Məhkəmə qərarları › İş №2(003)-3179/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3179/2024

15.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3179/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mirzəağa qızına, Cavabdeh2 Mirzəağa qızına, Cavabdeh3, Cavabdeh4 Mirzəağa qızına, Cavabdeh5 Mirzəağa oğluna və 5 saylı Maraqlı şəxsotariat ofisinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, payının müəyyən edilməsi, vərəslik şəhadətnaməsinin verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Mirzəağa qızına, Cavabdeh2 Mirzəağa qızına, Cavabdeh3, Cavabdeh4 Mirzəağa qızına, Cavabdeh5 Mirzəağa oğluna və 5 saylı Maraqlı şəxsotariat ofisinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, payının müəyyən edilməsi, vərəslik şəhadətnaməsinin verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, digər cavabdehlər isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanıldığından iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o, ərizə ilə məhkəməyə müraciət edərkən cəmi 100,0 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 14944*4598 nömrəli qəbzlə ödənilmiş 100,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 Mirzəağa qızına, Cavabdeh2 Mirzəağa qızına, Cavabdeh3, Cavabdeh4 Mirzəağa qızına, Cavabdeh5 Mirzəağa oğluna və 5 saylı Maraqlı şəxsotariat ofisinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, payının müəyyən edilməsi, vərəslik şəhadətnaməsinin verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixdə 14944*4598 nömrəli qəbzlə ödənilmiş 100,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınaraq ləğv prosesində olan İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar