Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3180/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi Əhmədovnanın iştirakı ilə, Ərizəçi Əhmədovnanın hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Əhmədovna ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) 21 may 2003-cü, 28 saylı əmrinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) 21 may 2003-cü 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin sənəddə adı “Ərizəçi” əvəzinə “X7” qızı kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 02 avqust 2023-cü il tarixli məktubundan görünür ki, adının Ərizəçi kimi qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi barədə müraciətindən imtina edilmiş və sənədin ona məxsus olmasının təsdiq olunması üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi Əhmədovna ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Onun sözügedən sənəddə adı səhvən “Ərizəçi” əvəzinə “X7” qızı kimi göstərilmişdir. O, ərizəçi uzun illərdir tanıyır. Həmin sənəd ərizəçiyə məxsusdur. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçini ilə uzun illərdir tanıyır. Onun adı həmin sənəddə səhv yazılmışdır. Ərizəçini Ərizəçi Əhmədovna kimi tanıyır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 1-2-27/2-328/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plancizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmişAzərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən X2 fərdi mənzil tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdilən sənədlərdə vətəndaşın adının Ərizəçi qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 64 saylı qərarından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsi təsərrüfat idarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün Azərb.SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli, 40 nömrəli qərarı ilə 150 ailə üçün 15 hektar (küçə və yollar buraya daxil deyildir) həyətyanı torpaq fondu ayırdığı nəzərə alınsın. Vətəndaş “X4” 0,10 ha torpaq sahəsi verilməsi haqqında Respublika Nazirlər Kabineti işlər idarəsi təsərrüfat idarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şürasının və həmkarlar ittifaqı komitəsinin 19 mart 1991-ci il tarixli 5 nömrəli birgə qərarı və sovxozun 25 mart 1991-ci il tarixli, 25 nömrəli əmr nəzərə alınsın. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Qərarın icrasına nəzarət Respublika Nazirlər Kabineti işlər idarəsi təsərrüfat idarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun direktoru İ.Muradov yoldaşa həvalə edilsin. İş materiallarında olan arayışın surətindən görünür ki, “verilir vətəndaş X2 ondan ötəri ki, ona həqiqətən rayon /kənd,qəsəbə/ XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarxli 64 №li qərarı ilə Abşeron rayonunun Buzovna kəndində /sovxozunda/ fərdi yaşayış evinin tikinti üçün həyətyanı torpaq sahəsi verilmişdir. Vətəndaş həmin sahədə ümumi smeta dəyəri 30487 man.olan 3(üç) otaqlı yaşayış evi inşa etməlidir. Arayış tələb olunan yerə təqdim olunmaq üçün verilir. İş materiallarında olan tərəvəzçilik-südçülük sovxozu üzrə 25 mart 1991-ci il tarixli, 25/K nömrəli əmrin surətindən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli 249 nömrəli və Azərb.SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli, 600 nömrəli qərarına əsasən “X4”na fərdi ev tikdirmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsininin surətindən görünür ki, Ərizəçi Əhmədovna xx.xx.1945-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, ərizəçinin mərhum adı və ata adı sənədlə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) 21 may 2003-cü, 28 saylı əmrində müxtəlif cür yazılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) 21 may 2003-cü, 28 saylı əmrinin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Qeyd edilən sənəddə səhvən “X4” kimi göstərilməsi və həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) 21 may 2003-cü, 28 saylı əmrinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3180/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3180/2023
14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver