaraq X5 və istismarı birliyinin orderində “Əlisahib” kimi qeyd olunduğundan ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 335b nömrəli bağın ayrılmasına dair Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X5 və istismarı birliyinin Б/С nömrəli Orderin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Əlisahib qızının adına verilmiş Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 14/519 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 335b nömrəli bağın ayrılmasına dair Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X5 və istismarı birliyinin Б/С nömrəli Orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3152/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3152/2023
27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver