Məhkəmə qərarları › İş №2(003)-3177/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3177/2021

21.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3177/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, etibarnamə yoxdur İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsində çəkilmiş daş hasarın və tikilmiş evin sökülməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş tikililərin və daş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 14 ünvanda yerləşən sahəsi 1188 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililər mərhum nənəsi X3 istifadəsində olmuşdur. O, 06.02.2002-ci ildə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl 16 dekabr 2001-ci ildə o, vəsiyyətnamə verərək bütün əmlakını və Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 14 ünvanda yerləşən sahəsi 1188 kv/m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililəri mərhum X1na vəsiyyət etmişdir. X1 03.03.2010-cu ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsinin istifadəçisi və vergi ödəyicisi olmuşdur. Onun ailəsi və əmisi Cavabdeh1 ailəsi bu ünvanda birlikdə yaşayırıq. Əmisi bu yaxınlarda oğlu üçün də həmin torpaq sahəsində ev tikmiş və onun istfadəsində olan torpaq sahəsinə girərək daş hasar çəkərək torpaq sahəsini iki hissəyə ayırmışdır. O buna etiraz etsə də o, buna əhəmiyyət verməmişdir. O istifadəsində olan torpaq sahəsinə və tikiliyə çıxarış almaq üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin daxilində rekonstruksiya işləri aparılmış, əlavə tikililər inşa edilmişdir. Bundan əlavə elektron kadastr məlumatına əsasən tərəfindən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 16.08.1963-cü ildə tərtib edilmiş texniki pasportun baş planında göstərilən ümumi ərazi daxilində digər fiziki şəxsə (fiziki şəxsin kimliyi göstərilmir) məxsus olan (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) olduğu müəyyən edilmişdir. Ona görə də qonşular arasında sənədə uyğun tərtib edilmiş bölgü sxeminin təqdim edildiyi təqdirdə müraciətinə yenidən qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Buna görə də o yenidən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 14 ünvandakı torpaq sahəsinin kimə məxsus olması, hüquqi vəziyyəti və hansı sənədlər əsasında qeydiyyata alınması barədə arayış verilməsini xahiş etmişdir. Bu sorğusuna tam cavab verilməmiş və bildirilmişdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 14 ünvanda yerləşən hər hansı əmlakın mərhum X3 adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, bu ünvandakı torpaq sahəsi və tikililər mərhum nənəsi X4 məxsus olmuşdur. Cavabdeh əmisi tərəfindən həmin torpaq sahəsi qeyri-qanuni olaraq daş hasarla 2 hissəyə bölünərək onun istifadəsində olan torpaq sahəsi zəbt olunaraq əlavə tikililər tikilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 X6 və X10 ilə əvəz edilməsini, həmçinin ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və üzərində tikilmiş 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış və texniki pasportun verilməsinin rəsmiləşdirilmək üçün cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, hüququn ölmüş şəxsə məxsus olması arayışının qeydiyyat orqanı tərəfindən ona verilməsi, torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər X6 və X10 və mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı 30.04.2021-ci il tarixli **********21 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin daxilində rekonstruksiya işləri aparılmışdır, əlavə tikililər inşa edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 16.08.1963-cü ildə tərtib edilmiş texniki pasportun baş planında göstərilən ümumi ərazi daxilində digər fiziki şəxsə məxsus olan (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) olduğu müəyyən edilmişdir. Odur ki, qonşular arasında sənədə uyğun tərtib edilmiş bölgü sxeminin təqdim edildiyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08.06.2021-ci il tarixli **********30 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən hər hansı əmlakın mərhum X3 adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə müəyyən etdi ki, iddiaçının iddia tələbi ünvan 1 ünvanında yerləşən torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş tikililərin və daş hasarın sökülməsi, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və üzərində tikilmiş 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış və texniki pasportun verilməsinin rəsmiləşdirilmək üçün cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və hüququn ölmüş şəxsə məxsus olması arayışının qeydiyyat orqanı tərəfindən ona verilməsi, torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsindən ibarədədir. İddiaçının iddia tələbinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş tikililərin və daş hasarın sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarıdan gründüyü kimi iddiaçı miras qoyan şəxsin nəvəsi, Cavabdeh1 isə oğludur. Həmçinin iddiaçının məhkəməyə təqdim etmiş olduğu sənədlərdən müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsinə və həmin torpaq sahəsində mövcud olan əmlaka dair iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmişdir ki, mübahisəli əmlak nənəsindən onun atasına vəsiyyət olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırda mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, miras əmlaka vərəsəlik haqqında şəhadətnamə alınmamış və vərəsəloik şəhadətaməsi əsasında mübahisəli əmlak üzərində iddiaçının atasının və özünün mülkiyyət hüququları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının daşınmaz əmlakın üzərində subyektiv hüquqlarının yaranması üçün yuxarıda qeyd olunan qanunla müəyyən edilmiş qaydada öz təstiqini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Hazırkı halda isə sözügedən torpaq sahəsinin iddiaçını mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Yuxarıda qeyd oluduğu kimi məhkəmə araşdırması zamanı müəyyən edilmiş hal olaraq mübahisəli torpaq sahəsinin hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu aşkar edilmişdir. Belə olan olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə müraciət etmək hüquq İddiaçı yox, dövlətin müstəsna səlahiyyətindədir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi topraq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddiaçının iddia tələbinin ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və üzərində tikilmiş 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış və texniki pasportun verilməsinin rəsmiləşdirilmək üçün cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və üzərində tikilmiş 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış və texniki pasportun verilməsinin rəsmiləşdirilmək üçün cavabdehlər tərəfindən maneələrin yaradıldığını qeyd etsə də, buna dair sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin işin faktiki hallarından göründüyü kimi iddiaçı mübahisəli evdə yaşayır və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları tərəfindən müvafiq (çıxarış və texniki pasportun) verilməsi ilə bağlı xidmətin əməkdaşlarına müvafiq şərait iddiaçının özü tərəfindən də yaradıla bilər. Habelə işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, xidmətin mütəxəssisləri tərəfindən yerə baxış keçerilmiş, bununla bağlı müraciət cavabdlandırılmışdır. İddiaçının iddia tələbinin hüququn ölmüş şəxsə məxsus olması arayışının qeydiyyat orqanı tərəfindən ona verilməsi, torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qəbul edilməli oluduğunu iddia etdiyi akt inzibati orqan tərəfindən qəbul edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X6 və X8 qarşı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və üzərində tikilmiş 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış və texniki pasportun verilməsinin rəsmiləşdirilmək üçün cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, hüququn ölmüş şəxsə məxsus olması arayışının qeydiyyat orqanı tərəfindən ona verilməsi, torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər X6 və X8 qarşı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və üzərində tikilmiş 14 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış və texniki pasportun verilməsinin rəsmiləşdirilmək üçün cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, hüququn ölmüş şəxsə məxsus olması arayışının qeydiyyat orqanı tərəfindən ona verilməsi, torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar