Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3161/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 25 saylı Notariat ofisinə (maraqı şəxs Maraqlı şəxs Həsənağa oğlu) qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və vərəsəlik şəhadətnaməsində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2n cavabdehlər Bakı şəhəri 25 saylı Notariat ofisinə (maraqı şəxs Maraqlı şəxs Həsənağa oğlu) qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və vərəsəlik şəhadətnaməsində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 69-da 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 2022-ci ildə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və onların adlarına yeni vərəsəlik şəhadətnaməsində paylarının tanınması üçün qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını, və ya müəyyən hüquqlarının tanınmasının məhkəmədən xahiş etdiyi tələblər başa düşülür. İddiaçılar, ataları X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 69-da 7 saylı Notariat Ofisi tərəfindən verilmiş 2022-ci ildə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və onların adlarına yeni vərəsəlik şəhadətnaməsində paylarının tanınması üçün qətnamə qəbul edilməsi barədə qeyri-müəyyən tələblərlə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin məhkəmə qeyd edir ki, həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. “Elektron Məhkəmə” sistemindən əldə olunmuş məlumatdan görünür ki, iddia ərizəsinə əlavə edilmiş ********** nömrəli mədaxil qəbzi 2(003)-1406/23, 2(003)-1497/23 və 2(003)-1614/23 saylı işlər üzrə istifadə olunmuşdur. Bununla da məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən əsaslarla iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 25 saylı Notariat ofisinə (maraqı şəxs Maraqlı şəxs Həsənağa oğlu) qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və vərəsəlik şəhadətnaməsində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3161/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3161/2023
22.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver