Məhkəmə qərarları › İş №2(003)-3154/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3154/2021

06.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3154/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, 38 saylı Dövlət Notariat Kontoru, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı vərəsəlik şəhadətnaməsi ilə qeydiyyat vəsiqəsi ilə çıxarışın etibarsız hesab ediməsi, qanuni vərəsəlik hüququnun tanınması ilə vərəsəlik payının müəyyən edilməsi əsasında qeydiyyat vəsiqəsi və çıxarışın verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, 38 saylı Dövlət Notariat Kontoru, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik şəhadətnaməsi ilə qeydiyyat vəsiqəsi ilə çıxarışın etibarsız hesab ediməsi, qanuni vərəsəlik hüququnun tanınması ilə vərəsəlik payının müəyyən edilməsi əsasında qeydiyyat vəsiqəsi və çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, 38 saylı Dövlət Notariat Kontoru, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı vərəsəlik şəhadətnaməsi ilə qeydiyyat vəsiqəsi ilə çıxarışın etibarsız hesab ediməsi, qanuni vərəsəlik hüququnun tanınması ilə vərəsəlik payının müəyyən edilməsi əsasında qeydiyyat vəsiqəsi və çıxarışın verilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, 38 saylı Dövlət Notariat Kontoru, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı vərəsəlik şəhadətnaməsi ilə qeydiyyat vəsiqəsi ilə çıxarışın etibarsız hesab ediməsi, qanuni vərəsəlik hüququnun tanınması ilə vərəsəlik payının müəyyən edilməsi əsasında qeydiyyat vəsiqəsi və çıxarışın verilməsi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar