Məhkəmə qərarları › İş №2(003)-3176/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3176/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3176/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79255 olan Samsung Galaxy A30 markalı telefon üçün 360 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, ümumilikdə 468 manat borc, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Acer markalı kompüter üçün 587 manat ödənilməmiş borc, 185 manat cərimə, cəmi 772 manat borc, xx xxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 1230 manat ödənilməmiş borc, 23 manat cərimə, cəmi 1253 manat borc, ümumilikdə 2493 manat borc, 30 manat dövlət rüsumu, cəmi 2523 manat pulun cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında bağlanmış xx xxxx 2018, xx xxxxxxxx 2018, xx xxxxxx 2018-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ kodu **********79255 olan Samsung Galaxy A30 markalı telefon, Acer markalı kompüter, Samsung Led markalı televizor almış və nəticədə 2493 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 635 (15 ay x 40 manat + 35 manat) olan İMEİ kodu **********79255 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə 468 manat olmaqla, ondan 360 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, alqı-satqı qiyməti 1248 (12 ay x 103 manat + 12 manat) olan Acer markalı kompüter üçün ümumilikdə 772 manat olmaqla, ondan 587 manat ödənilməmiş hissə, 185 manat dəbbə pulu, alqı-satqı qiyməti 1404 (18 ay x 78 manat + 0 manat) olan Samsung Led markalı televizor üçün ümumilikdə 1253 manat olmaqla, ondan 1230 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh borcundan cəmi 1110 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən borclu müqavilənin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənləri nəzərə alaraq, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79255 olan Samsung Galaxy A30 markalı telefon üçün 360 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, ümumilikdə 468 manat borc, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Acer markalı kompüter üçün 587 manat ödənilməmiş borc, 185 manat cərimə, cəmi 772 manat borc, xx xxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 1230 manat ödənilməmiş borc, 23 manat cərimə, cəmi 1253 manat borc, ümumilikdə 2493 manat borc, 30 manat dövlət rüsumu, cəmi 2523 manat pulun cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx » MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia ərizəsindən və iş materiallarında olan, Cavabdeh ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2018, xx xxxxxxxx 2018, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********79255 olan Samsung Galaxy A30 markalı telefon, Acer markalı kompüter, Samsung Led markalı televizoru nisyə satış şərtləri ilə almış və həmin müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh ödənilməmiş borcu 2177 manat, cərimə borcu 316 manat olmaqla, cəmi borcu 2493 manat təşkil etmişdir. İşin məhkəmə iclasında müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın hissə-hissə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və ona görə «xxxx» MMC qarşısında 2177 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu olmaqla, 2493 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinin tələbində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdehnın iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə 2177 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İddia tələbindən görünür ki, Cavabdeh eyni zamanda, müqavilənin 4.1. bəndinə əsasən hər gün üçün gecikdirilmiş məbləğin 1 %-i miqdarında hesablanmış 316 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 10 manat, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 15 manat, xx xxxxx 2019-cu il tarixli müqavilə üzrə 5 manat, cəmi 30 manat cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 26 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh 2177 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 2207 manat məbləğində borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 26 manat məbləği tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh 2177 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 2207 (iki min iki yüz yeddi) manat məbləğində borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manat məbləği tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar