Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3156/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X15 Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı, xx.xx.1977-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun doğma bacısıdır. Bacısı doğuşdan normal uşaq kimi doğulsa da o, sonradan dərman içərək özünə qəsd etmək qərarına gəlmişdir. Müalicələrdən sonra normal halına dönmüşdür. Daha sonra bacısı ailə qurmuş və uşaqları olmuşdur. Uşaqlar doğulandan sonra onda əqli cəhətdən problemlər yaranmışdır. Uzun müddətli müalicələr heç bir nəticə verməmişdir. Psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını dərk etmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilən arayışdan da görünür ki, bacısına xx.xx.2021-ci il tarixdən paranoid şizofreniya diaqnozu qoyulmuşdur. Əmək qabliyyətsizdir. Kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Ata və anası sağdır. Lakin onlar da qocalmışdır. Onların özlərinə qulluğa ehtiyac var. Bu səbəbdən o, qardaş kimi özünə borc bilib bacısına himayəçilik etmək qərarına gəlmişdir. Bacısı xəstə olan gündən ona qulluğu o edir. Ona qulluq etdiyindən tək qoyub işə də gedə bilmir. Onun xəstəliyi ilə bağlı tutmaları olanda zor gücü ilə onu saxlamaq mümkündür. Hər bir qulluğunu özü həyata keçirir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Həmçinin izahatında əlavə olaraq bildirdi ki, bacısının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Maraqlı şəxs Bakı, şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -seriya AZE, 15396848 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci ildə Lerik rayonunun Çayrud kəndində doğulmuş X2 qeydiyyatda olduğu ünvan ünvan 1blikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X6 ikinci dərəcəli əlildir. Diaqnozu – paranoid şizofreniya, fasiləsiz gedişli dərin psixi qüsur halıdır. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Əlillik müddətsizdir, əmək qabiliyyətsizdir. -seriya АЗБ, 019383 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi atası X7, anası isə X1r. -xx.xx.2023-cü il tarixli Xəzər rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, xx.xx.1977-ci ildə Lerik rayonunun Çayrud kəndində doğulmuş X3 atası X7, anası isə X1r. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 2610 saylı rəyindən görünür ki, X4 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik aşkar edilmiş, öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X6 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci ildə Lerik rayonunun Çayrud kəndində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3156/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3156/2023
07.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver