Məhkəmə qərarları › İş №2(003)-3191/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3191/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3191/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 X7 ilə eyni şəxs olduğunun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sərdarov küçəsi (indiki vaqif Mirzəyev küçəsi), ev 19 mərhum atası X4 məxsus olmuşdur. Evə dair texniki pasportda (həmin texniki pasport 1962-ci ilin sentyabr ayında tərtib edilmişdir) ata adı Əhmədov Əlixan (Hacı) Əliman oğlu kimi yazılmışdır. Bu, daşınmaz əmlakın hüquqi qeydiyyata alınması zamanı iş üzrə maraqlı şəxs onun tələbini təmin etməyərək uyğunsuzluq olduğunu bildirərək evi özəlləşdirməkdən imtina etmişdir. Reyestr xidməti bildirmişdir ki, mərhum X6 X2 ilə eyni şəxs olduğunu təsdiq edən sənəd məhkəmə qərarı təqdim edildiyi halda sorğusuna yenidən baxıla bilər. Atasının doğum haqqında şəhadətnaməsində soyadı Əhmədov, adı Əlixan, ata adı Əliman kimi göstərilmişdir. Atası xx.xx.1992-ci ildə vəfat etmiş və ölüm haqqında şəhadətnaməsində soyadı Əhmədov, adı Əlixan, ata adı Əlimanoviç göstərilmişdir. Onun öz doğum haqqında şəhadətnaməsində soyadı Əhmədov, adı Adil, ata adı Əlixan oğlu kimi göstərilmişdir. Daha sonra Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi, mərhum Əlixan Əhmədov isə babasıdır. Onlar mərhuma məxsus olan həmin ünvanda yaşayırlar. Həmin evə dair babasına texniki pasport verilmiş, lakin orada mərhumun adı səhv göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respubliası Əmlak X13 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin “qeyd olunan ünvana dair ilkin texniki pasport və digər sənədlər haqqında məlumat və sənədlərin surətinin verilməsi barədə” bildirişdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, 10 saylı fərdi yaşayış evinə dair 1962-ci il tarixdə X6 adına tərtib edilmiş texniki pasport idarənin arxivində mövcuddur. Təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olduğundan sənəd surətlərinin verilməsi mümkün olmamışdır. Həmçinin, bildirilmişdir ki, mərhum X6 X2 ilə eyni şəxs olduğunu təsdiq edən sənəd (məhkəmə qərarı) təqdim edildiyi halda sorğuya yenidən baxıla bilər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1926-cı ildə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1952-ci ildə anadan olmuş Ərizəçi atası X5r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun sürətindən görünür ki, Əzizbəyov rayonu, Binə qəs., Sərdarov küç., ev 10 ünvanında yerləşən evin sahibi Əhmədov Əlixan (Hacı) Əliman oğludur (sənəddə olduğu kimi: Axmedov Alixan (Qadji) Aliman). İş materiallarında olan elektron məlumat çıxarışından görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına X10 ilə Ərizəçi arasında bağlanmış bağışlama müqaviləsi əlavə edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə qeyd edir ki, ərizəçinin atasının doğum haqqında şəhadətnaməsində, ərizəçinin özünün doğum haqqında şəhadətnaməsində və digər tədqiq olunan sənədlərdə adı “X9” kimi göstərilsə də, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda Əzizbəyov rayonu, Binə qəs., Sərdarov küç., ev 10 ünvanında yerləşən evin sahibi “Əhmədov Alixan (Hacı) Əliman oğlu” (sənəddə Axmedov Alixan (Qadji) Aliman oğlu kimi yazılmışdır) kimi göstərilmişdir. Ərizəçinin atasının doğum haqqında şəhadətnaməsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində və digər sənədlərdə atasının ata adının, soyadının, doğum tarixinin və doğum yerinin mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının ata adında olması ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X1 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Məhkəmə qeyd edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X1 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun xx.xx.1926-cı ildə doğulmuş X4 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1962-ci il tarixli “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X1 məxsus olması fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar